Məhkəmə qərarları › İş №2(023)-1510/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1510/2023

20.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1510/2023 20.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız borcun silinməsi tələbinə dair mülki işə 20 noyabr 2023-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh tərəfindən əsassız hesablanmış 3110.40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Qazax rayonu Kosalar kəndində yaşayır və adına **********00473 saylı abunəçi kodu vardır. 24 oktyabr 2022-ci il tarixdə yaşadığı kənddə sayğaclar kütləvi olaraq dəyişdirilmişdir. Həmin vaxt onun evinə quraşdırılmış sayğac da çıxarılaraq yenisi ilə əvəz edilmişdir və tərtib olunmuş aktda sayğacların kütləvi əvəzlənməsi göstərilmişdir. Həmin vaxtdan təqribən 7 ay sonra, yəni 15 iyun 2023-cü il tarixdə qazdan istifadə qaydalarını pozduğuna görə akt tərtib etmişlər və o həmin akta imza etməmişdir. Qazax Qaz Xidmət Sahəsinin əməkdaşları sayğacla bağlı borc hesablandığı barədə ona şifahi məlumat vermişlər, lakin borcla bağlı heç bir rəsmi məlumat verilməmişdir. Azərbaycan Metrologiya İnstitutunun 10 may 2023-cü il tarixli rəyində “Sayğaca ümumi baxış keçirildi. Sayğacın çıxış plastmas borusu mexaniki təsir nəticəsində oturacaqdan aralanıb. Xətalar normadan artıqdır. Hesablama mexanizmi nominal, minimal sərfiyyatda 100% nisbi xəta ilə işləyir və keçən qazın həcmini qeyd etmir. Hesablama mexanizmi ilişərək işləyir. Kamera ilə sayğacın daxilinə baxış keçirildi, kənar təsir izləri aşkar edilməsi. Sayğac istismara yararsızdır” qeyd edilmişdir. Qazax Qaz Xidmət Sahəsinin əməkdaşı xx.xx.2023-cü il tarixdə bildiriş təqdim edən zaman ona əsassız olaraq 64.13 manat qalıq borc yazıldığını görmüşdür. O, Qazax Qaz Xidmət Sahəsinə meraciət etdikdə Qazdan istifadə qaydalarının pozulması barədə akt, Abonentin saldosu və Metrologiya İnstitutu tərəfindən verilmiş rəyi təqdim etmişlər. Azəriqaz İB-nin əməkdaşları ona cərimə yazan zaman qanunvericiliyin heç bir tələbinə əməl etməmişlər. Borcunun olması barədə ona heç bir məlumat verilməmişdir, yalnız xx.xx.2023-cü il tarixdə təqdim edilmiş bildirişdə 64.13 manat qalıq borcunun olduğu qeyd edilmişdir. Abonentin saldosunu təqdim edən zaman ona 3110.40 manat borc hesablandığı məlum olmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məlumat verməmişdir. Məhkəmə Cavabdeh nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 24 oktyabr 2022-ci il tarixli ******* nömrəli akta əsasən sayğac yenisi ilə əvəzlənib, sayğacın çıxarılma səbəbi: kütləvi əvəzləmə olmuşdur. “Qaz sayğacının yoxlanılması haqqında” 10 may 2023-cü il tarixli, AKT MSK-14-2- 2/3-5-2695 nömrəli Aktdan görünür ki, “Sayğaca ümumi baxış keçirildi. Sayğacın çıxış plastmas borusu mexaniki təsir nəticəsində oturacaqdan aralanıb. Xətalar normadan artıqdır. Hesablama mexanizmi nominal, minimal sərfiyyatda 100% nisbi xəta ilə işləyir və keçən qazın həcmini qeyd etmir. Hesablama mexanizmi ilişərək işləyir. Kamera ilə sayğacın daxilinə baxış keçirildi, kənar təsir izləri aşkar edilməsi. Sayğac istismara yararsızdır”. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı 15 may 2023-cü il tarixli akta əsasən İddiaçı istifadəsində olan Qazax rayonu Kosalar kəndində yerləşən evinə quraşdırılmış “Sayğaca ümumi baxış keçirildi. Sayğacın çıxış plastmas borusu mexaniki təsir nəticəsində oturacaqdan aralanıb. Xətalar normadan artıqdır. Hesablama mexanizmi nominal, minimal sərfiyyatda 100% nisbi xəta ilə işləyir və keçən qazın həcmini qeyd etmir. Hesablama mexanizmi ilişərək işləyir. Kamera ilə sayğacın daxilinə baxış keçirildi, kənar təsir izləri aşkar edilməsi. Sayğac istismara yararsızdır”. Həmin akt Qazax XS üzrə TQQ və SX-nın rəisi Müşfiq Yusifov, Arifə Qasımova və Kamal Əlizadə tərəfindən imzalanmışdır, aktı İddiaçı imzalamamışdır. Qazax rayonu Kosalar kəndində yaşayan abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 2023-cü ilin may ayına 3110.40 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, İddiaçı evinə quraşdırılmış sayğacının çıxarılaraq yenisi ilə əvəz edildiyini və həmin vaxt tərtib olunmuş aktda sayğacların kütləvi əvəzlənməsi göstərildiyini bildirmişdir. Sonradan, yəni 15 iyun 2023-cü il tarixdə qazdan istifadə qaydalarını pozduğuna görə akt tərtib etsələr də, həmin aktı imzalamamışdır. Sayğaca onun tərəfindən müdaxilə edilmədiyini və bu barədə heç bir məlumatı olmadığını bildirmişdir. Bundan başqa sözügedən aktda Cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun, hansı qaydada hesablanması, onun qanunsuz olaraq hansı tarixdən təbii qazdan istifadə etməsi qeyd edilməmişdir. Odur ki, iddia təmin olunmalı, Cavabdeh tərəfindən əsassız hesablanmış 3110.40 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda qazın verilməsini dayandıra bilər. Həmin maddənin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və hərəkətsizlikdir) Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı hesablanmış 3110.40 manat məbləğində borc silinsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar