Məhkəmə qərarları › İş №2(023)-1581/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1581/2025

13.01.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1581/2025 13.01.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Sadıxova Günay Fauna qızının katibliyi, Ərizəçi, maraqlı şəxs Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi (maraqlı şəxs Qazax Rayon İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1952-ci il tarixdə Qazax rayonu Yuxarı Salahlı kəndində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırılmışdır ki, xx.xx.1952-ci il təvəllüdlü X4 onun əridir. X2 Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli, 2N3XLFA0001 nömrəli qərarında əlillik meyarı psixi və davranış pozuntuları, o cümlədən simptomatik psixi pozuntular, Alsheymer xəstəliyi zamanı erkən başlamış demensiya halları müəyyən edilib. Həmin qərarda qeyd edildiyi kimi, yaşadığı yeri, yaxın zamanda nə etdiyini və ya tanışlarının adını xatırlaması, alış-veriş yə pulla davranış da daxil olmaqla, kənar şəxsin köməyi olmadan gündəlik fəaliyyəti mümkünsüz edən intellektual qabiliyyətlərin enməsi müşahidə edilir. Əmək qabiliyyətsizdir. Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatında "Alsheymer xəstəliyi zamanı erkən başlamış demensiya" kimi qeyd edilib. Onun bu xəstəliyi müddətsiz olmaqla, ikinci dərəcəli əlillik kimi dərəcələndirilib. O, bu xəstəlik səbəbindən tamamilə fəaliyyət qabiliyyətini itirmişdir, özünü idarə edə bilmir, başqalarının yardımına möhtacdır. Hərəkətlərinin mənasını bilmir. Daima qulluq və müalicəyə ehtiyacı var. Müraciəti anlamır, özünə qulluq edə bilmir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, xx.xx.1952-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə xx.xx.1952-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və maraqlı şəxsin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1952-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, xx.xx.1952-ci il tarixdə anadan olmuş X2 diaqnozu Alsheymer xəstəliyi zamanı erkən başlamış demensiya (G30.0), Alsheymer xəstəliyi zamanı erkən başlanmış demensiya MMSE 9 diaqnozudur. Müddətsiz olmaqla ümumi xəstəlik kimi müəyyən edilmişdir. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, X4 ilə Ərizəçi xx.xx.1982-ci il tarixdə rəsmi qaydada evlənmişlər. İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025ci il tarixli 760 nömrəli rəyindən görünür ki, xx.xx.1952-ci il təvəllüdlü X3 “Alsheymer xəstəliyi nəticəsində erkən yaranan demensiya” müəyyən edilmişdir. Yoxlanılan şəxs psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X2 “fəaliyyət qabiliyyəti olmayan” hesab edilməsinə əsaslar vardır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, xx.xx.1952-ci il təvəllüdlü X4 öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir. X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, xx.xx.1952-ci il tarixdə anadan olmuş X4 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1952-ci il tarixdə anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs xx.xx.1952-ci il tarixdə anadan olmuş X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar