Məhkəmə qərarları › İş №2(023)-1465/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1465/2023

13.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1465/2023 13.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə 13 noyabr 2023-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 07 may 1997-ci il tarixli, 06 nömrəli qərarına əsasən Qazax rayonu Canallı kəndi ərazisində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin X2nın mülkiyyətinə verilməsinə dair JN–287F nömrəli KOD 50103028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin xx.xx.2009-cu ildə vəfat etmiş mərhum X2na məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 07 may 1997-ci il tarixli, 06 nömrəli qərarına əsasən Qazax rayonu Canallı kəndi ərazisində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi X2nın mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə dair tərtib edilmiş JN–287F nömrəli KOD 50103028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə mərhum nənəsinin adı “X8” əvəzinə “X9” kimi səhv qeyd edilmişdir. X2 xx.xx.2009-cu ildə ölmüşdür. Qeyd olunan Şəhadətnamədə olan səhvliyə görə o vərəsəliyi qəbul edə bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəməyə göndərdiyi ərizədə, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılaraq, ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, işlərin coxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə,mülki işin materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, nikah haqqında arayışdan görünür ki, X12 ilə X10 nikahı 26 noyabr 1977-ci il tarixdə Qazax Rayon Hüseynbəyli kənd İƏD-də bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 18 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Vəliyeva” soyadı verilmişdir. xx.xx.1982-ci il tarixdə doğulmuş Ərizəçi atası X12, anası X11r. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1982-ci ildə doğulmuşdur. Qazax rayon Qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, xx.xx.1920-cı ildə Qazax rayonu Kolayır kəndində anadan olmuş X4 “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində şəxsə aid xx.xx.2009-cu ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. Ölüm haqqında arayışdan görünür ki, X8 xx.xx.2009-cu ildə ölmüşdür. Ölüm haqqında arayışdan görünür ki, X13 xx.xx.2022-ci ildə ölmüşdür. JN–287F nömrəli KOD 50103028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qazax rayonu, Canallı kəndində yerləşən 0,25 hektar həyətyanı torpaq sahəsi X5 mülkiyyətinə verilmişdir. xx.xx.2023-cü il tarixli 5-58-14-12-21/2-588/2023 saylı arayışdan görünür ki, JN– 287F nömrəli KOD 50103028 saylı Torpağın mülkiyyətə verilməsinə dair X1 adı səhvən X3 qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, bütün sənədlərdə “X8” kimi göstərilsə də, JN–287F nömrəli KOD 50103028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə “X9” kimi göstərilmişdir. Şəhadətnamədə göstərilən “X9” ilə “X8”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı - JN–287F nömrəli KOD 50103028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin, ölüm haqqında şəhadətnamənin surəti, ərizəçi tərəfindən mərhuma aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə vərəsəliklə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN–287F nömrəli KOD 50103028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “X8”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN–287F nömrəli KOD 50103028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “X8”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar