Məhkəmə qərarları › İş №2(023)-1466/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1466/2024

21.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1466/2024 21.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi, eyni zamanda ərizəçilər Ərizəçi2, Ərizəçi3 Vaqif qızının nümayəndəsi Ərizəçi1 iştirakları ilə, Ərizəçilər Ərizəçi2, Ərizəçi3 və Ərizəçi1 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 21 noyabr 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi2, Ərizəçi3 və Ərizəçi1 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon X8 25 sentyabr 1997-ci il tarixli 12 saylı qərarı ilə JN-400F KOD 50100018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1 Sadiq qızına aid hissədə Ərizəçi1, X6 aid hissədə Nəbiyeva (Məmmədova) Sevinc Vaqif qızına, X9 aid hissədə Ərizəçi3, X8 30 avqust 1997-ci il tarixli 10 saylı qərarı ilə JN-455 KOD 50100018 nömrəli Torpağa mülkiyyət hüququna dair X16 Səbriyyə Sadiq qızına aid hissədə Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, Qazax rayon X8 25 sentyabr 1997-ci il tarixli, 12 saylı qərarı ilə JN-400F KOD 50100018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Qazax rayonu Aslanbəyli kəndi ərazisindən 0,22 ha həyətyanı torpaq sahəsi və Qazax rayon X8 30 avqust 1997-ci il tarixli 10 saylı qərarı ilə JN-455 KOD 50100018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Qazax rayonu Aslanbəyli kəndi ərazisindən 2,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onların və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-400F KOD 50100018 nömrəli Şəhadətnamədə onların adı Ərizəçi1 əvəzinə yanlış olaraq Ərizəçi1 Sadiq qızı kimi, Nəbiyeva (Məmmədova) Sevinc Vaqif qızı əvəzinə yanlış olaraq X1, Ərizəçi3 əvəzinə yanlış olaraq X2 qeyd edilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-455 KOD 50100018 nömrəli Dövlət Aktında da həmçinin Ərizəçi1 əvəzinə yanlış olaraq Ərizəçi1 Sadiq qızı kimi qeyd edilmişdir. Qeyd olunan Şəhadətnamədə və Dövlət Aktında olan səhvlik torpaq sahələrinə dair sənədləşmə işlərinin aparılması ilə bağlı çətinlik yaratmışdır. Məhkəmə iclasında ərizəçi, eyni zamanda ərizəçilər Ərizəçi2, Ərizəçi3 nümayəndəsi Ərizəçi1 ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, işlərin coxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəçi, eyni zamanda ərizəçilərin nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan AZE seriyalı 15424425 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1965-ci ildə doğulmuşdur. Nikah haqqında arayışdan görünür ki, X12 və Ərizəçi1 xx.xx.1988-ci ildə 25 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Abdıyeva soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1988-ci il tarixdə doğulmuş X3 atası X12, anası Ərizəçi1dır. Nikah haqqında arayışdan görünür ki, X17 və X10 xx.xx.2012-ci ildə 03 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Nəbiyeva soyadı verilmişdir. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1988-ci ildə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1990-cı il tarixdə doğulmuş Ərizəçi3 atası X12, anası Ərizəçi1dır. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1990-cı ildə doğulmuşdur. JN-400F KOD 50100018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qazax rayonu, Aslanbəyli kəndində yerləşən 0,22 hektar həyətyanı torpaq sahəsi X4, X12, Ərizəçi1 Sadiq qızı, X11 və X7 mülkiyyətinə verilmişdir. JN-455 KOD 50100018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qazax rayonu, Aslanbəyli kəndində yerləşən 2.22 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4, X12, X5, X10 və Ərizəçi3 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli arayışlardan görünür ki, JN-400F KOD 50100018 nömrəli Şəhadətnamədə və JN-455 KOD 50100018 nömrəli Dövlət Aktında Ərizəçi1 əvəzinə yanlış olaraq Ərizəçi1 Sadiq qızı kimi, Nəbiyeva (Məmmədova) Sevinc Vaqif qızı əvəzinə yanlış olaraq X1, Ərizəçi3 əvəzinə yanlış olaraq X2 qeyd olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, Qazax rayonu Aslanbəyli kəndində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinə və 2,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərtib edilmiş JN- 400F KOD 50100018 nömrəli Şəhadətnamədə və JN-455 KOD 50100018 nömrəli X16 buraxılmış texniki səhvlərin aradan qaldırılması 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərin bütün sənədlərində adları “Ərizəçi2, Ərizəçi3 və Ərizəçi1” kimi göstərilsə də, JN-455 KOD 50100018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və JN-400F KOD 50100018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə “Ərizəçi1 Sadiq qızı, X11 və X13” kimi göstərilmişdir. Dövlət aktında və Şəhadətnamədə göstərilən “Ərizəçi1 Sadiq qızı, X11 və X13” ilə şəxsiyyət vəsiqələrində və digər sənədlərdə göstərilən “Ərizəçi2, Ərizəçi3 və Ərizəçi1”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı - JN-455 KOD 50100018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və JN-400F KOD 50100018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə, doğum və nikah haqqında şəhadətnamələr, şəxsiyyət vəsiqələrinin surəti ərizəçi tərəfindən onlara aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmirlər və həmin sənəd ərizəçilərə torpaq sahələrinə dair sənədləşmə işlərinin aparılması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-400F KOD 50100018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1 Sadiq qızına aid hissədə Ərizəçi1, X6 aid hissədə Ərizəçi2, X9 aid hissədə Ərizəçi3, JN-455 KOD 50100018 nömrəli Torpağa mülkiyyət hüququna dair X16 Səbriyyə Sadiq qızına aid hissədə Ərizəçi1 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-400F KOD 50100018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1 Sadiq qızına aid hissədə Ərizəçi1, X6 aid hissədə Ərizəçi2, X9 aid hissədə Ərizəçi3, JN-455 KOD 50100018 nömrəli Torpağa mülkiyyət hüququna dair X16 Səbriyyə Sadiq qızına aid hissədə Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar