Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1650/2024 23.12.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Həmzəli Nərminə Ruslan qızının katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi «sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçina məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42 kv.m ölçülü yaşayış evinə dair Azərbaycan Respublikası Qazax rayon Texniki İnventarlaşdırma bürosu tərəfindən verilmiş 29 aprel 1997-ci il tarixdə reyestr kitabında 9cu səhifədə qeydə alınmış 3261 inventar nömrəli qeydiyyat vəsiqəsinin və Azərbaycan Respublikası Tovuz rayonlar arası Texniki İnventarlaşdırma bürosu tərəfindən verilmiş aprel 1997-ci il tarixli 3261 reyestr nömrəli, 269 inventar nömrəli texniki pasportun ona yəni Ərizəçi məxsus olması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsalandırılmışdır ki, ünvan 2 ünvanında bir otaqlı ümumi sahəsi 42 kv.m ölçülü yaşayış evinə dair Azərbaycan Respublikası Tovuz rayonlar arası Texniki İnventarlaşdırma bürosu tərəfindən verilmiş 29 aprel 1997-ci il tarixdə reyestr kitabında 9cu səhifədə qeydə alınmış 3261 inventar işi nömrəli qeydiyyat vəsiqəsində onun adı səhvən X4 olaraq qeyd edilmişdir. Həmin qeydiyyat vəsiqəsi əsasında Azərbaycan Respublikası Tovuz rayonlar arası Texniki İnventarlaşdırma bürosu tərəfindən verilmiş aprel 1997-ci il tarixli 3261 reyestr nömrəli ,texniki pasportda da eyni texniki səhvə yol verilmişdir .Bu halın məhkəmədə müəyyən edilməsi ona qeydiyyat vəsiqəsinin yenisi ilə əvəz edilməsi üçün lazımdır. Bu sənədlərdə texniki səhvə yol verilməsi onun hüquqlarını məhdudlaşdırır. Ərizəçinin nümayənədəsi Nümayəndə məhkəməyə dəqiqləşdirmə ərizəsi təqdim edərək, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 42 kvadrat metr ölçülü yaşayış evinə dair Azərbaycan Respublikası Qazax rayon Texniki inventarlaşdırma bürosunun 29 aprel 1997-ci il tarixli reyestr kitabının 9-cü səhifəsində qeydə alınmış 3261 inventar nömrəli qeydiyyat vəsiqəsində və Azərbaycan Respublikası Tovuz rayonlar arası Texniki invertarzasiya bürosu tərəfindən verilmiş 1997-ci il tarixli 3261 reyestr nömrəli 269 invertar nömrəli texniki pasportunda X2 aid hissədə Ərizəçi məxsus olması faktı müəyyən barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1954-cü il təvəllüdlü Ərizəçi həqiqətən şəxsiyyət vəsiqəsinə əsasən (əvvəlki H.Əliyev) ünvan 3 ünvanında qeydiyyatdadır. iş materiallarında olan nikah pozulması haqqında arayışdan görünür ki, X3 və X6 27 aprel 1984-cü il tarixdə Qazax rayon qeydiyyyat şöbəsində 41 saylı nikahın pozulması haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən, mənzilə dair verilmiş 3261 nömrəli qeydiyyat vəsiqəsində texniki səhvlərin aradan qaldırılmasına köməklik göstərilməsi ilə bağlı ərizənizə baxılmış, lakin araşdırma zamanı, 3261 nömrəli qeydiyyat vəsiqəsində göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumatla uyğunluğu yoxlanılarkən məlum olmuşdur ki, qeydiyyat vəsiqəsində göstərilən məlumatlar baza məlumatları ilə eynidir. Təqdim etdiyi qeydiyyat vəsiqəsində qeyd edilən ad soyadla şəxsiyyəti təsdiq edən sənəd eynilik təşkil etmir. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata a nmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İş materiallarında olan 3261 saylı qeydiyyat vəsiqəsindən görqünür ki, ünvan 3 ünvanında yerləşən ev şəxsi mülkiyyət hüququ əsasıda X1 adına qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.1997-ci il tarixli 3261 nömrəli texniki pasportdan görünür ki, ünvan 3 ünvanında yerləşən ev X1 adına qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin bütün sənədlərində adı “Ərizəçi” kimi göstərilsə də, Azərbaycan Respublikası Qazax rayon Texniki inventarlaşdırma bürosunun 29 aprel 1997-ci il tarixli reyestr kitabının 9-cü səhifəsində qeydə alınmış 3261 inventar nömrəli qeydiyyat vəsiqəsində və Azərbaycan Respublikası Tovuz rayonlar arası Texniki invertarzasiya bürosu tərəfindən verilmiş 1997-ci il tarixli 3261 reyestr nömrəli 269 invertar nömrəli texniki pasportunda səhvən “X5” kimi göstərilmişdir. 3261 inventar nömrəli qeydiyyat vəsiqəsində və texniki pasportda göstərilən “X5” ilə təqdim olunan sənədlərdə göstərilən “Ərizəçi ilə eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – 3261 inventar nömrəli qeydiyyat vəsiqəsində, texniki pasportda, şəxsiyyət vəsiqələrinin surəti, ərizəçi tərəfindən ona aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, Azərbaycan Respublikası Qazax rayon Texniki inventarlaşdırma bürosunun 29 aprel 1997-ci il tarixli reyestr kitabının 9-cü səhifəsində qeydə alınmış 3261 inventar nömrəli qeydiyyat vəsiqəsində və Azərbaycan Respublikası Tovuz rayonlar arası Texniki invertarzasiya bürosu tərəfindən verilmiş 1997-ci il tarixli 3261 reyestr nömrəli 269 invertar nömrəli texniki pasportunda X5”na aid hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 42 kvadrat metr ölçülü yaşayış evinə dair Azərbaycan Respublikası Qazax rayon Texniki İnventarlaşdırma bürosunun 29 aprel 1997-ci il tarixli reyestr kitabının 9-cu səhifəsində qeydə alınmış 3261 inventar nömrəli qeydiyyat vəsiqəsində və Azərbaycan Respublikası Tovuz rayonlararası Texniki İnventarlaşdırma bürosu tərəfindən verilmiş 1997-ci il tarixli 3261 reyestr nömrəli 269 inventar nömrəli texniki pasportunda “X9” qızına aid hissədə “Ərizəçi” məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1650/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1650/2024
23.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver