Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-162/2025 06.02.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız borcun silinməsi tələbinə dair mülki işə 06 fevral 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh tərəfindən ona əsassız hesablanmış 777.60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş və bildirmişdir ki, iddiaçının qazdan istifadəçi kimi abunə kodu **********00000-dur. Qazdan istifadəçi kimi abunə kodu hazırda iddiaçının adına olsada o həbsdə olduğu üçün həmin sayğacdan ailə üzvüləri istifadə edir. 28 sentyabr 2023-cü il tarixdə qaz zəif olduğuna görə X1 İdarəsinə məlumat verilmişdir. Səhəri günü qaz işçiləri iddiaçının yaşadığı ünvana gələrək, qaz sayğacının qoryucu şüşəsinin sındığını və gövdəsinin əzildiyini bildirmişlər. Qaz sayqaçının nə vaxt, hansı şəraitdə şüşəsinin sındığından və gövdəsinin əzilməsindən xəbərləri olmamışdır. Qaz nəzarətçisi hər ay bildiriş təqdim etmişdir və heç vaxt qaz sayğacının sınması barədə bir söz deməmişdir. Qazax rayon Qaz xidmət sahəsinin əməkdaşları həmin gün iddiaçıya məxsus qaz sayğacını dəyişmişlər, lakin cərimə yazacaqları barədə bir söz deməmişlər. Azəriqaz İB-nin əməkdaşlarının qazdan istifadə qaydalarının pozulmasına dair tərtib etdikləri 28 noyabr 2023 -cü il tarixli akdan xəbərləri olmamışdır. Bu barədə yalnız 26 sentyabr 2024-cü il tarixdə şifahi olaraq Qazax qaz xidmət sahəsinin əməkdaşı tərəfindən iddiaçının ailə üzvlərinə bildirilmişdir. Bundan sonra Qazax qaz xidmət sahəsinə müraciət edib müvafiq sənədləri əldə etmişlər. Azərbaycan Metraligiya İnstitunun 13 noyabr 2023-cü il tarixli rəyində **********4 nömrəli sayğaca baxış zamanı “sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin sındığı, hesablama mexanizminin iş prisipinə mane törədildiyi və sayğacın gövdəsi kənar təsir nəticəsində əsildiyi qeyd edilmişdir. Sayğac istisimara yararsızdır. Sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralandığı, qazın keçdiyi hesablama mexanizminin açıq vəziyyətdə olması,sərfiyatın qeydə alınmadığı və sayğacın istismara yararsız olduği qeyd edilmişdir. Tərtib edilmiş aktlardan görünür ki, xidmət sahəsinin əməkdaşları sayğacı 29 sentyabr 2023-cü il tarixdə dəyişmələrinə baxmayaraq, Metrologiya institutuna 13 noyabr 2023-cü il tarixdə təqdim etmişlər. Həmin müddət ərzində sayğac harada, hansı şəraitdə saxlanıldığı və hansı şəraitdə daşındığı məlum deyil. Eyni zamanda Azəriqaz İB-nin əməkdaşları cərimə yazan zaman qanunvericinin heç bir tələbinə əməl etməmişlər. Onlar bununla bağlı heç bir rəsmi sənəd təqdim etməmişlər, hesablanmış pul borcu qanunsuz və əsassızdır və ləğv edilməlidir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məlumat verməmişdir. Məhkəmə Cavabdeh nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli Aktdan görünür ki, sayğac yenisi ilə əvəzlənib, sayğacın çıxarılma səbəbi: sayğacın ekranının qırılması, gövdəsinin əzilməsi olmuşdur. “Qaz sayğacının yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli, AKT MSK- 14-2-2/3- 5-11091/Q001 nömrəli Aktdan görünür ki, “sayğaca baxış keçirildi, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin sındığı, hesablama mexanizminin iş prisipinə mane törətdiyi və sayğacın gövdəsinin kənar təsir nəticəsində əsildiyi, sayğacın istisimara yararsız olduğu” müəyyən edilmişdir. Abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 2023-cü ilin noyabr ayına 777,60 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb və iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında təbii qazdan istifadəyə dair müqavilə münasibətlərindən yaranmış mübahisə mövcuddur. Belə ki, cavabdeh təşkilat təbii qazdan istifadə ilə bağlı vəzifələri yerinə yetirir, iddiaçı isə təbii qazdan istifadə ilə bağlı xidmətlərin haqqını ödəyir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-1-ci maddəsinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə görə, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 4.7-ci bəndində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı təbii qazdan istifadəyə görə yaşadığı ünvan 1 ünvanında yerləşən evdə quraşdırılmış qaz sayğacına ehtimal edilən müdaxiləyə görə cavabdeh qarşısında məsuliyyət daşımadığı, həmin müdaxiləyə görə üzərinə öhdəlik götürmədiyi, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması üçün cavabdehliyi qaz paylayıcısının daşıdığı, sayğaca müdaxilənin aşkar olunmadığı və həmin müdaxilənin aktda öz əksini tapmadığı, sayğaca müdaxilənin İddiaçı və ya onun ailə üzvləri tərəfindən törədilməsi müəyyən edilmədiyi, bununla da iddiaçının adına olan sayğaca borcun əsassız hesablanması sübuta yetirildiyindən iddia əsaslıdır. Bu səbəbdən iddia təmin edilməli, Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı hesablanmış 777,60 manat borc silinməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı hesablanmış 777,60 manat məbləğində borc silinsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-162/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-162/2025
06.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver