Məhkəmə qərarları › İş №2(023)-1456/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1456/2023

06.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1456/2023 06.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi1 nümayəndəsi, Vəkil iştirakı ilə, Ərizəçi1 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 06 noyabr 2023-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi1 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayonu Aqrar İslahat Komissiyasının 13 sentyabr 1996-cı il tarixli, 12 saylı qərarı ilə Oazax rayonu Qaymaqlı kəndi ərazisindən 0,08 ha torpaq sahəsinə dair JN 091D kod 50100048 saylı Torpağın mülkiyyətə verilməsinə dair X1 aid hissədə Ərizəçi1 məxsus olması, Ərizəçi5 Ələsgər oğluna aid hissədə Ərizəçi5 məxsus olması, X6 aid hissəsə Ərizəçi6 məxsus olması, Ərizəçi3 Əliəşrəf oğluna aid hissədə Ərizəçi3 məxsus olması, X14 aid hissədə X15 məxsus olması və X18 aid hissədə Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi, Qazax rayonu Aqrar İslahat Komissiyasının 13 sentyabr 1996-cı il tarixli, l2 şaylı qərarı ilə Qazax rayonu Qaymaqlı kəndi ərazisindən 3,28 ha torpaq sahəsinə dair JN 461 kod 50100048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət X2 aid hissədə Ərizəçi1 məxsus olması, Ərizəçi5 Ələsgər oğluna aid hissədə Ərizəçi5 məxsus olması, X6 aid hissəsə Ərizəçi6 məxsus olması, Ərizəçi3 Əliəşrəf oğluna aid hissədə Ərizəçi3 məxsus olması və X10 aid hissədə X15 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 nümayəndəsi, Vəkil tələbin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi5, Ərizəçi6, Ərizəçi3 və X11 ərizəçi kimi cəlb olunmasını xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, Qazax rayonu Aqrar İslahat Komissiyasının 13 sentyabr 1996-cı il tarixli, 12 saylı qərarı ilə Qazax rayonu Qaymaqlı kəndi ərazisindən 0,08 ha torpaq sahəsi verilməsi ilə bağlı JN 091D kod 50100048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Bundan başqa Qazax rayonu Aqrar İslahat Komissiyasının 13 sentyabr 1996-cı il tarixli, 12 saylı qərarı ilə Qazax rayonu Qaymaqlı kəndi ərazisindən 3,28 ha torpaq sahəsi verilməsi ilə bağlı JN 461 kod 50100048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN 091D kod 50100048 nömrəli Şəhadətnamədə onların adı Ərizəçi1 əvəzinə yanlış olaraq X12, Ərizəçi5 əvəzinə yanlış olaraq Ərizəçi5 Ələsgər oğlu, Ərizəçi6 əvəzinə yanlış olaraq X16, Ərizəçi3 əvəzinə yanlış olaraq Ərizəçi3 Əliəşrəf oğlu, X19 əvəzinə yanlış olaraq X20 və Ərizəçi2 əvəzinə yanlış olaraq X9 qeyd edilmişdir. Torpağa mülkiyyət hüququna dair JN 461 kod 50100048 nömrəli Dövlət Aktında da həmçinin Ərizəçi1 əvəzinə yanlış olaraq X12, Ərizəçi5 əvəzinə yanlış olaraq Ərizəçi5 Ələsgər oğlu, Ərizəçi6 əvəzinə yanlış olaraq X16, Ərizəçi3 əvəzinə yanlış olaraq Ərizəçi3 Əliəşrəf oğlu, X19 əvəzinə yanlış olaraq X3 qeyd edilmişdir. Qeyd olunan Dövlət Aktında və Şəhadətnamədə olan səhvlik torpaq sahələri ilə bağlı çıxarışın alınması mümkün olmamışdır. Məhkəmə iclasında Ərizəçi1 nümayəndəsi Vəkil ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Ərizəçilər Ərizəçi1, Ərizəçi5, Ərizəçi6, Ərizəçi3 və X19 ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini, işə onların iştirakı olmadan baxılaraq ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, işlərin coxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1950-ci il tarixdə doğulmuş Ərizəçi1 atası Ərizəçi5 Mustafa oğlu, anası X21r. AZE seriyalı 04063593 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1950-ci ildə doğulmuşdur. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi1 və X7 xx.xx.1979-cu ildə 22 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Nəbiyeva soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1980-ci il tarixdə doğulmuş Ərizəçi5 atası Ərizəçi1, anası Ərizəçi4dır. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1980-ci ildə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1982-ci il tarixdə doğulmuş Ərizəçi6 atası Ərizəçi1, anası Ərizəçi4dır. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi6 xx.xx.1982-ci ildə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1984-cü il tarixdə doğulmuş Ərizəçi3 atası Ərizəçi1, anası Ərizəçi4dır. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1984-cü ildə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1984-cü il tarixdə doğulmuş Ərizəçi3 atası Ərizəçi1, anası Ərizəçi4dır. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1984-cü ildə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1985-ci il tarixdə doğulmuş X11 atası Ərizəçi1, anası Ərizəçi4dır. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X19 xx.xx.1985-ci ildə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2002-ci il tarixdə doğulmuş Ərizəçi2 atası X25, anası X13r. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.2002-ci ildə doğulmuşdur. JN 461 kod 50100048 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qazax rayonu, Qaymaqlı kəndində yerləşən 3,28 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X12, Ərizəçi5 Ələsgər oğlu, X16, Ərizəçi3 Əliəşrəf oğlu və X8 mülkiyyətinə verilmişdir. JN 091D kod 50100048 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qazax rayonu, Qaymaqlı kəndində yerləşən 0,08 hektar həyətyanı torpaq sahəsi X12, Ərizəçi5 Ələsgər oğlu, X16, Ərizəçi3 Əliəşrəf oğlu, X20 və Ərizəçi2 mülkiyyətinə verilmişdir. xx.xx.2023-cü il tarixli 5-58-19-12-21/2-305/2023 saylı və xx.xx.2023-cü il tarixli 5-58- 19-12-21/2-304/2023 saylı arayışdan görünür ki, JN 461 kod 50100048 nömrəli Dövlət Aktında və JN 091D kod 50100048 nömrəli Şəhadətnamədə Ərizəçi1, Ərizəçi5, Ərizəçi6, Ərizəçi3, X19 və Ərizəçi2 adı səhvən X12, Ərizəçi5 Ələsgər oğlu, X16, Ərizəçi3 Əliəşrəf oğlu, X20, X9 qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Qazax rayonu Qaymaqlı kəndində yerləşən 3,28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərtib edilmiş JN–461 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında buraxılmış texniki səhvlərin aradan qaldırılması 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərin bütün sənədlərində adları “Ərizəçi1, Ərizəçi5, Ərizəçi6, Ərizəçi3, X19 və Ərizəçi2, Ərizəçi5 Ələsgər oğlu, X16, Ərizəçi3 Əliəşrəf oğlu, X20, X24” kimi göstərilsə də, JN 461 kod 50100048 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və JN 091D kod 50100048 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə “X12, Ərizəçi5 Ələsgər oğlu, X16, Ərizəçi3 Əliəşrəf oğlu, X20, X24” kimi göstərilmişdir. Dövlət aktında və Şəhadətnamədə göstərilən “X12, Ərizəçi5 Ələsgər oğlu, X16, Ərizəçi3 Əliəşrəf oğlu, X20, X24” ilə şəxsiyyət vəsiqələrində və digər sənədlərdə göstərilən “Ərizəçi1, Ərizəçi5, Ərizəçi6, Ərizəçi3, X19 və Ərizəçi2, Ərizəçi5 Ələsgər oğlu, X16, Ərizəçi3 Əliəşrəf oğlu, X20, X24”nun eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı - JN 461 kod 50100048 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, JN 091D kod 50100048 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə, doğum və nikah haqqında şəhadətnamələr, şəxsiyyət vəsiqələri ərizəçi tərəfindən onlara aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmirlər və həmin sənəd ərizəçiyə torpaq sahələrinə dair çıxarış alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN 091D kod 50100048 saylı Torpağın mülkiyyətə verilməsinə dair X1 aid hissədə Ərizəçi1, Ərizəçi5 Ələsgər oğluna aid hissədə Ərizəçi5, X6 aid hissəsə Ərizəçi6, Ərizəçi3 Əliəşrəf oğluna aid hissədə Ərizəçi3, X14 aid hissədə X15 və X18 aid hissədə Ərizəçi2 məxsus olması faktı və JN 461 kod 50100048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət X2 aid hissədə Ərizəçi1, Ərizəçi5 Ələsgər oğluna aid hissədə Ərizəçi5, X6 aid hissəsə Ərizəçi6, Ərizəçi3 Əliəşrəf oğluna aid hissədə Ərizəçi3 və X10 aid hissədə X15 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN 091D kod 50100048 saylı Torpağın mülkiyyətə verilməsinə dair X1 aid hissədə Ərizəçi1, Ərizəçi5 Ələsgər oğluna aid hissədə Ərizəçi5, X6 aid hissəsə Ərizəçi6, Ərizəçi3 Əliəşrəf oğluna aid hissədə Ərizəçi3, X14 aid hissədə X15 və X18 aid hissədə Ərizəçi2 məxsus olması faktı və JN 461 kod 50100048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət X2 aid hissədə Ərizəçi1, Ərizəçi5 Ələsgər oğluna aid hissədə Ərizəçi5, X6 aid hissəsə Ərizəçi6, Ərizəçi3 Əliəşrəf oğluna aid hissədə Ərizəçi3 və X10 aid hissədə X15 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar