Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1398/2023 06.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, Ərizəçilər Ərizəçi5, Ərizəçi1, Ərizəçi2 Məcid qızı, Ərizəçi3 və Şərifova (Zeynalova) Vüsalə İlham qızının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçilər Ərizəçi5, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Şərifova (Zeynalova) Vüsalə İlham qızının sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 06 noyabr 2023-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi5, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Şərifova (Zeynalova) Vüsalə İlham qızının ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon X8 25 sentyabr 1997-ci il tarixli 12 saylı qərarı ilə JN-331 KOD 50100078 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət X1 aid hissədə Ərizəçi3, X6 aid hissədə Ərizəçi2, X7 aid hissədə Zeynalova (Şərifova) Vüsalə İlham qızına və X5 aid hissədə Ərizəçi5 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər Ərizəçi5, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Şərifova (Zeynalova) Vüsalə İlham qızı ərizəni onunla əsaslandırmışlar ki, Qazax rayon X8 25 sentyabr 1997-ci il tarixli 12 saylı qərarına əsasən Qazax rayonunun Xanlıqlar kəndində 1,73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onların mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsinin verilməsinə dair Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında onların adı səhv qeyd edilmişdir. Qeyd olunan Dövlət Aktında olan səhvlik həmin torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılmasında çətinlik yaradır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında ərizəçilərin nümayəndəsi Nümayəndə ərizəni müdafiə etmiş və əlavə olaraq göstərmişdir ki, Qazax rayon X8 25 sentyabr 1997-ci il tarixli 12 saylı qərarı ilə JN-331 KOD 50100078 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət X1 aid hissədə Ərizəçi3, X6 aid hissədə Ərizəçi2, X7 aid hissədə Zeynalova (Şərifova) Vüsalə İlham qızına və X5 aid hissədə Ərizəçi5 məxsus olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və rəisi Ədalət Cabbarov məktubla məhkəməyə müraciət edərək, işlərin coxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəçilərin nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1961-ci ildə doğulmuşdur. AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1960-cı ildə doğulmuşdur. Doğum haqqında arayışdan görünür ki, xx.xx.1988-ci ildə doğulmuş Ərizəçi3 atası Ərizəçi1, anası Ərizəçi2dır. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1988-ci ildə doğulmuşdur. Doğum haqqında arayışdan görünür ki, xx.xx.1988-ci ildə doğulmuş X3 atası Ərizəçi1, anası Ərizəçi2dır. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X19 və X9 xx.xx.2013-cü ildə 233 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Şərifova soyadı verilmişdir. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx.xx.1988-ci ildə doğulmuşdur. Doğum haqqında arayışdan görünür ki, xx.xx.1990-cı ildə doğulmuş Ərizəçi5 atası Ərizəçi1, anası Ərizəçi2dır. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi5 xx.xx.1990-cı ildə doğulmuşdur. JN-331 KOD 50100078 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktından görünür ki, Qazax rayonu, Xanlıqlar kəndində yerləşən 1,73 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X14, X12, X13 və X4 mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan Qazax RİHB-nın Xanlıqlar kənd İƏD üzrə nümayəndəliyin verdiyi xx.xx.2023-cü il tarixli 5-58-15-12-21/2-698/2023 saylı arayışından görünür ki, JN- 331 KOD 50100078 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında Ərizəçi5, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Şərifova (Zeynalova) Vüsalə İlham qızının adı səhvən X14, X12, X13 və X2 yazılmışdır və həmin adda Qazax rayonu Xanlıqlar kəndində heç kim yaşamır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərə məxsus bütün sənədlərdə adları “Ərizəçi5, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Şərifova (Zeynalova) Vüsalə İlham qızı” kimi göstərilsə də, JN-331 KOD 50100078 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında isə “X14, X12, X13 və X10” kimi göstərilmişdir. Dövlət Aktında göstərilən “X14, X12, X13 və X10” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi5, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Şərifova (Zeynalova) Vüsalə İlham qızı”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı - JN-331 KOD 50100078 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının, doğum haqqında arayışların surəti, şəxsiyyət vəsiqələrinin surəti ərizəçilər tərəfindən, onların özünə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpağın alqı-satqı müqaviləsi bağlanması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-331 KOD 50100078 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət X1 aid hissədə Ərizəçi3, X6 aid hissədə Ərizəçi2, X7 aid hissədə Zeynalova (Şərifova) Vüsalə İlham qızına və X5 aid hissədə Ərizəçi5 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Qazax rayon X8 25 sentyabr 1997-ci il tarixli 12 saylı qərarı ilə JN-331 KOD 50100078 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət X1 aid hissədə Ərizəçi3, X6 aid hissədə Ərizəçi2, X7 aid hissədə Zeynalova (Şərifova) Vüsalə İlham qızına və X5 aid hissədə Ərizəçi5 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-1398/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1398/2023
06.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver