Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1451/2024 01.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi1 nümayəndəsi Nümayəndə1, Ərizəçi2 nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Ərizəçi1 və Ərizəçi2 «sənədin şəxslərə məxsus olması faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Qazax rayon Aqrar İslahatı Komissiyasının 30 may 1996-cı il tarixli 08 nömrəli qərarına əsasən Qazax rayonunun Kommuna (indiki Bala Çaylı) kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin ümumi birgə mülkiyyətə verilməsinə dair JN-328A KOD 50112028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “X6”na aid hissədə Ərizəçi1, “X8”na aid hissədə Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdirlər. Ərizə onunla əsalandırılmışdır ki, Qazax rayon Aqrar İslahatı Komissiyasının 30 may 1996-cı il tarixli İ08 nömrəli qərarı ilə Qazax rayonunun Kommuna (indiki Bala Çaylı) kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyətlərinə verilmişdir.Həmin torpaq sahəsinə dair JN-328A KOD 50112028 nömrəli torpağım mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Lakin həmin şəhadətnamədə Ərizəçi1 soyadı səhvən “Süleymanov”, adı isə “Seymur” kimi, digər Ərizəçi2 isə adı səhvən “Elmir” kimi göstərilmişdir. Hazırda həmin torpaq sahəsinə dair çıxarış almaq istəyirlər, lakin bu texniki səhvin ucbatından ala bilmirlər. Qeyd olunan torpaq sahəsinə çıxarış almaq üçün Azərbaycan Respublikasınin İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RPH şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etsələr də, həmin İdarə tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21-3-37/2-S-0119- 35/2023 saylı məktub ünvanlanmış və həmin məktubdə bildirilmişdir ki, Dövlət Aktında buraxımış texniki səhvlərin aradan qaldırılması məhkəmə qrərarı əsasında mümkündür. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında ərizəçilərin nümayəndələri ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdilər. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçilərin ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1980-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi1 və Ərizəçi2 Qazax rayonu Çaylı kənd sakinləridir, JN-328A KOD 50112028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi1 adı “Seymur”, soyadı "Süleymanov" kimi, Ərizəçi2 adı isə “Elmir” kimi qeyd edilmişdir. Həmçinin Qazax rayonu Çaylı kəndində Ərizəçi1 və Ərizəçi2 adlı başqa vətəndaşlar yaşamır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Qazax rayonu, Çaylı kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə dair verilmiş JN-328A nömrəli torpaq şəhadətnaməsində buraxılmış texniki səhvlərin aradan qaldırılmasına köməklik göstərilməsi ilə bağlı ərizənizə baxılmış, lakin araşdırma zamanı, JN-328A nömrəli şəhadətnamədə göstərilən məlumatın dövlət reydstrində saxlanılan məlumatla uyğunluğu yoxlanılarkən məlum olmuşdur ki, şəhadətnamədə göstərilən məlumatlar baza məlumatları ilə eynidir. JN-328A nömrəli şəhadətnamədə qeyd edilən ad soyadla şəxsiyyəti təsdiq edən sənəd eynilik təşkil etmir. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İş materiallarında olan JN-328A KOD 50112028 №-li torpaq haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1996-ci il tarixli, 8 nömrəli Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu Çaylı kəndində yerləşən 0.06 ha torpaq sahəsi Nümayəndə1, X2, X3 və X4 mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərin bütün sənədlərində adı “Ərizəçi2 və Ərizəçi1” kimi göstərilsə də, JN-328A KOD 50112028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə səhvən “Ərizəçi1 adı “Seymur”, soyadı isə “Süleymanov” kimi, Ərizəçi2 adı isə “Elmir” kimi göstərilmişdir. Şəhadətnamədə səhvən göstərilən “X7 və X8” ilə təqdim olunan sənədlərdə göstərilən “Ərizəçi2 və Ərizəçi1 eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-328A KOD 50112028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə, şəxsiyyət vəsiqələrinin surəti, doğum və şəhadətnamələrdə ərizəçilər tərəfindən onlara aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmirlər və həmin sənəd ərizəçilərə torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-328A KOD 50112028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair X6”na aid hissədə Ərizəçi1, X8”na aid hissədə isə Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahatı Komissiyasının 30 may 1996-ci il tarixli 08 nömrəli qərarı ilə verilmiş JN-328A KOD 50112028 №-li nömrəli Torpağın mülkiyyətə verilməsinə dair X1”na aid hissədə Ərizəçi1, X8”na aid hissədə isə Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1451/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1451/2024
01.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver