Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1474/2024 15.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Qazax rayonu Aqrar İslahatı Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 saylı qərarına əsasən Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin ümumi birgə mülkiyyətinə verilməsinə dair JN- 445A KOD 50100088 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və Qazax rayon Aqrar İslahatı Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarına əsasən Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində yerləşən 1.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ümumi birgə mülkiyyətinə verilməsinə dair JN:277 KOD 50100088 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının “X2”na aid hissədə ona, yəni X1 məxsus olması faktının müəyyən olunması edilməsini xahiş etmişdir. Ərizə onunla əsalandırılmışdır ki, Qazax rayon Aqrar İslahatı Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsi və həmin kəndin ərazisində yerləşən 1.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyətinə verilmişdir. Sözügedən həyətyanı torpaq sahəsinə dair JN-445A KOD 50100088 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN:277 KOD 50100088 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmişdir. Lakin həmin Şəhadətnamədə və Dövlət Aktında onun atasını adı səhvən “Namaz” kimi göstərilmişdir. Halbuki, atasının adı Nemətdir. Hazırda həmin torpaq sahələrinə dair çıxarış almaq istəyir, lakin bu texniki səhvin ucbatından ala bilməmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirdi ki, Ərizəçi onun nənəsidir. Ərizəçi ata adının torpaq sənədlərində səhvən Ərizəçi Namaz qızı kimi qeyd olunmasını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, Ərizəçi onun ərinin nənəsidir. Ərizəçi ata adının torpaq sənədlərində səhvən Ərizəçi Namaz qızı kimi qeyd olunmasını təsdiq edir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçilərin ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1949-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki,1949-cu il təvəllüdlü Ərizəçi ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə xx.xx.1993-xx.xx.2022-ci il ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Ərizəçi nikahı haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan JN-445A KOD 50100088 №-li torpaq haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1997-ci il tarixli, 10 nömrəli Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu İkinci Şıxlı kəndində yerləşən 0.20 ha torpaq sahəsi Ərizəçi Namaz qızının, X3, ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan JN-227 KOD 50100088 №-li torpaqq müıliyyət hüququna dair dövlət aktından görünür ki, xx.xx.1997-ci il tarixli, 10 nömrəli Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu İkinci Şıxlı kəndində yerləşən 1.55 ha torpaq sahəsi Ərizəçi Namaz qızının, X3,X5 ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Qazax rayonu İkinci Şıxlı kənd sakini Ərizəçi JN-227 KOD 50100088 №-li torpaq haqqında şəhadətnamədə Ərizəçi Namaz qızı kimi qeyd edilmişdir. Qazax rayonu İkinci Şıxlı kəndində Ərizəçi Namaz qızı adla başqa adam yaşamır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Qazax rayonu İkinci Şıxlı kəndində yerləşən 0.2015 ha həyətyanı torpaq sahəsinə dair verilmiş JN-445A nömrəli torpaq şəhadətnaməsində buraxılmış texniki səhvlərin aradan qaldırılmasına köməklik göstərilməsi ilə bağlı ərizənizə baxılmış, lakin araşdırma zamanı, JN-445A nömrəli şəhadətnamədə göstərilən məlumatın dövlət reydstrində saxlanılan məlumatla uyğunluğu yoxlanılarkən məlum olmuşdur ki, şəhadətnamədə göstərilən məlumatlar baza məlumatları ilə eynidir. JN-445A nömrəli şəhadətnamədə qeyd edilən adlarda şəxsiyyəti təsdiq edən sənəd eynilik təşkil etmir. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin bütün sənədlərində adı, ata adı və soyadı “Ərizəçi” kimi göstərilsə də, JN- 445A KOD 50100088 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və JN:277 KOD 50100088 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında səhvən “Ərizəçi Namaz qızı” kimi göstərilmişdir. Şəhadətnmədə və dövlət aktında səhvən göstərilən “Ərizəçi Namaz qızı” ilə təqdim olunan sənədlərdə göstərilən “Ərizəçi eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN- 445A KOD 50100088 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və JN:277 KOD 50100088 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında şəxsiyyət vəsiqələrinin surəti, doğum və şəhadətnamələrdə ərizəçi tərəfindən ona aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmirlər və həmin sənəd ərizəçilərə torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN- 445A KOD 50100088 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməsində və JN:277 KOD 50100088 nömrəli torpağa mülkiyyət hüququna dair X9 Şahsənəm Namaz qızı”na aid hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahatı Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə verilmiş JN-445A KOD 50100088 №-li nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və Qazax rayon Aqrar İslahatı Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə verilmiş JN-227 KOD 50100088 №-li nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında “Ərizəçi Namaz” qızına aid hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1474/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1474/2024
15.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver