Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1424/2023 07.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi nümayəndəsi, Vəkil iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 07 noyabr 2023-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 fərdi yaşayış evi tikmək üçün Hövsan qəsəbəsi, Çöllük küçəsi, 2 nömrəli evin ətrafında, cizgidə göstərilmiş sahədə 300 kv.m torpaq sahəsi ayrılmasına dair Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 1138 nömrəli, 29 dekabr 2001-ci il tarixli Sərəncamının və Akt cizgisinin Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi, Vəkil ərizəni müdafiə edərək, verdiyi izahatında göstərdi ki, Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 1138 nömrəli, 29 dekabr 2001-ci il tarixli Sərəncamı ilə Ərizəçi fərdi yaşayış evi tikmək üçün Hövsan qəsəbəsi, Çöllük küçəsi, 2 nömrəli evin ətrafında, cizgidə göstərilmiş sahədə 300 kv.m torpaq sahəsi ayrılmış, fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmin torpaq sahəsinin ayrılmasına dair tərtib olunmuş sərəncamda və aktda Ərizəçi adı səhvən X1 qeyd edilmişdir. Ərizəçi həmin sərəncama düzəliş edilməsi üçün Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısına müraciət etsə də, ərizəsi təmin edilməmişdir. Lakin ərizəçinin bütün sənədlərində soyadı, adı və atasının adı Ərizəçi kimi qeyd edilmişdir. Hazırda adında olan səhvə görə ərizəçi həmin torpaq sahəsinə dair çıxarış ala bilmir. Ona görə də məlum ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, işlərin coxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi 1942-ci ildə doğulmuşdur. AZE №******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1942ci ildə doğulmuşdur. Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 29 dekabr 2001-ci il tarixli 1138 nömrəli, Sərəncamından görünür ki, X2 fərdi yaşayış evi tikmək üçün Hövsan qəsəbəsi, Çöllük küçəsi, 2 nömrəli evin ətrafında, cizgidə göstərilmiş sahədə 300 kv.m torpaq sahəsi ayrılması və ayrılmış sahədə İH-ti Təsərrüfat şöbəsi ilə razılaşdırılmış layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə sərəncam verilmişdir. Beləliklə məhkəmə iclasında ərizəçinin nümayəndəsinin izahatı və iş materialları ilə müəyyən edildi ki, Hövsan qəsəbəsi, Çöllük küçəsi, 2 nömrəli evin ətrafında, cizgidə göstərilmiş sahədə 300 kv.m torpaq sahəsi X2 fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. Həmin sərəncamda Ərizəçi adı səhv qeyd edilmişdir. Halbuki, iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, qeyd olunan şəxsin soyadı, adı və atasının adı X3r. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. Ərizəçinin tələbi hüquq müəyyənedici sənədin Ərizəçi məxsus olmasının müəyyən edilməsindən ibarətdir. Ərizənin predmeti olan sənədlər ərizəçiyə torpaq sahəsi ilə bağlı müvafiq sənədləşmələr aparılması üçün zəruridir və ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Məhkəmə hesab edir ki, hüquq müəyyənedici sənədin şəxsə məxsus olması ərizəçinin qanunla müəyyən edilmiş hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsində birbaşa nəzərdə tutulmasa da, həmin Məcəllənin 307.2.11-ci maddəsində başqa faktların da məhkəmə tərəfindən müəyyən edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli və X2 fərdi yaşayış evi tikmək üçün Hövsan qəsəbəsi, Çöllük küçəsi, 2 nömrəli evin ətrafında, cizgidə göstərilmiş sahədə 300 kv.m torpaq sahəsi ayrılmasına dair Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 1138 nömrəli, 29 dekabr 2001-ci il tarixli Sərəncamının və Akt cizgisinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X2 fərdi yaşayış evi tikmək üçün Hövsan qəsəbəsi, Çöllük küçəsi, 2 nömrəli evin ətrafında, cizgidə göstərilmiş sahədə 300 kv.m torpaq sahəsi ayrılmasına dair Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 1138 nömrəli, 29 dekabr 2001-ci il tarixli Sərəncamının və Akt cizgisinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-1424/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1424/2023
07.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver