Məhkəmə qərarları › İş №2(023)-1418/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1418/2023

25.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1418/2023 25.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi nümayəndəsi, Vəkil iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 24 oktyabr 2023-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 24 mart 1997-ci il tarixli, 04 saylı qərarı ilə Qazax rayonu, Yuxarı Salahlı kəndində yerləşən 0,34 ha torpaq sahəsinə dair verilmış JN–228 KOD 50100108 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və Qazax rayon Aqrar İslahat Komissiyasının 24 mart 1997-ci il tarixli, 04 saylı qərarı ilə Qazax rayonu, Yuxarı Salahlı kəndində yerləşən 0,24 ha həyətyanı torpaq sahəsinə dair verilmış JN–283A KOD 50100108 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin mərhum X1na məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 24 mart 1997-ci il tarixli, 04 saylı qərarı ilə Qazax rayonu, Yuxarı Salahlı kəndində yerləşən 0,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN–228 KOD 50100108 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və Qazax rayon Aqrar İslahat Komissiyasının 24 mart 1997-ci il tarixli, 04 saylı qərarı ilə Qazax rayonu, Yuxarı Salahlı kəndində yerləşən 0,24 ha həyətyanı torpaq sahəsinə dair JN–283A KOD 50100108 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə X1nın atasının adı səhvən Vəli yazılmişdır. X1 xx.xx.2004-cü ildə vəfat etmişdir. Qeyd olunan Dövlət aktında və Şəhadətnamədə olan səhvlik müəyyən sənədləşmə işlərinin aparılması ilə bağlı çətinlik yaradır və onların hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, işlərin coxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1944-cü ildə doğulmuşdur. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2004-cü ildə ölmüşdür. JN–228 KOD 50100108 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qazax rayonu, Yuixarı Salahlı kəndində yerləşən 0,34 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir. JN–283A KOD 50100108 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qazax rayonu, Yuixarı Salahlı kəndində yerləşən 0,25 hektar həyətyanı torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 5-58-21-12-21/2-453/2023 saylı arayışdan görünür ki, JN–283A KOD 50100108 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə adı gedən X6 ilə X5 eyni şəxsdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin mərhum anasının bütün sənədlərində adı “X5” kimi göstərilsə də, JN–228 KOD 50100108 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və JN–283A KOD 50100108 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə “X6” kimi göstərilmişdir. Dövlət aktında və Şəhadətnamədə göstərilən “X6” ilə ölüm arayışında və digər sənədlərdə göstərilən “X5”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı - JN– 228 KOD 50100108 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, JN–283A KOD 50100108 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə, ölüm haqqında şəhadətnamə ərizəçi tərəfindən mərhum anasına aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq sahələrinə dair sənədləşmə işlərinin aparılması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN–228 KOD 50100108 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və JN–283A KOD 50100108 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “X6”na aid hissədə “X5”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN–228 KOD 50100108 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və JN–283A KOD 50100108 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “X6”na aid hissədə “X5”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar