Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1477/2023 07.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi, eyni zamanda Ərizəçi1 nümayəndəsi Ərizəçi2, Ərizəçilər Ərizəçi3 və Ərizəçi4 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə 07 noyabr 2023-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizə ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Aqrar İslahat Komissiyasının 24 mart 1997-ci il tarixli, 04 nömrəli qərarı ilə X12, X13, X17, X4 ümumi birgə mülkiyyətinə Qazax rayonu Daş Salahlı kəndi ərazisində 0.08 ha həyətyanı Torpağın mülkiyyətə verilməsinə dair JN-2171A KOD 50100038 saylı Şəhadətnamədə "X12"na aid hissədə Ərizəçi2, "X13"na aid hissədə X11, "X17"na aid hissədə Ərizəçi4, "X8"na aid hissədə Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizəni onunla əsaslandırmışlar ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-2171A KOD 50100038 saylı Şəhadətnamədə onların soyadı “Qəyayev (a)” əvəzinə “Qayayev(a)” kimi səhv qeyd edilmişdir. Qeyd olunan Şəhadətnamədə olan səhvlik torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılması üçün onlara çətinlik yaradır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında ərizəçi, eyni zamanda Ərizəçi1 nümayəndəsi Ərizəçi2 ərizənin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ərizəçilər Ərizəçi3 və Ərizəçi4 ərizənin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, işlərin coxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1966-cı il tarixdə doğulmuş Ərizəçi2 atası X6, anası X2r. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1966-cı ildə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1975-ci il tarixdə doğulmuş X9 atası X18, anası X3r. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1975-ci ildə doğulmuşdur. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi2 və X19 xx.xx.1993-cü ildə 56 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Qəyayeva soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1994-cü il tarixdə doğulmuş Ərizəçi4 atası Ərizəçi2, anası Ərizəçi3dır. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx.xx.1994-cü ildə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1996-cı il tarixdə doğulmuş X5 atası Ərizəçi2, anası Ərizəçi3dır. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 və X7 xx.xx.2014-cü ildə 557 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Qəyayeva soyadı verilmişdir. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1996-cı ildə doğulmuşdur. JN-2171A KOD 50100038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Qazax rayonu, Daşsalahlı kəndində yerləşən 0,08 hektar həyətyanı torpaq sahəsi X12, X13, X17 və X4 mülkiyyətinə verilmişdir. Qazax RİHB-nın Daşsalahlı kənd İƏD üzrə nümayəndəliyində tərtib olunmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Qazax rayonu Daşsalahlı kənd sakinləri Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 soyadı JN-2171A KOD 50100038 saylı Şəhadətnamədə səhvən X12, X13, X17 və X1 göstərilmişdir və həmin adda Qazax rayonu Daşsalahlı kəndində heç kim yaşamır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qazax rayonu Daşsalahlı kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinə dair tərtib edilmiş JN- 2171A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə buraxılmış texniki səhvlərin aradan qaldırılması 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərə məxsus bütün sənədlərdə soyadları “Qəyayev(a)” kimi göstərilsə də, JN-2171A KOD 50100038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə “Qayayev(a)” kimi göstərilmişdir. Şəhadətnamədə göstərilən “X12, X13, X17 və X8” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4”nun eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı - JN- 2171A KOD 50100038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin, doğum və nikah haqqında şəhadətnamələrin surəti, şəxsiyyət vəsiqələrinin surəti ərizəçilər tərəfindən, onların özünə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçilərə torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-2171A KOD 50100038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin "X12"na aid hissədə Ərizəçi2, "X13"na aid hissədə X11, "X17"na aid hissədə Ərizəçi4, "X8"na aid hissədə Ərizəçi1 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Qazax Rayon Aqrar İslahat Komissiyasının 24 mart 1997-ci il tarixli, 04 nömrəli qərarı ilə X12, X13, X17, X4 ümumi birgə mülkiyyətinə Qazax rayonu Daş Salahlı kəndi ərazisində 0.08 ha həyətyanı Torpağın mülkiyyətə verilməsinə dair JN-2171A KOD 50100038 saylı Şəhadətnamədə "X12"na aid hissədə Ərizəçi2, "X13"na aid hissədə X11, "X17"na aid hissədə Ərizəçi4, "X8"na aid hissədə Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-1477/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1477/2023
07.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver