Məhkəmə qərarları › İş №2(023)-171/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-171/2024

05.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-171/2024 05.03.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə 05 mart 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 10 saylı qərarına əsasən Qazax rayonunun Birinci Şıxlı kəndində yerləşən 2.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ümumi birgə mülkiyyətlərinə verilməsinə dair JN-526 KOD 50113018 nömrəli Torpağa mülkiyyət hüququ verilməsinə dair Dövlət Aktının “X5”na aid hissədə xx.xx.2004-cü ildə vəfat etmiş mərhum nənəsi “X6”na məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 10 saylı qərarına əsasən Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində ona və ailə üzvlərinə 2.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair tərtib olunmuş JN-526 KOD 50113018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında mərhum nənəsinin adı “X6” əvəzinə yanlış olaraq “X5” kimi səhv qeyd edilmişdir. Halbuki mərhum nənəsinin bütün sənədlərində adı X3 göstərilmişdir. X1 xx.xx.2004-cü ildə ölmüşdür. Bu sənəddə texniki səhvə yol verilməsi torpaq sahəsinə dair çıxarış almaqda ona çətinlik yaradır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılmaqla qanunauyğun qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1963-cü il tarixdə doğulmuş Ərizəçi anası X15r. Ata qrafasında heç bir qeydiyyat aparılmamışdır. Qazax Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(023)-133/2023 saylı qətnaməsindən görünür ki, X10 atasının X16, anasının X6 olmaqla, xx.xx.1941-ci ildə Qazax rayonunda doğulması faktı müəyyən edilmişdir. Olüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2004-cü ildə ölmüşdür. JN-526 KOD 50113018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qazax rayonu, Birinci Şıxlı kəndində yerləşən 3,80 hektar torpaq sahəsi X5, Ərizəçi, X7, X17, X18, X11 və X8 mülkiyyətinə verilmişdir. Qazax RİHB-nın Birinci Şıxlı kənd İƏD üzrə nümayəndəliyin verdiyi xx.xx.2023-cü il tarixli 5-58-5-12-21/2-405/2023 saylı arayışından görünür ki, JN-526 KOD 50113018 nömrəli Torpağa mülkiyyət hüququna dair X20 Şıxlı kənd sakini X4 adı səhvən X2 yazılmışdır. Birinci Şıxlı kəndində adı qeyd olunan vətəndaşdan başqa bu adda heç kim yaşamır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qazax rayonu Birinci Şıxlı kəndində yerləşən 2.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərtib edilmiş JN-526 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında buraxılmış texniki səhvlərin aradan qaldırılması 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin mərhum nənəsinə məxsus bütün sənədlərdə “X6” kimi göstərilsə də, JN-526 KOD 50113018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında “X5” kimi göstərilmişdir. Dövlət Aktında göstərilən “X5” ilə ölüm şəhadətnaməsində və digər sənədlərdə göstərilən “X6”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-526 KOD 50113018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, ölüm haqqında şəhadətnamənin surəti, ərizəçi tərəfindən, mərhum nənəsinə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq sahəsinə dair çıxarış almaq üçün tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 10 saylı qərarına əsasən Qazax rayonunun Birinci Şıxlı kəndində yerləşən 2.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsinə dair JN-526 KOD 50113018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının “X5”na aid hissədə “X6”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 10 saylı qərarına əsasən Qazax rayonunun Birinci Şıxlı kəndində yerləşən 2.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsinə dair JN-526 KOD 50113018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının “X5”na aid hissədə “X6”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar