Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1524/2024 29.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi «sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Qazax rayon X9 08 sentyabr 1997-ci il tarixli 10 saylı qərarı ilə JN-863A KOD50100088 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X12 aid hissədə sənədin X15 və X3 aid hissədə X8 məxsus olması faktı müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsalandırılmışdır ki,X7 08 sentyabr 1997-ci il tarixli 10 saylı qərarı ilə JN 863A KOD 50100088 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən bizə Qazax rayonunun Qazaxbəyli kəndində 0.20 ha torpaq sahəsi mülkiyyətimizə verilmişdir.Həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnaməda mənim soyadım və ərimin soyadı səhv göstərilmişdir.Qazax rayon İcra hakimiyyətinin başçısının İkinci Şıxlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin arayışındada qeyd olunduğu kimi soyadlarımız səhv qeyd edilmişdir.Həmin torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında olan səhvlik mənim müəyyən sənədləşməni aparmağımda çətinlik yaradır. Ərizəçinin nümayəndəsi Nümayəndə dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahatı Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə verilmiş JN-863A KOD50100088 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “X13” qızına aid hissədə Ərizəçi və “X22” oğluna aid hissədə X11 məxsus olması faktı müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Qazax rayonu İkinci Şıxlı kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinə dair verilmiş JN-863A nömrəli şəhadətnaməsində buraxılmış texniki səhvlərin aradan qaldırılmasına köməklik göstərilməsi ilə bağlı ərizənizə baxılmış, lakin araşdırma zamanı, JN-863A nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamədə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumatla uyğunluğu yoxlanılarkən məlum olmuşdur ki, şəhadətnamədə göstərilən məlumatlar baza məlumatları ilə eynidir. JN-863A nömrəli şəhadətnamədə qeyd edilən ad soyadla şəxsiyyəti təsdiq edən sənəd eynilik təşkil etmir. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İş materiallarında olan 26 iyun 2024-cü il tarixli arayışda görünür ki, Qazax rayonu İkinci Şıxlı kənd sakinləri Ərizəçi və X1 adı atasının adı JN-863A KOD50100088 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvən X4 və X6 göstərilmişdir.Həmçinin arayışda Qazax rayon İcra Hakimiyyəti başçısının X20 Ərazi İdarəsi üzrə nümayəndəliyi bildirir ki, Qazax rayonu İkinci Şıxlı kəndində qeyd edilmiş vətəndaşlardan başqa bu adda heç kim yaşamır. İş materiallarında olan AZ-İİ seriyalı 239964 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki,X18 28 yanvar 2022-ci ildə Dəqiqləşdirilməmiş insult səbəbi ilə ölmüşdür. İş materiallarında olan AZE serial 00****** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin şəxsiyyət vəsiqəsində adı soyadı və ata adı Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan 05 sentyabr tarixli arayışdan görünür ki,X19 və X5 arasında 28 noyabr 1962-ci il tarixdə 29 saylı nikahın bağlanması haqqında akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Musayeva soyadı verilmişdir. İş materiallarında olan JN-863A KOD 50100088 №-li torpaq haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1997-ci il tarixli, 10 saylı Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu İİ Şıxlı kəndində yerləşən 0.20 ha torpaq sahəsi X17 və X2 ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Ərizəçi bütün sənədlərində adı, ata adı və soyadı “Ərizəçi” kimi göstərilsə də, JN-863A KOD50100088 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə “X4” kimi və X10 bütün sənədlərdə adı, ata adı və soyadı “X18 ”kimi göstərilsə də JN-863A KOD50100088 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “X6 verilmişdir. Şəhadətnamədə səhvən göstərilən “X4” və “X17”ilə təqdim olunan sənədlərdə göstərilən “ Ərizəçi” və “X18” ilə eyni şəxslər olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-863A KOD50100088 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin, şəxsiyyət vəsiqələrinin surəti, doğum və şəhadətnamələrdə ərizəçi tərəfindən ona aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmirlər və həmin sənəd ərizəçilərə torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-863A KOD50100088 №-li nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “X13” qızına aid hissədə Ərizəçi və “X22” oğluna aid hissədə X11 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahatı Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə verilmiş JN-863A KOD50100088 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “X13” qızına aid hissədə Ərizəçi və “X22” oğluna aid hissədə X11 məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1524/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1524/2024
29.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver