Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1709/2025 28.10.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə müraciət edərək, Qazax rayonu Aslanbəyli (Əli Bayramlı köhnə) kəndində ünvanda yerləşən ümumi 155.7 kv.m ölçülü yaşayış evinə dair Azərbaycan Respublikası Tovuz rayonlararası Texniki İnventarlaşdırma bürosu tərəfindən verilmiş aprel 1989-cu il tarixli, 120 inventar nömrəli texniki pasportun X4 aid hissədə ona yəni Ərizəçi məxsus olması faktı müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Qazax rayonu Aslanbəyli (Əli Bayramlı köhnə) kəndində iki otaqlı ümumi sahəsi 155.7 kv.m ölçülü yaşayış evinə dair Azərbaycan Respublikası Tovuz rayonlararası Texniki İnventarlaşdırma bürosu tərəfindən verilmiş 1989-cu il tarixdə reyestr kitabında qeydə alınmış 120 inventar işi nömrəli qeydiyyat vəsıqəlsində onun adı səhvən X6 olaraq qeyd edilmişdir. Həmin qeydiyyat vəsiqəsi əsasında Azərbaycan Respublikası Tovuz rayonlararası Texniki İnventarlaşdırma bürosu tərəfindən verilmiş aprel 1989-cu il tarixli 120 reyestir nömrəli, texniki pasportda da eyni texniki səhvə yol verilmişdir. Bu halın məhkəmədə müəyyən edilməsi ona qeydiyyat vəsiqəsinin yenisi ilə əvəz edilməsi uçun azımdır. Bu sənədlərdə texniki səhvə yol verilməsi onun hüquqlarını məhdudlaşdırır. Bu sənədlərin ona məxsus olması məhkəmə qaydadsında müəyyən edilməlidir. Mülki işin məhkəmə baxılmağa hazırlanması zamanı Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Qazax rayonu Aslanbəyli (Əli Bayramlı köhnə) kəndində yerləşən ümumi sahəsi 155.7 kv.m ölçülü yaşayış evinə dair Azərbaycan Respublikası Tovuz rayonlararası Texniki İnventarlaşdırma bürosu tərəfindən verilmiş 1989-cu il tarixli, 120 inventar nömrəli texniki pasportun X4 aid hissədə ona yəni Ərizəçi məxsus olması faktı müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, onun bütün sənədlərində adı Elşad kimi qeyd olunmuş, lakin texniki pasportda səhvən Elşən kimi yazılmışdır. Hazırda həmin evinə çıxarış alamaq istəyir, lakin həmin sənəddə mövcud olan texniki səhv ucbatından evin sənədləşmə işlərini apara bilmir. Odur ki, iddianın təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun adı soyadı və ata adı Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumtlarına əsasən X5 məxsus Qazax rayonu, Aslanbəyli kəndində yerləşən fərdi yaşayış evinə dair inventar nömrəsi 120 olan texniki pasport 15 saylı Tovuz Ərazi İdaıfəsinin arxivində mövcuddur. Texniki pasportda vətəndaşın adı X1 deyil, X2 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 5-58-4-12-21/2-493/2025 saylı arayışdan görünür ki, xx.xx.1983 ildə anadan olmuş Ərizəçi hazırda Qazax rayonu Aslanbəyli kəndində pasport qeydiyyatında olmaqla, Aslanbəyli kəndində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Tovuz Rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 1989-cu il tarixli,120 inventar nömrəli texniki pasportundan görünür ki, Qazax rayonu, Aslanbəyli kəndində yerləşən fərdi yaşayış evinə dair texniki pasport ilə X3 adına qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin bütün sənədlərində “Ərizəçi kimi göstərilsə də, Azərbaycan Respublikası Tovuz rayonlararası Texniki İnventarlaşdırma bürosu tərəfindən verilmiş 1989-cu il tarixli,120 inventar nömrəli texniki pasportunda səhvən “X6” kimi göstərilmişdir. Texniki pasportda səhvən göstərilən “X6” ilə təqdim olunan sənədlərdə göstərilən “Ərizəçi ilə eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı texniki pasportu şəxsiyyət vəsiqələrinin surəti və ərizəçi tərəfindən ona aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmirlər və həmin sənəd ərizəçiyə torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, Azərbaycan Respublikası Tovuz Rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 1989-cu il tarixli,120 inventar nömrəli texniki pasportunun “X6”na aid hissədə “Ərizəçi”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Tovuz Rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 1989-cu il tarixli, 120 inventar nömrəli texniki pasportun X4 aid hissədə “Ərizəçi”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1709/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1709/2025
28.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver