Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1677/2024 25.12.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi «sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Qazax rayonu Aqrar İslahatı Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 saylı qərarı ilə verilmiş JN-414A KOD 50102018 nömrəli və Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 10 saylı qərarı ilə verilmiş JN-414BKOD 50102018 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə X4 aid olan hissədə ona, yəni X2 məxsus olması faktının müəyyən olunması edilməsini xahiş etmişdir. Ərizə onunla əsalandırılmışdır ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 10 saylı qərarı ilə 0.21 və 0.08 hektar torpaq sahələri ona və ailə üzvlərinə verilmişdir. Həmin tarixlərdə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi, 15 saylı Tovuz Ərazi İdarəsindən çıxarış lazım gəlmədiyindən torpağı qeydiyyata aldırıb çıxarış almamışlar. Hazırda çıxarış almaq üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi, 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət edən zaman ona məlum olmuşdur ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997- ci il tarixli JN - 414A və 414B, KOD 50112018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə soyadı səhvən Qocayev kimi qeyd edilmişdir. Nəzərə çatdırmışdır ki, bu halın mövcud olması onun mülkiyyət hüququnu pozaraq mülkiyyətdən sərəncam vermə hüququnu məhdudlaşdırır. Onu da qeyd edir ki, X6 adlı şəxs onların yaşadıqları Qazax rayonu, Çaylı kəndində yaşamamış və hazırda da belə bir şəxs yaşamır. Görünür ki, soyadı səhvən Qocayev kimi qeyd edərək texniki xətaya yol vermişlər. Belə olan halda açıq şəkildə məlumdur ki, Aqrar İstlahat komisiyası tərəfindən texniki səhv olaraq yazılmışdır. Bu barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi, 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etməyinə baxmayaraq oradan ərizəsi bağlı müsbət qərar qəbul edilməmiş, sözügedən düzəlişin qeyd edilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməli olmağı barədə hüququ izah edilmişdir. Buna görə də, məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Qazax rayonu Aqrar İslahatı Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 saylı qərarı ilə verilmiş JN-414A KOD 50112018 nömrəli və Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 10 saylı qərarı ilə verilmiş JN-414BKOD 50112018 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə X4 aid olan hissədə ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1998-ci il tarixdə anadan olmuşdur.Atası Nümayəndə, anası Məmmədova Elyanə Vəkil qızıdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1998-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan JN-414B KOD 50112018 №-li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, xx.xx.1997-ci il tarixli, 10 nömrəli Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu Çaylı kəndində yerləşən 0.08 ha torpaq sahəsi X3, X5, Nümayəndə, X6 və Məmmədova Elyanə Vəkil qızının ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan JN-414A KOD 50112018 №-li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, xx.xx.1997-ci il tarixli, 10 nömrəli Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu Çaylı kəndində yerləşən 0.21 ha torpaq sahəsi X5, Nümayəndə, X6 və Məmmədova Elyanə Vəkil qızının ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan 28 oktyabr 2024-cü il tarixli 5-58-10-12-21/2-1563/2024 nömrəli arayışdan görünür ki, Qazax rayonu Çaylı kənd sakini Ərizəçi JN-414B KOD 50112018 №-li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X1 qeyd edilmişdir. Qeyd edilmişdir ki, Qazax rayonu Çaylı kəndində X6 adında başqa adam yaşamır. İş materiallarında olan 28 oktyabr 2024-cü il tarixli 5-58-10-12-21/2-1564/2024 nömrəli arayışdan görünür ki, Qazax rayonu Çaylı kənd sakini Ərizəçi JN-414A KOD 50112018 №-li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X1 qeyd edilmişdir. Qeyd edilmişdir ki, Qazax rayonu Çaylı kəndində X6 adında başqa adam yaşamır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, Qazax rayonu Çaylı kəndində yerləşən 00.08 ha və 0.21 ha həyətyanı torpaq sahələrinə dair verilmiş JN-414A və JN-414B nömrəli torpaq şəhadətnamələrində buraxılmış texniki səhvlərin aradan qaldırılmasına köməklik göstərilməsi ilə bağlı ərizəyə baxılmış, lakin araşdırma zamanı, JN-414A və JN-414B nömrəli şəhadətnamələrdə göstərilən məlumatın dövlət reydstrində saxlanılan məlumatla uyğunluğu yoxlanılarkən məlum olmuşdur ki, şəhadətnamələrdə göstərilən məlumatlar baza məlumatları iləeynidir.JN-414A və JN-414B nömrəli şəhadətnamələrdə qeyd edilən adlarda şəxsiyyəti təsdiq edən sənəd eynilik təşkil etmir. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin bütün sənədlərində adı, ata adı və soyadı “Ərizəçi” kimi göstərilsə də, JN-414A KOD 50112018 №-li və JN-414B KOD 50112018 №-li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə səhvən “X6” kimi göstərilmişdir. Şəhadətnmələrdə səhvən göstərilən “X6” ilə təqdim olunan sənədlərdə göstərilən Ərizəçi eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-414A KOD 50112018 №-li və JN-414B KOD 50112018 №-li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə şəxsiyyət vəsiqələrinin surəti, doğum və şəhadətnamələrdə ərizəçi tərəfindən ona aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmirlər və həmin sənəd ərizəçilərə torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-414A KOD 50112018 №-li və JN-414B KOD 50112018 №-li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə “X6”na aid hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarxli 10 saylı qərarı ilə verilmiş JN-414A KOD 50112018 nömrəli və Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il 10 saylı qərarı ilə verilmiş JN–414B KOD 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə X4 aid hissənin “Ərizəçi”na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1677/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1677/2024
25.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver