Məhkəmə qərarları › İş №2(023)-1699/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1699/2025

09.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1699/2025 09.12.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Sadıxova Günay Fauna qızının katibliyi, İddiaçı1 və onun (həmçinin İddiaçı2) nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Əliyeva (Şabanova) Rüxsarə Şəmistan qızına, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Qazax Rayon Notariat Ofisinə qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi, mirasın bütövlükdə faktiki qəbul olunmuş hesab edilməsi və miras əmlaka vərəsəlik paylarının müəyyən edilməsi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Əliyeva (Şabanova) Rüxsarə Şəmistan qızına, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Qazax Rayon Notariat Ofosonə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax rayon Dövlət notariat kontorunda xx.xx.1989-cu il tarixdə 8218 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən ibarət miras əmlakdan İddiaçı1 və İddiaçı2 hər birinin bərabər hissədə vərəsəlik payı müəyyən edilməsinin və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 iddia tələbi onunla əsaslandırılmışdır ki, 31 oktyabr 1997-ci ildə X26 ilə nikaha daxil olaraq evlənmişlər. Birgə nikahdan xx xxx 1999-cu ildə bir qız övladı, iş üzrə digər İddiaçı2 (iş üzrə digər iddiaçı) anadan olmuşdur. X26 ilə evlənərkən, onun anası X41 ilə birlikdə yaşadığı, ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 58,0 kvm, o cümlədən yaşayış sahəsi 32,0 kvm, köməkçi sahəsi 26,0 kvm olan, 2 otaqlı fərdi yaşayış evinə gəlin köçərək orada yaşamağa davam etmişdir. Qızı Əsmər də həmin evdə yaşadığı zaman dünyaya gəlmişdir. X2 ilə qayınanası Şabanova (Bayramova) Asya Camal qızı 09 dekabr 1946-cı ildə nikaha daxil olaraq evlənmişlər. Onların birgə nikahlarından 4 övladları anadan olmuşlar. Bunlar, iş üzrə cavabdehlər Cavabdeh2, X19, Cavabdeh5 və onun həyat yoldaşı X20r. X27 ilə X41 birgə nikahda olduqları dövrdə, yəni 1954-cü ildə ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 58,0 kvm, o cümlədən yaşayış sahəsi 32,0 kvm, köməkçi sahəsi 26,0 kvm olan, 2 otaqlı fərdi yaşayış evini birgə vəsaitləri hesabına tikdirmişlər. X4 xx.xx.1990-cı ildə, qayınanası X41 isə xx.xx.2003-cü ildə vəfat etmişdir. İş üzrə Cavabdeh3 digər Cavabdeh2 övladıdır. Cavabdehlər Cavabdeh6 və Cavabdeh7 isə əri X13 əvvəlki nikahından doğulan övladlarıdır. Qeyd edir ki, X24 xx.xx.1990-cı ildə vəfat etdikdən sonra mübahisəli fərdi yaşayış evində yalnız arvadı Asya Şabanova və oğlu Çingiz Şabanov yaşamaqla və təsərrüfatı idarə etməklə, mərhumdan qalan mirası faktiki olaraq qəbul etmişlər. Asya Şabanova xx.xx.2003-cü ildə vəfat etdikdən sonra isə mirası yeganə birinci növbəli vərəsələr sırasından olan Çingiz Şabanov faktiki olaraq qəbul etmiş, mirasa sahiblənmiş və idarə etmişdir. Bir sözlə, istər Şəmistan Şabanovun, istər sə də, Asya Şabanovanın ölümündən sonra mirası əmlak yalnız X51 tərəfindən faktiki qəbul edilərək, idarə olunmuşdur. Ondan başqa heç bir vərəsə mirası nə qanunla müəyyən olunmuş müddət ərzində notariat orqanına ərizə verməklə, nə də faktiki olaraq qəbul etməmişdir. Cavabdehlər Cavabdeh2 1975-ci ildə, Cavabdeh5 xx.xx.1981-ci ildə, digər cavabdeh Əliyeva (Şabanova) Rüxsarə Şəmistan qızı da çox əvvəldən mübahisəli evin pasport qeydiyyatından çıxmışlar (arayış iddia ərizəsinə əlavə olunmuşdur) və ailəsi ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşamağa davam etmişlər. Hal-hazırda evdə qeydiyyatda olan yalnız onlardır. X51 20 aprel 2005-ci ildə vəfat etdikdən sonra cavabdeh Tükəzbən Şabanova iddia etməyə başladı ki, guya mərhum atası Şəmistan Şabanov sağlığında nəvəsi, onun isə oğlu Cavabdeh3 vəsiyyətnamə ilə bütün əmlakını, o cümlədən ünvan 1 ünvanda yerləşən evi vəsiyyət etmişdir. Cavabdeh2 bunu əsas götürərərək, onların həmin evdə yaşamağına müdaxilə etməyə başladı və onları qanunsuz olaraq evdən çıxarmağa nail oldu. Halbuki, həmin vəsiyyətnamə 16 sentyabr 1989-cu ildə tərtib olunarkən, qayınatası Şəmistan Şabanov sağlamlıq baxımından ağır vəziyyətdə olmuşdur. Eyni zamanda vəsiyyətnamə tərtib edilərkən şahidlərin iştirakı təmin edilməmiş, həmçinin vəsiyyət edən şəxsin adından ünvan 1 ünvanda yerləşən evin vəsiyyət olunduğu göstərilsə də, həmin vaxt bu evin mülkiyyət hüququ vəsiyyət edən şəxsə məxsus olmamışdır. Bundan əlavə vəsiyyət edilən Cavabdeh3 də miras açıldıqdan sonra vəsiyyət üzrə nə notariat orqanına ərizə verməklə, nə də mirası faktiki qəbul etməmişdir. Bu hal əvvəlki məhkəmə qərarlarında öz əksini tapan, cavabdehlərin məhkəmə iclasında verdikləri izahatları ilə təsdiqini tapmışdır. Həmçinin, cavabdehlər Cavabdeh6 və Cavabdeh7 mərhum Çingiz Şabanovun ölümündən sonra miras əmlakdan ona çatası payı nə notariat orqanına ərizə verməklə, nə də mirası faktiki qəbul etməmişlər. 2005-ci ildə məcbur olub Qazax rayon məhkəməsində cavabdehlər Şabanova Şəmistan qızına və Cavabdeh3 qarşı “evə köçürülmə vəsiyyətnamənin etibarsız hesab edilməsi və yaşayış evinə mülkiyyət hüququnun verilmsi” tələbi ilə bağlı iddia qaldıraraq, onun ünvan 1 ünvanında yerləşən evə köçürülməyi, həmin evə mülkiyyət hüququnun tanınması, habelə Cavabdeh3 adına verilmiş 16 sentyabr 1989-cu il tarixli vəsiyyətnamənin etibarsız hesab olunmasını məhkəmədən xahiş etmişdir. X21, Cavabdeh3, X19 və Cavabdeh5 Şəmistam qızı qarşılıqlı iddia verərək, ünvan 3 ünvanda yerləşən daşınmaz əmlaka vərəsəlik açılmaqla payların müəyyən edilməsini, habelə ona kompensasiya ödənilməklə mirasdan məcburi pay almaq hüququnun itirilməsini məhkəmədən xahiş etmişlər. Qazax rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsinə əsasən iddia və qarşılıqlı iddia qismən təmin edilərək, X6 tərəfindən ünvan 5 mülkün bütünlüklə X37 etdiyi 18 dentyabr 1989-cu il tarixli vəsiyyətnamə etibarsız hesab edilmiş, ünvan 5 mülkün dəyərinin dörddə bir hissəsinin Cavabdeh2, X7 və Cavabdeh5 8.000.000 (səkkiz milyon) manat pul müştərək qaydada alınıb mərhum X13 xx xxx 1999-cu ildə anadan olmuş uşağı Əsmərin qanuni nümayəndəsi İddiaçı1 verilməsi, ünvan 5 mülkün üçdə bir hissəsi üzərində mülkiyyət hüququnun Cavabdeh2, üçdə bir hissəsi üzərində mülkiyyət hüququnun X9 və üçdə bir hissəsi üzərində mülkiyyət hüququnun Cavabdeh5 verilməsi, iddianın və qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.Həmin qətnamədən narazı qaldığı üçün apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2006-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Qazax rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi dəyişdirilərək, qətnamənin iddianın məhrum X24 tərəfindən ünvan 5 mülkün bölünməklə X37 etdiyi 18 dentyabr 1989-cu il tarixli vəsiyyətnamənin etibarsız hesab olunmasına dair hissəsinin dəyişdirilmədən saxlanılması, qətnaməyə ünvan 5 mülkün dəyərinin dörddə br hissəsinin Cavabdeh2, X34 (qızından və Cavabdeh5 8.000.000 (səkkiz milyon) manat pulun müştərək qaydada alınıb mərhum X13 xx xxx 1999-cu ildə anadan olmuş uşağı Əsmərin qanuni nümayəndəsi İddiaçı1 qızna verilməsinə və həmin ünvanda yerləşən mülkün üçdə bir hissəsi üzərində mülkiyyət hüququnun Tünzalə, Rüxsarə və Məlahət Şabanovların hər birinə bərabər həcmdə verilməsinə dair hissələrinin ləğv edilməsi, qətnaməyə ünvan 5 ünvanda yerləşən mülkün dörddə bir hissəsi üzərində mülkiyyət hüququnun mərhum X13 xx xxx 1999-cu ildə anadan olmuş uşağı Əsmərin qanuni nümayəndəsi İddiaçı1, dörddə bir hissəsi üzərində mülkiyyət hüququnun X14, dörddə bir hissəsi üzərində mülkiyyət hüququnun Cavabdeh2, və dörddə bir hissəsi üzərində mülkiyyət hüququnun Cavabdeh5 və İddiaçı1 azyaşlı qızına verilməsinə və 8.000.000 (səkkiz milyon) manat pulun müştərək qaydada alınıb mərhum X13 xx xxx 1999-cu ildə anadan olmuş uşağı Əsmərin qanuni nümayəndəsi İddiaçı1 verilməsinə və ünvan 5 evə köçürülməsinə dair tələbinin təmin edilməsi barədə yeni hissənin əlavə olunması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh6 və Cavabdeh7 qətnamədən kassasiya şikayəti verməklə, qətnamənin ləğv olunmasını, hər ikisinin Çingiz Şabanovun birinci növbəli vərəsəsi kimi miras mülkdən paylarının ayrılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 21 iyun 2007-ci il tarixli qərarı ilə maraqlı şəxslər Cavabdeh6 və Cavabdeh7 kassasiya şikayəti təmin edilmiş, Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2006-cı il tarixli qətnaməsi ləğv edilərək iş yenidən apellyasiya qaydasında baxılması üçün qaytarılmışdır. Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2006-cı il tarixli qətnaməsini ləğv edən Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 21 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, “mübahisəli evin Ş.Şabanovun adına şəxsi mülkiyyət kimi qeyd edilməsi barədə işdə qeydiyyat vəsiqəsi yoxdur. Mübahisəli evə o zaman vərəsəlik müəyyən edilə bilərdi ki, miras qoyanın xüsusi mülkiyyətində olmuş olsun”. Həmçinin, Ali Məhkəmənin bu Qərarında mübahisəli vəsiyyətnamə ilə bağlı qeyd olunmuşdur ki, “Əvvəla, iddia tələbləri çərçivəsində vəsiyyətnamənin həqiqiliyi yoxlanılmamışdır”. Məhkəmə Kollegiyası eyni zamanda belə hesab etmişdir ki, “əmlak vəsiyyət edilən şəxsin mirası qəbul edibetməməsi aydınlaşdırılıb qiymət verilməli idi”. Bundan əlavə həmin Qərarda göstərilmişdir ki, “Ş.Şabanovun 1990-cı ildə vəfatı ilə əlaqədar ona məxsus əmlaka vərəsəlik açılmışdır. Kollegiya həmin vaxt kimlərin, yəni 4 uşaqları və arvadından ibarət vərəsələrin hansının o dövrə aid qanuna müvafiq vərəsəliyi qəbul etməsini müəyyənləşdirib, qiymət verməmişdir. Analarının 2002-ci ildə vəfatı ilə əlaqədar vərəsəlik isə Mülki Məcəlləsinin 134, 1159-cu maddələri qaydasında həll edilməli idi”. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, mübahisəli ev xüsusi mülkiyyətdə olmadığından və mülkiyyətdə olmayan əmlak miras kütləsinə daxil edilmədiyindən mübahisəli ev miras kimi vərəsələr arasında bölünə bilməzdi. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2007-ci il tarixli, 2(104)-41 (07-7)2007 nömrəli qətnaməsinə əsasən İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilərək, Qazax rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-237/07 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı1 iddiasının qismən təmin edilməsi, İddiaçı1 ünvan 1 evə köçürülməklə ona yaşayış hüququnun verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh2 və qeyrilərinin iddiasının təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 21 iyun 2007-ci il tarixli qərarındakı göstərişləri araşdıraraq belə nəticəyə gəlmişdir ki, “Mübahisə predmeti olan ev miras əmlakın kütləsinə daxil olmadığından məhkəmə kollegiyası mirasla bağlı vərəsəliyin digər hallarını aydınlaşdırmağa lüzum bilmədi”. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, “birinci instansiya məhkəməsinin qətnaməsi vərəsəliklə əlaqədar qarşılıqlı iddianı təmin etməklə düzgün nəticəyə gəlməyərək mülkiyyətdə olmayan əmlakı miras kimi vərəsələr arasında bölmüşdür”. İşin faktiki hallarından da görünür ki, həmin vaxt mübahisəli ev xüsusi mülkiyyətdə olmadığından və mülkiyyətdə olmayan əmlakın miras kütləsinə daxil edilməsi mükünsuz olduğundan, mübahisəli evin miras kimi vərəsələr arasında bölünəsinin qanunsuz olduğu barədə nəticəyə gələn məhkəmə qərarları mövcuddur. ƏMDX DƏDK və RPHŞ 15 saylı Tovuz Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il qeydiyyat tarixli, **********66-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 0.0697 ha həyətyanı torpad sahəsi və həmin torpaq sahəsi üzərindəki, ümumi sahəsi 58,0 kvm olan fərdi yaşay ş evi X6nun adına qeydə alınmışdır. Biz iddiaçılar, xx.xx.2023-cü il tarixdə Qazax rayon notariat ofisinə ərizə ilə müraciət edərək, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X22 irsi transmissiya yolu ilə keçən torpaq sahəsindən və fərdi yaşayış evindən ibarət, ondan irs qalmış mirasın qəbul etmək istədiyimizi bildirib, mirasın tərkibinə daxil olan əmlakdan bizə çatası nissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişik. Lakin, Qazax rayon notariat ofisinin verdiyi xx.xx.2025-ci il tarixli, 791 nömrəli məktubda vərəsələr arasında mübahisənin olduğu göstərilməklə, mübahisənin həlli üçün məhkəməyə müraciət etməyimiz tövsiyyə olunmuşdur. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olduq. Göründüyü kimi, hazırda mübahisəli fərdi yaşayış evi və torpaq sahəsi mülkiyyət hüququ əsasında mərhum Şəmistan Şabanovun adına qeydə alınmış və bu əmlak artıq miras kütləsinə daxildir. Buradan da belə nəticəyə gəlmək olur ki, miras əmlaka payların müəyyən edilməsi ilə bağlı mübahisənin həlli üçün yeni əsasla məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bu baxımdan hesab edir ki, ünvan 1 ünvanda fərdi yaşayış evi və torpaq sahəsindən ibarət mirasdan bizim bərabər hissədə payımız müəyyən olunmalıdır. İddia tələbinin vəsiyyətnamənin etibarsız hesab olunmasına dair hissəsi ilə bağlı bir daha qeyd etməyi zəruri hesab edirik ki, mübahisələndirilən vəsiyyətnamə 16 sentyabr 1989-cu ildə tərtib olunarkən, vəsiyyət edən Şəmistan Şabanov sağlamlıq baxımından ağır vəziyyətdə olmuşdur. Bu halda onun tərəfindən vəsiyyətnamənin verilməsi qeyri- mümkün idi. Eyni zamanda vəsiyyətnamə tərtib edilərkən şahidlərin iştirakı təmin edilməmiş, həmçinin vəsiyyət edən şəxsin adından ünvan 1 ünvanda yerləşən evin vəsiyyət olunduğu göstərilsə də, həmin vaxt bu evin mülkiyyət hüququ vəsiyyət edən şəxsə məxsus olmamışdır. Eyni zamanda, vəsiyyət edilən Cavabdeh3 də miras açıldıqdan sonra vəsiyyət üzrə nə notariat orqanına ərizə verməklə, nə də mirası faktiki qəbul etməmişdir. Qeyd olunanlar həmin vəsiyyətnamənin etibarsızlığına əsas olan hallardır. Qeyd olunanlara əsasən belə hesab edirlər ki, Qazax rayon Dövlət notariat kontorunda xx.xx.1989-cu il tarixdə 8218 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamə etibarsız hesab edilməsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən ibarət mirasdan hər birimiziin bərabər hissədə vərəsəlik payımız müəyyən olunmalı və bu barədə qanun üzrə vərəsəlik hüququ hağqında şəhadətnamə verilməldir. Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-1699/2025 saylı qərardadı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Əliyeva (Şabanova) Rüxsarə Şəmistan qızına, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Qazax Rayon Notariat Ofisinə qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi, mirasın bütövlükdə faktiki qəbul olunmuş hesab edilməsi və miras əmlaka vərəsəlik paylarının müəyyən edilməsi» barədə mülki iş üzrə «vəsiyyətnamənin etibarsız hesab edilməsi» hissəsində mülki iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, bildirdi ki, miras 1990-cı ildə açıldıqdan sonra X6nun birinci növbəli vərəsələrindən yalnız arvadı Asiya və oğlu Çingiz qəbul etmiş və orda yaşamaqla təsərrüfat idarə etmişlər. Sonradan 2003-ü ildən sonra Asya Şabanovanın vəfatından sonra yeganə vərəsə kimi yalnız Çingiz Şabanov həmin evdə yaşamış və əmlakı idarə etməklə mirası faktiki olaraq qəbul etmişdir. Lakin sonradan Çingiz Şabanovun vəfatından sonra onun birinci növbəli vərəsələri kimi mirası faktiki olaraq yalnız arvadı Şəfiqa və qızı Əsmər qəbul etmişdir. Belə ki, Çingiz Şabanovun vəfatından sonrada həmin evdə yalnız İddiaçı1 və İddiaçı2 yaşayaraq əmlakı idarə etməklə mirası qəbul etmişlər. Cavabdeh Qazax rayon Notariat Ofisinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Əliyeva (Şabanova) Rüxsarə Şəmistan qızına, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və onun nümayəndəsi (vəkilini) dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Firuddin qızı verdiyi ifadəsində göstərmişdir ki, o, iddiaçıların qonşusudur. Qazax şəhəri, S.Vurğun küçəsində yerləşən ünvanda yaşayır. Qazax şəhəri, S.Vurğun küçəsi ev 85 nömrəli evdə İddiaçı1 və onun qızı Əsmər yaşayır. O, X15 görməmiş, X41 isə çox az görmüşdur. Onun ölümündən sonra isə həmin ünvanda İddiaçı1 və onun qızı Əsmərdən başqa heç kim yaşamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, o, X15 və X41 isə çox az görmüşdur. X10 vəfatından sonra onun evində arvadı X41 və oğlu Çingiz Şabanov yaşamışdır. 2003-cü ildə Asya Şabanova həmin evdə vəfat etdikdən sonra orada oğlu Çingiz, arvadı Şəfiqa və övladları Əsmər yaşamışdır. X10 və X32 digər övladlarının həmin ünvanda yaşamasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, iddiaçıların qonşusudur. X10 vəfatından sonra ona məxsus evdə oğlu Çingiz yaşamışdır. X10 digər övladları onun vəfatınan əvvəl ailə qurub çıxıb getmişlər. Çingiz ilə Şəfiqa evlənmiş və onların Əsmər adlı bir qızı olmuşdur. X16 məxsus evdə yalnız Çingiz, arvadı Şəfiqa və onların övladı Əsmər yaşamışdır. X10 digər övladları ondan qalan həmin evdə valideynlərinin ölümündən sonra yaşamamışlar. İş materiallarında olan Qazax rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsinə əsasən X6 tərəfindən ünvan 5 mülkün bütünlüklə X37 etdiyi 18 dentyabr 1989-cu il tarixli vəsiyyətnamə etibarsız hesab edilmiş, ünvan 5 mülkün dəyərinin dörddə bir hissəsinin Cavabdeh2, X7 və Cavabdeh5 8.000.000 (səkkiz milyon) manat pul müştərək qaydada alınıb mərhum X13 xx xxx 1999-cu ildə anadan olmuş uşağı Əsmərin qanuni nümayəndəsi İddiaçı1 verilməsi, ünvan 5 mülkün üçdə bir hissəsi üzərində mülkiyyət hüququnun Cavabdeh2, üçdə bir hissəsi üzərində mülkiyyət hüququnun X9 və üçdə bir hissəsi üzərində mülkiyyət hüququnun Cavabdeh5 verilməsi, iddianın və qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.. İşdə olan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2006-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Qazax rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi dəyişdirilərək, qətnamənin iddianın məhrum X24 tərəfindən ünvan 5 mülkün bölünməklə X37 etdiyi 18 dentyabr 1989-cu il tarixli vəsiyyətnamənin etibarsız hesab olunmasına dair hissəsinin dəyişdirilmədən saxlanılması, qətnaməyə ünvan 5 mülkün dəyərinin dörddə br hissəsinin Cavabdeh2, X34 (qızından və Cavabdeh5 8.000.000 (səkkiz milyon) manat pulun müştərək qaydada alınıb mərhum X13 xx xxx 1999-cu ildə anadan olmuş uşağı Əsmərin qanuni nümayəndəsi İddiaçı1 qızna verilməsinə və həmin ünvanda yerləşən mülkün üçdə bir hissəsi üzərində mülkiyyət hüququnun Tünzalə, Rüxsarə və Məlahət Şabanovların hər birinə bərabər həcmdə verilməsinə dair hissələrinin ləğv edilməsi, qətnaməyə ünvan 5 ünvanda yerləşən mülkün dörddə bir hissəsi üzərində mülkiyyət hüququnun mərhum X13 xx xxx 1999-cu ildə anadan olmuş uşağı Əsmərin qanuni nümayəndəsi İddiaçı1, dörddə bir hissəsi üzərində mülkiyyət hüququnun X14, dörddə bir hissəsi üzərində mülkiyyət hüququnun Cavabdeh2, və dörddə bir hissəsi üzərində mülkiyyət hüququnun Cavabdeh5 və İddiaçı1 azyaşlı qızına verilməsinə və 8.000.000 (səkkiz milyon) manat pulun müştərək qaydada alınıb mərhum X13 xx xxx 1999-cu ildə anadan olmuş uşağı Əsmərin qanuni nümayəndəsi İddiaçı1 verilməsinə və ünvan 5 evə köçürülməsinə dair tələbinin təmin edilməsi barədə yeni hissənin əlavə olunması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 21 iyun 2007-ci il tarixli qərarı ilə maraqlı şəxslər Cavabdeh6 və Cavabdeh7 kassasiya şikayəti təmin edilmiş, Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2006-cı il tarixli qətnaməsi ləğv edilərək iş yenidən apellyasiya qaydasında baxılması üçün qaytarılmışdır. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2007-ci il tarixli, 2(104)-41 (07-7)2007 nömrəli qətnaməsinə əsasən İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilərək, Qazax rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-237/07 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı1 iddiasının qismən təmin edilməsi, İddiaçı1 ünvan 1 evə köçürülməklə ona yaşayış hüququnun verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh2 və qeyrilərinin iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Qazax şəhəri, Səməd Vurğun küçəsində yerləşən 85 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X16 məxsusdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 501-1/1856 inventar nömrəli texniki pasportun surətindən görünür ki, Qazax şəhəri, Səməd Vurğun küçəsində yerləşən 85 nömrəli fərdi yaşayış evinn hüquü subyrkti X17r. İş materiallarında olan İddiaçı1 notariat ofisinə müraciət etdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, xx.xx.1990-cı il tarixdə ünvan 10 ünvanında yaşamış X23 vəfat etmişdir. Mirasın tərkibi: xx.xx.2005-ci il tarixdə vəfat etmiş əri X22 irsi transmissiya yolu ilə keçən torpaq sahəsindən və fərdi yaşayış evindən ibarət, ondan irs qalmış mirası qəbul edir. İş materiallarında olan İddiaçı2 notariat ofisinə müraciət etdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, xx.xx.1990-cı il tarixdə ünvan 10 ünvanında yaşamış X23 vəfat etmişdir. Mirasın tərkibi: 2104.2005-ci il tarixdə vəfat etmiş atam X22 irsi transmissiya yolu ilp keçən torpaq sahəsindən və fərdi yaşayış evindən ibarət, ondan irs qalmış mirası qəbul edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Qazax rayon notariat ofisinin 791 saylı məktubundan görünür ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisə/ə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterir i, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə alınmalıdır”. Bununla əlaqədar aidiyyatı üzrə məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, xx-xx/1595 saylı Qazax şəhər inzibati dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, X6 ölən günə kimi ünvan 11 ünvanında yaşamışdır. Öləmə kimi onunla birlikdə yaşamış və yaşamağa davam edən aşağıdakı ailə üzvləri qalmışdır.Həyat yoldaşı- X41- 2003-cü ildə vəfat edib. Oğlu- X26- 2005-ci ildə vəfat edib. Qeyd: Həmin evdə qeydiyyatda olan lakin başqa ünvanda yaşayan və həmin evdə Qeydiyyatda olmayıb başqa ünvanda yaşayan övladları: 1947-ci il təvəllüdlü qızı- Cavabdeh2, 1949-cu il təvəllüdlü qızı- X19, 1951-ci il təvəllüdlü qızı- Cavabdeh5 olmuşdur. İş materiallarında olan xx.xx.2011-ci il tarixli Qazax rayon İcraHakimiyyəti Başçısının Şəhər Nümayəndəliyi arayışından görünür ki, Qazax şəhəri S.Vurğun küçəsi 85 №lı evin ümumi sahəsi 73,1 kv.m. yaşayış sahəsi 32,4 kv.m.oımaqla otaqdan ibarətdir.Ev 1 mərtəbəlidir. Ev yaşayış üçün uyğunlaşdırılmışdır. Mənzil məxsusdur: X6na. X6 vəfatından sonra aşhğıdakı aiıə üzvləri qalmışdır: gəlini- İddiaçı1 və nəvəsi-İddiaçı2 həmin ünvanda qeydiyyatdadır. 1960-cı il təvəllüdlü oğlu X29 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Qızı Cavabdeh5 Şəmisatn qızı xx.xx.1981-ci ildə və qızı Cavabdeh2 Şəmisatn qızı 1975-ci il tarixdə qeydiyyatdan çıxmışdır. X12 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2024-cü və xx.xx.2025ci il tarixli qəbzlərin surətindən görünür ki, İddiaçı1 PashaPay MMC-nin terminalı vasitəsilə ********* nömrılə telefona müxtəlif tarixlərdə aylıq ödənişlər etmişdir. İş materiallarında olan X47 Xidmətinin PHŞ-nin xx.xx.2025-ci il tarixli hesab fakturasından görünür ki, İddiaçı1 Qazax şəhəri, Səməd Vurğun küçəsində yerləşən 85 nömrəli fərdi yaşayış evindən su istifadəsi üçün aylıq ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2025-ci il tarixli və 23.04.205ci il tarixli Qazax kommunal müəssisələrinin kombinatı (məişət tullantılarının daşınması üçün mədaxil qəbzlərinin) görünür ki, İddiaçı1 Qazax şəhəri, Səməd Vurğun küçəsində yerləşən 85 nömrəli fərdi yaşayış evinə aid komunal xərclərə aid ödənişlər etmişdir. İş materiallarında olan xx.xx.2025-ci, xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixli Azərişıq ASC-nın ödəniş qəbzlərindən görünür ki, İddiaçı1 3697471M1076636 saylı sayğac istifadə edilən işıq sərfiyyatına dair xəbərdarlıq bildirişlər ünvanlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü, xx.xx.2025-ci, xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixli Azərqaz İB-nın ödəniş qəbzlərindən görünür ki, İddiaçı1 **********00000 abonent kodlu sayğac ilə istifadə edilən qazın sərfiyyatına dair xəbərdarlıq bildirişlər ünvanlanmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Azəriqaz İB-nın ödəniş qəbzlərindən görünür ki, İddiaçı1 **********00000 abonent kodlu sayğac ilə istifadə edilən qazın sərfiyyatına gör 40 manat ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli qəbzlərdən gprünr ki, İddiaçı1 ********* nömrəli telefon üçün aylıq abunə haqqını ödəmişdir. İş materiallarında olan əmlak və torpaq vergilərə dair 2016-ci, 2017-ci və 2018-ci illər üzrə şəxsi hesablardan görünür ki, İddiaçı1 tərəfindən ödənişlər edilmişdir. İş materiallarında olan nikah haqqında arayışından görünür ki, X24 və X38 xx.xx.1946-cı il tarixdə evlənmişlər. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X26 xx.xx.1960-cı il tarixdə anadan olmuş, ata qrafasında X24, ana qrafasında isə X18 qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında arayışının surətindən görünür ki, X24 xx.xx.1990-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında arayışının surətindən görünür ki, X38 xx.xx.2003-cü il tarixdə ölmüşdür. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 Şəfiqa Gəncə qızı xx.xx.1997-cı il tarixdə evlənmişlər. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, İddiaçı2 xx.xx.1999cu il tarixdə anadan olmuş, ata qrafasında X26, ana qrafasında isə İddiaçı1 kimi qeyd edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş mübahisə edilməyən hallarından görünür ki, İddiaçı1 31 oktyabr 1997-ci ildə X26 ilə nikaha daxil olaraq evlənmiş və birgə nikahdan xx xxx 1999-cu ildə İddiaçı2 anadan olmuşdur. X26 ilə evlənərkən, onun anası X41 ilə birlikdə yaşadığı, ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 58,0 kvm, o cümlədən yaşayış sahəsi 32,0 kvm, köməkçi sahəsi 26,0 kvm olan, 2 otaqlı fərdi yaşayış evinə gəlin köçərək orada yaşamağa davam etmişdir. Qızı Əsmər də həmin evdə yaşadığı zaman dünyaya gəlmişdir. X2 ilə qayınanası Şabanova (Bayramova) Asya Camal qızı 09 dekabr 1946-cı ildə nikaha daxil olaraq evlənmişlər. Onların birgə nikahlarından Cavabdeh2, X19, Cavabdeh5 və onun həyat yoldaşı X26 adlı 4 övladları anadan olmuşdur. X27 ilə X41 birgə nikahda olduqları dövrdə, yəni 1954-cü ildə ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 58,0 kvm, o cümlədən yaşayış sahəsi 32,0 kvm, köməkçi sahəsi 26,0 kvm olan, 2 otaqlı fərdi yaşayış evini birgə vəsaitləri hesabına tikdirmişlər. X2 xx.xx.1990-cı ildə, qayınanası X41 isə xx.xx.2003-cü ildə vəfat etmişdir. İş üzrə Cavabdeh3 digər Cavabdeh2 övladıdır. Cavabdehlər Cavabdeh6 və Cavabdeh7 isə əri X13 əvvəlki nikahından doğulan övladlarıdır. Qeyd edir ki, X24 xx.xx.1990-cı ildə vəfat etdikdən sonra mübahisəli fərdi yaşayış evində yalnız arvadı Asya Şabanova və oğlu Çingiz Şabanov yaşamaqla və təsərrüfatı idarə etməklə, mərhumdan qalan mirası faktiki olaraq qəbul etmişlər. Asya Şabanova xx.xx.2003-cü ildə vəfat etdikdən sonra isə mirası yeganə birinci növbəli vərəsələr sırasından olan Çingiz Şabanov faktiki olaraq qəbul etmiş, mirasa sahiblənmiş və idarə etmişdir. Ondan başqa heç bir vərəsə mirası nə qanunla müəyyən olunmuş müddət ərzində notariat orqanına ərizə verməklə, nə də faktiki olaraq qəbul etməmişdir. Cavabdehlər Cavabdeh2 1975-ci ildə, Cavabdeh5 xx.xx.1981-ci ildə, digər cavabdeh Əliyeva (Şabanova) Rüxsarə Şəmistan qızı da çox əvvəldən mübahisəli evin pasport qeydiyyatından çıxmışlar və ailəsi ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşamağa davam etmişlər. Hazırda həmin evdə iddiaçılar qeydiyyatdadır. Çingiz Şabanov 20 aprel 2005-ci ildə vəfat etdikdən sonra cavabdeh Tükəzbən Şabanova iddia etməyə başladı ki, guya mərhum atası Şəmistan Şabanov sağlığında nəvəsi, onun isə oğlu Cavabdeh3 vəsiyyətnamə ilə bütün əmlakını, o cümlədən ünvan 1 ünvanda yerləşən evi vəsiyyət etmişdir. Bundan əlavə vəsiyyət edilən Cavabdeh3 isə miras açıldıqdan sonra mirasın qəbulu üçün nəzərdə tutulan müddət ərzində vəsiyyət üzrə nə notariat orqanına ərizə verməklə, nə də mirası sahiblənib idarə etməklə faktiki qəbul etməmişdir. Bu hal əvvəlki məhkəmə qərarlarında öz əksini tapan, cavabdehlərin məhkəmə iclasında verdikləri izahatları ilə təsdiqini tapmışdır. Həmçinin, cavabdehlər Cavabdeh6 və Cavabdeh7 mərhum Çingiz Şabanovun ölümündən sonra miras əmlakdan ona çatası miras əmlaka sahiblik etməmişlər, onu nə faktiki, nədə qanunla müəyyən olunmuş qaydada idarə etməyərək miras əmlakı qəbul etdiklərini nümayiş etdirməmişlər. Belə ki, həmin şəxslər mirasın qəbulu üçün nəzərdə tutulan müddət ərzində belə notariat ofisinə mirası qəbul etmələri barədə ərizə ilə müraciət etməmişlər. Bu hal məhkəmə iclasında verilən şahid ifadələri və iş materialları ilə təqdiq olunur. Beləliklə X6nun vəfatından sonra miras əmlaka sahiblik etməklə idarə etmiş şəxs yalnız X26 olmuşdur. Ona görədə ilk öncə həmin mirasa onun tam payı müəyyən edilməli, X13 vəfatından sonra da mirası yalnız, İddiaçı1 və İddiaçı2 həmin evdə yaşayıb sahiblik etməklə faktiki qəbul etmişlər və ona görədə qeyd olunan mirasdan vərəsə kimi onların payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3.-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd edilən normaların tələbinə görə şəxs öldükdən sonra onun əmlakı birmənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal olmaqla iki üsulunu müəyyənləşdirmişdir. Formal üsul vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, qeyri formal üsul isə vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və mirasa yiyələnməsi, eləcə də miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. «G.Qəhrəmanovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Yuxarıda qeyd olunan normaların hazırkı mülki iş üzrə tədqiq edilmiş sübutlarla qarşılıqlı təhlilindən belə nəticəyə gəlmək olur ki, X8 və X30 qalmış mirası fakitiki olaraq X26 qəbul etmişdir. X1 qalan miras əmlakı isə İddiaçı1 və İddiaçı2 faktiki olaraq qəbul etmişdirlər. Ona görə miras əmlaka ilk öncə Çingiz Şabanovun tam payı müəyyən edilməli, daha sonra isə onun vərəsləri olan İddiaçı1 və İddiaçı2 miras payları müəyyən edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, X3 və X30 qalmış mirası əmlakı mərhumların digər övladları Cavabdeh2, Cavabdeh3, Əliyeva (Şabanova) Rüxsarə Şəmistan qızı, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 nə faktiki nə də qanuna müvafiq qaydada qəbul etməmişlər. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh2, Cavabdeh3, Əliyeva (Şabanova) Rüxsarə Şəmistan qızı, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 X3 və X30 qalan mirasın qəbul edilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdirlər. Qeyd olunanlara əsasən onların miras əmlakdan payları müəyyən edilməməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbində göstərilən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi hissəsi məhkəmənin səlahiyyətində olmadığından həmin hissədə iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmişdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, X3 miras qalmış ünvan 13 ünvanda 0,0697 ha torpaq sahəsindən ibarət olan fərdi yaşayış evinə (xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli) X13 tam payı müəyyən edilməli, X11 miras qalmış ünvan 13 ünvanda 0,0697 ha torpaq sahəsindən ibarət olan fərdi yaşayış evinin (xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli) ½ hissəsinə İddiaçı1 digər ½ hissəsinə İddiaçı2 miras payları müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X3 miras qalmış ünvan 13 ünvanda 0,0697 ha torpaq sahəsindən ibarət olan fərdi yaşayış evinə (xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli) X13 tam payı müəyyən edilsin. X11 miras qalmış ünvan 13 ünvanda 0,0697 ha torpaq sahəsindən ibarət olan fərdi yaşayış evinin (xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli) ½ hissəsinə İddiaçı1, digər ½ hissəsinə İddiaçı2 miras payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar