Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-1647/2025 21.08.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 Çigiz qızının cavabdehlər Cavabdeh2, Cavabdeh3, Əliyeva (Şabanova) Rüxsarə Şəmistan qızına, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Qazax rayon Notariat Ofisinə qarşı «vəsiyyətnamənin etibarsız hesab edilməsi, mirasın bötovlükdə faktiki qəbul olunmuş hesab edilməsi və miras əmlaka vərəsəlik paylarının müəyyən edilməsi» tələbi barədə ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Çigiz qızı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Əliyeva (Şabanova) Rüxsarə Şəmistan qızına, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Qazax rayon Notariat Ofisinə qarşı «vəsiyyətnamənin etibarsız hesab edilməsi, mirasın bötovlükdə faktiki qəbul olunmuş hesab edilməsi və miras əmlaka vərəsəlik paylarının müəyyən edilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciər etmişlər. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçıların tələbi «vəsiyyətnamənin etibarsız hesab edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» olmuşdur. Göründüyü kimi iddiaçılar hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə xüsusi icraat qaydasında baxılmalı olan işi, iddia icraatı qaydasında baxılmalı olan tələblə birlikdə vermişlər. İddia ərizəsindən də göründüyü kimi iddiaçılar vəsiyyətnamənin etibarsız hesab edilməsi, mirasın qəbul edilmə faktının müəyyən edilməsi, payların müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli, 2(102)-3972/2024 nömrəli qərarında izah edilmişdir ki, hüquq barəsində mübahisə olduğu hallarda MPM-in 307-ci maddəsində sadalanan hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə tələblər iddia icraatı qaydasında ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Belə olan hallarda iddiaçı hüquq barədə mübahisə edən tərəfə qarşı əldə etmək istədiyi hüquqi nəticənin (məsələn miras payın tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin qoyulması, əmlakın bölünməsi, ziyanın ödənilməsi və s) əldə olunması ilə bağlı iddia irəli sürməli və iddiasının əsası kimi yuxarıda qeyd olunan hüquqi faktların mövcud olduğunu (baş verdiyini) sübuta yetirilməlidir. Hüquq barəsində mübahisə olduğu halda hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil tələbin irəli sürülməsi isə yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilə bilməz. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, belə iddia tələblərinin icraata qəbulundan məhkəmə tərəfindən MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina edilməli, yaxud əgər icraata qəbul edilibsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Yuxarıda qeyd olunanları, habelə mübahisə tərəflərinin hüquqi vəziyyətinin və onların arasındakı münasibətlərin ümumi hüququn nizamasalma predmetinə aid olmasını nəzərə alaraq, hesab edilir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyə ərizə verilərkən təqdim edilmiş sənədlər L.A.Qurbanovaya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 Çigiz qızının cavabdehlər Cavabdeh2, Cavabdeh3, Əliyeva (Şabanova) Rüxsarə Şəmistan qızına, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Qazax rayon Notariat Ofisinə qarşı «vəsiyyətnamənin etibarsız hesab edilməsi, mirasın bötovlükdə faktiki qəbul olunmuş hesab edilməsi və miras əmlaka vərəsəlik paylarının müəyyən edilməsi» tələbi barədə iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Məhkəməyə iddia ərizəsi verilərkən təqdim edilmiş sənədlər iddiaçılara qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1647/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-1647/2025
21.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver