Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1482/2024 18.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Qazax rayon X18 08 sentyabr 1997-ci il tarixli 10 saylı qərarına ilə JN-713F KOD ********* nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X7 aid hissədə Ərizəçi İsrayıl qızına, X12 08 sentyabr 1997-ci il tarixli 10 saylı qərarı ilə JN-159 KOD 50113018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktnda X7 aid hissədə Ərizəçi İsrayıl qızına məxsus olması faktının müəyyən olunması edilməsini xahiş etmişdir. Ərizə onunla əsalandırılmışdır ki, X18 08 sentyabr 1997-ci il tarixli 10 saylı qərarına ilə JN- 713F KOD ********* nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onların mülkiyyətinə Qazax rayonu Birinci Şıxlı kəndində 0.20 ha həyətyanı torpaq sahəsi verilmişdir. X13 08 sentyabr 1997-ci il tarixli 10 saylı qərarı ilə 159 KOD 50113018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən onlara Qazax rayonun Birinci Şıxlı kəndində 1.79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamədə və dövlət aktında onun soyadı səhv göstərilmişdir. Oazax rayon İcra hakimiyyətinin başçısının Birinci Şıxlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin arayışında da qeyd olunduğu kimi onun soyadı səhv qeyd edilmişdir. Həmin torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında və şəhadətnamədə olan səhvlik onun müəyyən sənədləşməni aparmasında çətinlik yaradır. Məhkəmə hazırlıq iclasında iştirak edən Ərizəçi məhkəməyə dəqiqləşmə ərizəsini təqdim edərək Qazax rayon Aqrar İslahatı Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə verilmiş JN-159 KOD 50113018 №-li nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında və Qazax rayon Aqrar İslahatı Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə verilmiş JN-713F KOD 50113018 №-li nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsində “X21” qızına aid hissədə Ərizəçi məxsus olması faktını müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, Ərizəçi onun balıdızıdır. Ərizəçi adı, soyadı və ata adı sənədlərdə X2 göstərilsədə, əslində Ərizəçi olmasını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirdi ki, o, Ərizəçi qonşusudur. Ərizəçi soyadının Əliyeva, ata adının isə İsrail olmasını təsdiq edir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçilərin ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1967-ci il təvəllüldü Ərizəçi Qazax rayonu Birinci Şıxlı kəndində yaşayır və həyat yoldaşı X19, oğlu X24, X16 və qızı X20 ailə üzvləri kimi qeyd edilmişdir. İş materiallarında olan JN-159 KOD 50113018 №-li torpaqq müıliyyət hüququna dair dövlət aktından görünür ki, xx.xx.1997-ci il tarixli, 10 nömrəli Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu Birinci Şıxlı kəndində yerləşən 1.79 ha torpaq sahəsi X19, X5, X11, X24 və X9 ümumi birgə mülkiyyəti hüququna verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Qazax rayonu Birinci Şıxlı kəndində yerləşən 1.79 ha həyətyanı torpaq sahəsinə dair verilmiş JN-159 nömrəli torpaq dövlət aktında buraxılmış texniki səhvlərin aradan qaldırılmasına köməklik göstərilməsi ilə bağlı ərizənizə baxılmış, lakin araşdırma zamanı, JN-159 nömrəli dövlət aktında göstərilən məlumatın dövlət reystrində saxlanılan məlumatla uyğunluğu yoxlanılarkən məlum olmuşdur ki, dövlət aktında göstərilən məlumatlar baza məlumatları ilə eynidir. JN-159 nömrəli dövlət aktında qeyd edilən adlarda şəxsiyyəti təsdiq edən sənəd eynilik təşkil etmir. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, JN-159 dövlət aktında Ərizəçi qıznın adı X2 qeyd edilmişdir. İş materiallarında olan JN-713F KOD ********* №-li torpaq haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1997-ci il tarixli, 10 nömrəli Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu Birinci Şıxlı kəndində yerləşən 0.20 ha torpaq sahəsi X19, X5, X11, X24 və X9 ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli nikah haqqında arayışdan görünür ki, X19 ilə X6 xx.xx.1987-ci il tarixdə 074 saylı nikahın bağlanması haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli doğum haqqında arayışdan görünür ki, X6 xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X6 xx.xx.1987-ci il tarixdə rəsmi nikahla ailə qurmuşlar. X3 “Əliyeva” soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin bütün sənədlərində adı, ata adı və soyadı “Ərizəçi” kimi göstərilsə də, JN-713F KOD 50113018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və JN-159 KOD 50113018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında səhvən “X8” kimi göstərilmişdir. Şəhadətnamədə və dövlət aktında səhvən göstərilən “X8” ilə təqdim olunan sənədlərdə göstərilən “Ərizəçi eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN- 713F KOD 50113018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və JN-159 KOD 50113018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında şəxsiyyət vəsiqələrinin surəti, doğum və şəhadətnamələrdə ərizəçi tərəfindən ona aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmirlər və həmin sənəd ərizəçilərə torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-713F KOD 50113018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməsində və JN-159 KOD 50113018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət X1”na aid hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahatı Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə verilmiş JN-159 KOD 50113018 №-li nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında və Qazax rayon Aqrar İslahatı Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə verilmiş JN-713F KOD 50113018 №-li nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “X21” qızına aid hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1482/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1482/2024
18.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver