Məhkəmə qərarları › İş №2(023)-1599/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1599/2024

23.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1599/2024 23.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Qazax rayon X15 25 sentyabr 1997-ci il tarixli 12 saylı qərarı ilə JN-117F KOD 50102028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin “X17” qızına və 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş JN-735 KOD 50102018 olan torpaq mülkiyyət hüququna dair dövlət aktında “X20” qızına aid olan hissədə anasına məxsus olması faktı müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsalandırılmışdır ki, o, hazırda Qazax rayonunun Qarapapaq kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Qazax rayon Aqrar İslahat Komissiyasınin 25 sentyabr 1997-ci il tarixli, 12 saylı qərarı ilə onun mərhum atasının adına verilmiş -117F Kod 50102028 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə 0,08 ha və Qazax rayon Aqrar İslahat Komissiyasının JN735 Kod 50102028 torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə 0,66 ha torpaq sahəsi verilmişdir. Həmin torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə anası X3 adı səhv olaraq Sürəyya atasının adı isə İsmayıl kimi və Torpağa hüququna dair Dövlət aktında anası X9 atasının adı səhvən İsmi kimi deyil, İsmayıl kimi, öz adı isə Süraya kimi yazılmlşdır.O, qeyd edilən Şəhadətnamə və Dövlət Aktı əsasında valideyinlərinə verilmiş torpaq sahəsinə dair çıxarış almaq istəyərkən müəyyən edilmişdir ki, atasının adına verilmiş JN-117F KOD 50102028 olan torpağın mülkiyyətə verilməsinə dair Dövlət şəhadətnaməsində anasının atasının adı səhvən İsmi kimi deyil, İsmayıl kimi öz adı isə və Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktında isə anasının adı səhvən Süraya, atasının adı isə səhvən İsmi kimi deyil İsmayıl kimi yazılmışdır. Bununla bağlı o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik Hüquqi şəxs 15 saylı Tovuz Ərazi İdarəsinə rəsmi olaraq müraciət etmiş və ona rəsmi olaraq xx.xx.2024-cü il tarixdə 3-21-3- 37ə/H-02xx-xx/2024 saylı məktubla cavab verərək müraciətinin məhkəmə qaydasında həll ola biləcəyini bildirmişdirlər. Qeyd edilən sənədlərdə onun anasının adının Sürayə, atasının adının isə İsmayıl deyil, İsmi kimi yazılması ona Qazax rayon Aqrar İslahat Komissiyasınin 25 sentyabr 1997-ci il tarixli, 12 saylı qərarı ilə onun mərhum atasının adına verilmiş JN-117F Kod 50102028 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və Qazax rayon Aqrar islahat Komissiyasının qeyd edilən qərarı ilə atasının adına verilmiş JN- 735 Kod 50102028 torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş torpaq sahələrinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publık Hüquqi şəxs 15 saylı Tovuz Ərazi İdarəsindən çıxarış almaq üçün lazımdır. Ərizəçi dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahatı Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş JN-117F KOD 50102028 №-li nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “X17” qızına aid hissədə X16 və Qazax rayon Aqrar İslahatı Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş JN-735 KOD 50102018 №-li nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında “X20” qızına aid hissədə X12 məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X23 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, iş materiallarına olan 08 oktyabr 2024-cü il tarixli doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx xxxx 1967-ci idə Qarapapaq kəndində anadan olmuşdur.Ata qrafasında X24, ana qrafasında isə X6 qeyd edilmişdir. İş materiallarında olan 03 oktyabr 2024-cü il tarixli arxiv arayışından görünür ki, Qazax rayon Dövlət Arxivində 15-cu fondd mühafizə olunan Qazax qeydiyyat şöbəsinin 1941-1946-cı illlərə aid doğum haqqında qeydiyyat kitabının 06 saylı doğuma akt qeydində X10 xx.xx.1943-cü il tarixdə Çaylı kəndində doğulması barədə qeyd aparılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Qazax rayonun Qarapapaq kənd sakini X7 adı soyadı və atasının adı JN-117F Saylı KOD 50102028 saylı Torpağın mülkiyyət hüququna dair verilmiş Dövlət Aktında səhvən X1 göstərilmişdir. Qazax RİHB-nın Ağköynək kənd İƏD-si üzrə nümayəndəliyi bildirmişdir ki, Qarapapaq kəndində qeyd edilən adlıçəkilmiş vətəndaşdan başqa bu adda başqa heç kim qeydiyyatda yoxdur və yaşamır. İş materiallarında olan 08 oktyabr 2024-cü il tarixli nikah haqqında arayışdan görünür ki,X24 və X18 arasında 25 dekabr 1965-ci ildə 44 saylı nikahın bağlaması akt qeydi tərtib edilmişdir.Nikah bağlandıqdan sonra X13 əri X2 verilmişdir. İş materiallarında olan 08 oktyabr 2024-cü il tarixli ölüm haqqında arayışdan görünür ki, X16 18 sentyabr 2005-ci ildə Qazax rayonun Qarapapaq kəndində ölmüşdür. İş materiallarında olan AZ-İİ№ 288938 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 31 iyul 2022-ci il tarixində ölmüşdür. İş materiallarında olan JN-735 KOD 50102018 №-li torpaq mülkiyyət hüququna dair dövlət aktından görünür ki, xx.xx.1997-ci il tarixli, 12 nömrəli Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu Qiyasbəyli kəndində yerləşən 0.66 ha torpaq sahəsi X24 və X4 ümumi birgə mülkiyyəti hüququna verilmişdir. İş materiallarında olan JN-117F KOD 50102028 №-li torpaq haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1997-ci il tarixli, 12 nömrəli Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu Qarapapaq kəndində yerləşən 0.08 ha torpaq sahəsi X24 və X5 ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Qazax rayonu Ağköynək kəndində yerləşən 0.66 ha həyətyanı torpaq sahəsinə dair verilmiş JN-735 nömrəli torpağın dövlət aktında buraxılmış texniki səhvlərin aradan qaldırılmasına köməklik göstərilməsi ilə bağlı ərizənizə baxılmış, lakin araşdırma zamanı, JN-735 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən məlumatın dövlət reydstrində saxlanılan məlumatla uyğunluğu yoxlanılarkən məlum olmuşdur ki, dövlət aktında göstərilən məlumatlar baza məlumatları ilə eynidir. JN-735 nömrəli dövlət aktında qeyd edilən adlarda şəxsiyyəti təsdiq edən sənəd eynilik təşkil etmir. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin bütün sənədlərində adı, ata adı və soyadı “X16” kimi göstərilsə də, JN-117F KOD 50102028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə “X8” kimi və JN-735 KOD 50102018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında səhvən “X11” kimi göstərilmişdir. Şəhadətnamədə və dövlət aktında səhvən göstərilən “X8” və “X11” ilə təqdim olunan sənədlərdə göstərilən “X16” ilə eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-117F KOD 50102028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və JN-735 50102018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında şəxsiyyət vəsiqələrinin surəti, doğum və şəhadətnamələrdə ərizəçi tərəfindən ona aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmirlər və həmin sənəd ərizəçilərə torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-117F KOD 50102028 №-li nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “X17” qızına aid hissədə X16 və JN-735 KOD 50102018 №-li nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında “X20” qızına aid hissədə X12 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahatı Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş JN-117F KOD 50102028 №-li nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “X17” qızına aid hissədə X16 və Qazax rayon Aqrar İslahatı Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş JN-735 KOD 50102018 №-li nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında “X20” qızına aid hissədə X12 məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar