Məhkəmə qərarları › İş №2(023)-1544/2023

Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-1544/2023

14.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-1544/2023 14.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi Çobanova Elminaz Zarif qızının katibliyi Ərizəçi1 iştirakı ilə, Ərizəçi1 “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi1 “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizə ilə müraciət edərək, ərizəsinin baxılmamış saxlanılması və sənədlərinin özünə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və maraqlı şəxs işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilən prosessual hüquq normasına əsasən məhkəmə hesab edir ki, ərizəçi ərizənin geri qaytarılması barədə ərizə verdiyindən ərizə baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263, 264,268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Ərizəçi1 “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar