Məhkəmə qərarları › İş №2(023)-1437/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1437/2023

06.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1437/2023 06.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Bayramov Orxan Yuri oğlunun iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Bayramova (Bağırova) Gilavar Yuri qızının sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 06 noyabr 2023-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Bayramova (Bağırova) Gilavar Yuri qızı ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon X13 12 iyun 1997-ci il tarixli 08 saylı qərarı ilə JN-120 KOD 50104018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət X1 aid hissədə Ərizəçi1, X4 aid hissədə Ərizəçi2, X14 aid hissədə Ərizəçi3, X5 aid hissədə Bayramova (Bağırova) Gilavar Yuri qızına, X8 aid hissədə Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, Qazax rayon X18 12 iyun 1997-ci il tarixli 08 saylı qərarına əsasən Qazax rayonunun Alpoud kəndində 2,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onların mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsinin verilməsinə dair Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında onların soyadları səhv qeyd edilmişdir. Qeyd olunan Dövlət Aktında olan səhvlik həmin torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılmasında çətinlik yaradır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında Ərizəçi1 ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi2 ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi3 ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi4 və Bayramova (Bağırova) Gilavar Yuri qızı ərizə ilə məhkəməyə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini, işə onların iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsini xahiş etmişlər. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, işlərin coxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəçilərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1961-ci ildə doğulmuş Ərizəçi1 atası X11, anası X2r. AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1961-ci ildə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1989-cu ildə doğulmuş Ərizəçi3 atası Ərizəçi1, anası Ərizəçi2dır. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1989-cu ildə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1996-cı ildə doğulmuş Ərizəçi4 atası Ərizəçi1, anası Ərizəçi2dır. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx.xx.1996-cı ildə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1990-cı ildə doğulmuş X6 atası Ərizəçi1, anası Ərizəçi2dır. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 və X16 xx.xx.2009-cu ildə 30 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Bağırova soyadı verilmişdir. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi5 xx.xx.1990-cı ildə doğulmuşdur. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1964-cü ildə doğulmuşdur. JN-120 KOD 50104018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktından görünür ki, Qazax rayonu, Alpoud kəndində yerləşən 2,43 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X20, X9, X21, X12, X7 mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan Qazax RİHB-nın Alpoud kənd İƏD üzrə nümayəndəliyin verdiyi xx.xx.2023-cü il tarixli 5-58-3-12-21/2-179/2023 saylı arayışından görünür ki, JN- 120 KOD 50104018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Bayramova (Bağırova) Gilavar Yuri qızının adı səhvən X20, X9, X21, X12, X3 yazılmışdır və həmin adda Qazax rayonu Alpoud kəndində heç kim yaşamır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərə məxsus bütün sənədlərdə adları “Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Bayramova (Bağırova) Gilavar Yuri qızı” kimi göstərilsə də, JN-120 KOD 50104018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında isə “X20, X9, X21, X12, X17” kimi göstərilmişdir. Dövlət Aktında göstərilən “X20, X9, X21, X12, X17” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Bayramova (Bağırova) Gilavar Yuri qızı”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı - JN-120 KOD 50104018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının, doğum və nikah haqqında şəhadətnamələrin surəti, şəxsiyyət vəsiqələrinin surəti ərizəçilər tərəfindən, onların özünə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq sdahəsinə dair sənədləşmə işlərinin aparılması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-120 KOD 50104018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət X1 aid hissədə Ərizəçi1, X4 aid hissədə Ərizəçi2, X14 aid hissədə Ərizəçi3, X5 aid hissədə Bayramova (Bağırova) Gilavar Yuri qızına, X8 aid hissədə Ərizəçi4 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Qazax rayon X13 12 iyun 1997-ci il tarixli 08 saylı qərarı ilə JN-120 KOD 50104018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət X1 aid hissədə Ərizəçi1, X4 aid hissədə Ərizəçi2, X14 aid hissədə Ərizəçi3, X5 aid hissədə Bayramova (Bağırova) Gilavar Yuri qızına, X8 aid hissədə Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar