Məhkəmə qərarları › İş №2(023)-1643/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1643/2024

23.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1643/2024 23.12.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Həmzəli Nərminə Ruslan qızının katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçi1 və Ərizəçi2 «sənədin şəxslərə məxsus olması faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Qazax rayon İslahat Komisyasının 08 Sentyabr 1997-ci il tarixli, 10 nömrəli qərları ilə onlara və ailə üzvülərinin mülkiyyətinə 0/94 h.torpaq sahəsi verilməsinə dair işlənmiş 23 Noyabr 1997-ci il tarixli,JN-460,kod 50112018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktının 1-ci sırasında X2 göstərilən hissənin mərhum anası X1, 2-ci sırada X6 göstərilən hissənin Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsalandırılmışdır ki, onlar ər arvad olmaqla Qazax rayon Çaylı kəndində yaşayılar. Aqrar İslahatla əlaqadar olaraq onlara ailə üzvləri ilə birlikdə torpaq sahəsi verilimişdir. Həmin torpağa mülikiyyət hüququna dair JN-460 KOD 50112018 olan Dövlət aktında mərhum anasının soyadı X3 göstərilmişdir.Hansı ki, X4 olmalıdır. Həyat yoldaşı Ərizəçi2da soyadı onun soyadı ilə Tağıyeva kimi göstərilimişdir.Hansı ki, onlar nikah qeydiyyatından keçərkən o öz Xasməmmədova soyadında qalmışdır. Hazırda pay torpağı mülkiyyət hüququna çıxarış almaq istəyir lakin bu uyğunsuzluqlara görə onlara çıxarış verməkdən DƏDRX-nin xx.xx.2023-cü il tarixli, 3-21-3-37/2-T- 0064-3023 saylı məktubu ilə imtina edilmiş bə bu uyğunsuzluqların aradan qaldırılması ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək, Qazax rayon Aqrar İslahatı Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə verilmiş JN-460 KOD 50112018 №-li nömrəli Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında X8”na aid hissədə X1, X14”na aid hissədə isə Ərizəçi2 məxsus olması faktı müəyyən barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçilər ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdilər. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçilərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçilərin ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X4 xx.xx.1927-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan ölüm haqqında çəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X17 xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, Ərizəçi2 xx.xx.1956ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1956-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qazax rayonu, Çaylı kəndində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinə dair verilmiş JN-460 nömrəli dövlət aktında buraxılmış texniki səhvlərin aradan qaldırılmasına köməklik göstərilməsi ilə bağlı ərizənizə baxılmış, lakin araşdırma zamanı, JN-460 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən məlumatın dövlət reydstrində saxlanılan məlumatla uyğunluğu yoxlanılarkən məlum olmuşdur ki, dövlət aktında göstərilən məlumatlar ərazi idarəsində möcüd olan arxiv məlumatları ilə eynidir. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İş materiallarında olan JN-460 KOD 50112018 №-li torpağa mülkiyyət hüququna dair dövlət aktında surətindən görünür ki, xx.xx.1997-ci il tarixli, 10 nömrəli Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu Çaylı kəndində yerləşən 0.94 ha torpaq sahəsi X5, X12, Ərizəçi1, X13, X10 mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərin bütün sənədlərində adı ata adı və soyadı “X4 və Ərizəçi2” kimi göstərilsə də, JN-460 KOD 50111028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında səhvən “X8 və X6 göstərilmişdir. Dövlət aktında səhvən göstərilən “X8 və X14” ilə təqdim olunan sənədlərdə göstərilən “X4 və Ərizəçi2 eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-460 KOD 50112018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında, şəxsiyyət vəsiqələrinin surəti, doğum və ölüm şəhadətnamələrdə ərizəçilər tərəfindən onlara aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmirlər və həmin sənəd ərizəçilərə torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-460 KOD 50112018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında X8”na aid hissədə X1, X14”na aid hissədə isə Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahatı Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə verilmiş JN-460 KOD 50112018 №-li nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında “X8”na aid hissədə X1, “X14”na aid hissədə isə Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar