Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1454/2025 24.11.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ərizəsinə əsasən Omarova Səltənət Vəkil qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə mülki işə 28 iyul 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək (maraqlı şəxs- Qazax rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası) xx.xx.1995-ci ildə Qazax rayonu Birinci Şıxlı kəndində anadan olmuş, Qazax rayonu Birinci Şıxlı kəndində qeydiyyatda olan, hazırda onun himayəsində yaşayan Omarova Səltənət Vəkil qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş, ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, bacısı Omarova Səltənət Vəkil qızı xx.xx.1995-ci il tarixidə Qazax rayonu Birinci Şıxlı kəndində anadan olmuş və hazırda həmin kənddə onun himayəsində yaşayır. Omarova Səltənət Vəkil qızı əsas şizofreniya, dərin psixi qüsur halı ona İ dərəcəli əlillik təyin edilmişdir. O, öz hərəkətlərinin mənasını başa düşmür, dərk etmir, onunla birlikdə yaşayır, bacısına o qulluq edir. Omarova Səltənət Vəkil qızının onun himayəsində olması və ona qulluq etməsi ilə əlaqədar olaraq dövlət tərəfindən təyin olunan müavinətlərlə təmin olunması məqsədi ilə DSMF-nun Qazax şöbəsinə müraciət edərkən, həmin müavinətin verilməsi üçün onun Omarova Səltənət Vəkil qızına himayəçi təyin olunmağının vacib olduğunu bildirmişlər. Qeyd olunanlara əsasən xx.xx.1995-ci ildə Qazax rayonu Birinci Şıxlı kəndində anadan olmuş, Qazax rayonu Birinci Şıxlı kəndində qeydiyyatda olan, hazırda onun himayəsində yaşayan Omarova Səltənət Vəkil qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Qazax rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası Omarov Vəkil Ələddin oğlu, anası isə X1 olmaqla, xx.xx.1999-cu ildə doğulmuşdur. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1999-cu il tarixdə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Omarova Səltənət Vəkil qızı atası Omarov Vəkil Ələddin oğlu, anası isə X1 olmaqla, xx.xx.1995-ci ildə doğulmuşdur. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Omarova Səltənət Vəkil qızı xx.xx.1995-ci il tarixdə doğulmuşdur. 133994 saylı vəsiqənin surətindən görünür ki, Omarova Səltənət Vəkil qızı İ qrup ümumi xəstəlikdən əlildir. Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, Omarova Səltənət Vəkil qızı - "DSMF məlumatlarına əsasən" diaqnozu ilə müddətsiz birinci dərəcəli əlildir. İş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının 662 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Omarova Səltənət Vəkil qızı ağır dərəcəli əqli gerilik, uşaq serebral iflicinin qalıq əlamətləri və davranış pozuntuları xəstəliyindən əziyyət çəkir. S.V.Omarova psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. S.V.Omarova fəaliyyət qabilliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, Omarova Səltənət Vəkil qızı əqli cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, Omarova Səltənət Vəkil qızı əqli xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək, Omarova Səltənət Vəkil qızı fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçi Omarov Ərizəçi Səltənət Vəkil qızının qardaşı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1995-ci il təvəllüdlü Omarova Səltənət Vəkil qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-1454/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1454/2025
24.11.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver