Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1459/2025 26.09.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı vərəsəliyin müəyyən edilməsi tələbi barədə mülki işə 26 sentyabr 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci ildə vəfat etmiş atası X3 adına qeydə alınmış və ondan miras qalan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə (JN-3114 KOD 30800027 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı) bütövlükdə onun adına vərəsəliyin müəyyən edilməsi və ona həmin torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X5 xx.xx.2020-ci ildə vəfat etmişdir. Atasının ölümündən sonra ondan miras qalmış, Abşeron rayonu, Mehdiabad qədəbəsində yerləşən, JN-3114 KOD 30800027 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən onun mülkiyyətinə verilmiş 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə birinci növbəli vərəsələr sırasından yalnız o sahiblənmişdir və istifadə etmişdir. Hesab edir ki, mərhum atası X3 adına qeydə alınmış və ondan miras qalan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə (JN-3114 KOD 30800027 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı) bütövlükdə onun adına vərəsəlik müəyyən edilməli və ona həmin torpaq sahəsinə dair vərəslik hüququ haqqında şəhadətnamə verilməlidir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci ildə vəfat etmiş atası X3 adına qeydə alınmış və ondan miras qalan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə (JN-3114 KOD 30800027 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı) bütövlükdə onun adına vərəsəliyin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, göstərmişdir ki, atası X5 xx.xx.2020-ci ildə vəfat etmişdir. Atasının ölümündən sonra ondan miras qalmış, Abşeron rayonu, Mehdiabad qədəbəsində yerləşən, 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə birinci növbəli vərəsələr sırasından yalnız o sahiblənmişdir və istifadə etmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etdiyini, həqiqətən iddiaçının atasından qalmış mirası qəbul etdiyini bildirərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etdiyini, atasından qalmış miras əmlakı iddiaçının qəbul etdiyini bildirərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etdiyini, atasından qalmış miras əmlakı iddiaçının qəbul etdiyini bildirərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan Qazax rayon Notariat Ofisinin İddiaçı ünvanladığı 01 may 2025-ci il tarixli, 451 saylı məktubdan görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş X3 miras əmlakının vərəsəlik şəhadətnaməsi verilməsi üçün mirasın qəbul edilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddət buraxıldığı üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır və bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 ilə Cavabdeh1 nikahı 04 mart 1970-ci il tarixdə Qazax rayonu Cəfərli kənd soveti tərəfindən bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 atası X5, anası Cavabdeh1 olmaqla xx.xx.1970-ci il tarixdə Qazax rayonu, Cəfərli kəndində anadan olmuşdur. Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı atası X5, anası X6 olmaqla xx.xx.1972-ci il tarixdə Qazax rayonu, Cəfərli kəndində anadan olmuşdur. Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı atası X5, anası Cavabdeh1 olmaqla xx.xx.1972-ci il tarixdə Qazax rayonu, Cəfərli kəndində anadan olmuşdur. Qazax RİHB-nın Cəfərli kənd İƏD üzrə nümayəndəliyininv verdiyi xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X5 ölən günə kimi Qazax rayonu Cəfərli kəndində yaşamışdır. Ölənə kimi onunla yaşayan və yaşamağa davam edən Cavabdeh1, Cavabdeh2, İddiaçı və Cavabdeh3 ibarət ailə üzvləri qalmışdır. JN-3114 KOD 30800027 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Abşeron rayon 1 nömrəli DNK-nun xx.xx.2006-cı il tarixli 4Ə/2- 268 nömrəli alqı-satqı müqaviləsi ilə 0,04 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X1. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 25 noyabr 2020-ci il tarixdə ölmüşdür. Cavabdeh1 xx.xx.2025-ci ildə notariat kontoruna müraciət edərək, xx.xx.2020-ci ildə vəfat etmiş əri X2 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qalmış miras əmlak qəbul etmək hüququnu notariat orqanına müraciət etməklə və ya faktiki olaraq mirası qəbul edərək həyata keçirməmişdir. Miras əmlaka dair istənilən əsaslarla ona çatası vərəsəlik payına dair hüquqlarını rəsmiləşdirmək istəmir və mirasın ona çatası hissəsindən oğlu İddiaçı xeyrinə imtina edir. Cavabdeh2 xx.xx.2025-ci ildə notariat kontoruna müraciət edərək, xx.xx.2020-ci ildə vəfat etmiş atası X2 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qalmış miras əmlak qəbul etmək hüququnu notariat orqanına müraciət etməklə və ya faktiki olaraq mirası qəbul edərək həyata keçirməmişdir. Miras əmlaka dair istənilən əsaslarla ona çatası vərəsəlik payına dair hüquqlarını rəsmiləşdirmək istəmir və mirasın ona çatası hissəsindən qardaşı İddiaçı xeyrinə imtina edir. Cavabdeh3 xx.xx.2025-ci ildə notariat kontoruna müraciət edərək, xx.xx.2020-ci ildə vəfat etmiş atası X2 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qalmış miras əmlak qəbul etmək hüququnu notariat orqanına müraciət etməklə və ya faktiki olaraq mirası qəbul edərək həyata keçirməmişdir. Miras əmlaka dair istənilən əsaslarla ona çatası vərəsəlik payına dair hüquqlarını rəsmiləşdirmək istəmir və mirasın ona çatası hissəsindən qardaşı İddiaçı xeyrinə imtina edir. İşin tərəflər arasında mübahisələndirilməyən halları ondan ibarətdir ki, miras qoyan X5 xx.xx.2020-ci il tarixdə ölmüşdür və onun ölümündən sonra miras əmlak kimi JN-3114 KOD 30800027 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən, Abşeron rayon 1 nömrəli DNK-nun xx.xx.2006-cı il tarixli 4Ə/2-268 nömrəli alqı-satqı müqaviləsi ilə 0,04 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi qalmışdır. Mirasın qəbulu ilə bağlı miras qoyanın birinci növbə vərəsələrindən heç biri həmin vaxt notariat orqanına müraciət etməmişdir. Miras qoyan öldükdən sonra onunla birlikdə həmin yaşayış evində yaşamış İddiaçı həmin torpaq sahəsinə faktiki sahiblik etməklə, istifadə etmişdir. Miras qoyanın digər uşaqları isə miras qoyanın ölümündən sonra miras əmlaka sahiblik etməmişlər. Məhkəmə iclasında iddiaçının və cavabdehlərin ifadəsi, eləcə də iş materialları ilə müəyyən olundu ki, mirasqoyanın digər vərəsələri (arvadı və oğlu) miras əmlakı faktiki qəbul etməmişlər, həmçinin miras əmlakdan iddiaçının xeyrinə imtina etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, oğlunun sağlığında onunla yaşamış İddiaçı, X5 öldükdən sonra da əmlaka sahiblik etməklə və həmin əmlakı faktiki surətdə idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Ondan başqa heç bir vərəsə həmin əmlakı nə notariat qaydada nə də faktiki qəbul etməmişdir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirdikdə, o, mirası qəbul etmiş sayılır. Odur ki, məhkəmə hesab edir ki, miras qoyan X5 öldükdən sonra onun oğlu – İddiaçı miras qalmış JN-3114 KOD 30800027 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən, Abşeron rayon 1 nömrəli DNK-nun xx.xx.2006-cı il tarixli 4Ə/2-268 nömrəli alqı-satqı müqaviləsi ilə 0,04 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsini tam hissədə miras əmlak kimi faktiki qəbul etmiş sayılır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, miras əmlakda iddiaçının tam hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. JN-3114 KOD 30800027 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X2 miras qalmış Abşeron rayon 1 nömrəli DNK-nun xx.xx.2006-cı il tarixli 4Ə/2- 268 nömrəli alqı-satqı müqaviləsi ilə 0,04 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən ibarət əmlakda İddiaçı tam hissədə payı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-1459/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1459/2025
26.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver