Məhkəmə qərarları › İş №2(023)-1472/2024

Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-1472/2024

25.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-1472/2024 25.09.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlu İddiaçı cavabdeh Ofisinə, müstəqil tələb sürməyən üçüncü şəxs X2 qarşı «miras əmlaka tam paya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbi»nə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ofisinə, müstəqil tələb sürməyən üçüncü şəxs X2 qarşı «miras əmlaka tam paya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbi»nə dair məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə ölmüş anam X1 adına "xxxx" QSC BOKT dan götürdüyü kredit üzrə girov qoyulmuş qızıl-zinyət əşyaları olan miras əmlaka İddiaçı tərəfindən faktiki qəbul edilməsi müəyyən edilərək həmin evdə və qızıl zinyət əşyalarına dair tam payın müəyyən edilməsi, İddiaçı adına tam paya vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi Qazax rayon Notariat Ofisinin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, cavabdehə qarşı həmin tələb üzrə inzibati məhkəmədə iddia qaldırmaq hüququ iddiaçıya izah olunmalıdır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 5.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, tərəflər arasındakı mübahisə, mübahisənin xarakterinə görə ümumi məhkəməyə deyil, inzibati məhkəməyə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2024, qəbz nömrəsi:**********) dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçı cavabdeh Ofisinə, müstəqil tələb sürməyən üçüncü şəxs X2 qarşı «miras əmlaka tam paya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbi»nə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı izah edilsin ki, cavabdeh Ofisinə, müstəqil tələb sürməyən üçüncü şəxs X2 qarşı «miras əmlaka tam paya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbi»nə dair iş üzrə inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2024, qəbz nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: Nemət Musayev İş № 2(023)-1472/2024 PROTOKOL (məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə) Qazax Rayon Məhkəməsi xx.xx.2024-cü il Qazax şəhəri Hakim Musayev Nemət Əlimusa oğlu İddiaçı cavabdeh Qazax rayon Notariat Ofisinə, müstəqil tələb sürməyən üçüncü şəxs X2 qarşı «miras əmlaka tam paya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbi»nə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq etdi. Prosessual hərəkəti saat 16:15-də başladı. Ərizəni və iş materiallarını nəzərdən keçirib, İddiaçı cavabdeh Qazax rayon Notariat Ofisinə, müstəqil tələb sürməyən üçüncü şəxs X2 qarşı «miras əmlaka tam paya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbi»nə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad qəbul etdi. Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkəti xx.xx.2024-cü il tarixdə saat 16:20-də qurtardı. Hakim: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar