Məhkəmə qərarları › İş №2(023)-1431/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1431/2023

07.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1431/2023 07.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi1 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə 07 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 saylı qərarı ilə verilmiş JN-1267A KOD 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli qərarı ilə JN-1267A KOD 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən onlara Qazax rayonunun Çaylı kəndində 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin verilməsinə dair X1 adı səhvən qeyd edilmişdir. Onların Alırza adlı ailə üzvü olmamışdır. Ümumiyyətlə Qazax rayonu Çaylı kəndində X6 qeydiyyatda deyil və yaşamır. Həmin Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə olan səhvlik onlara sənədləşmə işləri ilə əlaqədar müəyyən çətinliklər yaradır. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Ərizəçilər Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini, işə onların iştirakı olmadan baxılaraq ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, işlərin coxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunan JN-1267A KOD 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 saylı qərarı ilə Qazax rayonu Çaylı kənd sakini Ərizəçi1 ailə üzvləri - Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 olmaqla 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1961-ci ildə doğulmuş Ərizəçi1 atası X4, anası X5r. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1967-ci ildə doğulmuş X7 atası X12, anası X8r. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1989-cu ildə doğulmuş Ərizəçi4 atası Ərizəçi1, anası Ərizəçi2dır. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1991-ci ildə doğulmuş Ərizəçi3 atası Ərizəçi1, anası Ərizəçi2dır. Qazax RİHB-nın Çaylı kənd İƏD üzrə nümayəndəliyin verdiyi xx.xx.2023-cü il tarixli 5-58-10-12-21/2-1396/2023 saylı arayışından görünür ki, JN-1267A KOD 50112018 nömrəli torpaq aktında 4-cü sırada göstərilən X6 adında şəxs Çaylı kəndində qeydiyyatda deyil və yaşamır. Məhkəmə ərizəçinin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunduğu kimi, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 saylı qərarı ilə verilmiş JN-1267A KOD 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 məxsus olması faktının müəyyən olunması məhkəmə iclasında araşdırılmış digər sənədlərlə təsdiq edildiyindən məhkəmə belə hesab edir ki, ərizə təmin edilməli və həmin fakt müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233, 305-307, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 10 nömrəli qərarı ilə Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 verilmiş JN-1267A KOD 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 aid olan hissədə hüquq müəyyənedici sənədin onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar