Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-15/2024 24.01.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi İddiaçı, onun nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə Mən Qazax Rayon Məhkəməsinin sədri Musayev Nemət Əlimusa oğlu X1 etiraz ərizəsinə baxaraq MÜƏYYƏN ETDİM: Qazax Rayon Məhkəməsinin icraatında iddiaçı İSMAYİLOVA GÜLAF İLYAS QİZİ Cavabdeh qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair mülki iş vardır. Qeyd edilən mülki iş hakim Musayev Nemət Əlimusa oğlunun icraatındadır. Məhkəmədə Cavabdeh etiraz ərizəsi verərək işə Qazax Rayon Məhkəməsində baxılmasına etirazını bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, cavabdeh tərəfindən verilmiş etirazın baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddianı müdafiə etmiş və bildirmişdir ki, cavabdeh tərəfindən əsassız olaraq məhkəmə qərardadlarında şikayət verilmiş, iş dəfələrlə Apelyyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bu hal məhkəmədə süründürməçiliyə, işin məhkəmədə yubadılmasına səbəb olur. İddiaçı özünə məxsus əmlakında yaşaya bilmədiyini, onun mülkiyyət hüquqları pozulduğunu bildirmişdir. Odur ki, hazırkı etirazın baxılmamış saxlanılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh etiraz onunla əsaslandırılmışdır ki, Qazax Rayon Məhkəməsində onun ziyanına olan qərar qəbul edilmişdir. Bu səbəbdən bütün məhkəmə tərkibinə etiraz etmiş, işin baxılması üçün mülki işin etiraz məsələsi həll olunması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.2.3-cü maddəsinə əsasən əgər hakim şəxsən bilavasitə və ya dolayı yolla işin nəticəsi ilə maraqlıdırsa ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa hakimin işə baxmasına yol verilmir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin bütün tərkibinə və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Belə olan halda hesab edirəm ki Cavabdeh etiraz ərizəsi təmin olunmalı və mülki iş başqa birinci instansiya məhkəməsinə verilmə məsələsinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 22 və 263-cü maddələrini rəhbər tutub QƏRARA ALDİM: Qazax Rayon Məhkəməsinin 2(023)-15/2024 saylı mülki işə Qazax Rayon Məhkəməsində baxılmasına dair etiraz ərizəsi təmin edilsin və mülki iş başqa birinci instansiya məhkəməsinə verilmə məsələsinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Məhkəmənin sədri Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-15/2024
Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-15/2024
24.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver