Məhkəmə qərarları › İş №2(023)-1732/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1732/2025

06.02.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1732/2025 06.02.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Qəhrəmanova Mehin Asəf qızının katibliyi, Ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə1, maraqlı şəxs Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə Ərizəçi (maraqlı şəxs Qazax Rayon İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1 (Daun sindromu Enurez Sərbəst yerişin mümkün olmaması, Ağırdərəcəli əqli gerilik psixopata bənzər davranış. OU- Görmə sinirinin hissəvi atrofiyası, VisOD=0,4k/etmir OD-Daxili çəplik) olan şəxsin fəaliyyət qabiliyyəti olmayan elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırılmışdır ki, o, X5 ilə 2008-cü ildə ailə qurub, 16 aprel 2008-ci ildə rəsmi nikaha daxil olmuşdur. Onların rəsmi nikahdan 3 uşağı dünyaya gəlmişdir. X4 onların böyük uşağıdır. Aytac xx.xx.2004-cü il tarixdə anadan olmuşdur. Bildirir ki, onun X1 uşaqlıqdan psixi qüsurludur. O, sərbəst fikir ifadə etməkdə çətinlik çəkir. Fiziki cəhətdən də tam inkişaf etməmişdir. Tibbi-Sosial Ekseprt Komissiyasının sonuncu müayinəsinə dair xx.xx.2022-ci il tarixli qərarı ilə X3 psixi qüsurlu olmaqla Birinci dərəcəli əlildir.Diaqnoz: ( Daun sindromu Enurez Sərbəst yerişin mümkün olmaması ağırdərəcəli əqli gerilik psixopata bənzər davranış. OU-Görmə sinirinin hissəvi atrofiyası, VisOD=0,4k/etmir OD- Daxili çəplik) X1 psixi qüsurlu olması üzündən ona qulluq etmək üçün müraciət edən zaman müəyyən edildi ki, qızı ağır əqli gerilik diaqnozlu birinci dərəcəli əlil olsada məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan elan edilməmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə1 ərizəni müdafiə edərək, xx.xx.2004-cü il tarixdə anadan olmuş X2 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə2 xx.xx.2004-cü il tarixdə anadan olmuş X2 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin nümayəndəsi (vəkili) və maraqlı şəxsin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2004-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2004-cü il tarixdə anadan olmuş, ata qrafasında X5, ana qrafasında Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, əlililliyin qiymətləndirilməsinin nəticəsinə dair arayışdan görünür ki, X3 daun sindromu Enurez.Sərbəst yerişin mümkün olmaması.Ağır dərəcəli əqli gəlirik, psixopatabenzər davranış. OU-Görmə sinirinin hissəvi atrofiyası. VisOD=0,2/etmir, VisOS=0,4/etmir. OD- Daxili çəpik. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X5 xx.xx.2008-ci il tarixdə evlənmişlər. İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025ci il tarixli 850 nömrəli rəyindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X3 “daun sindromu nəticəsində yaranan ağır dərəcəli əqli gərilik (imbesillik dərəcəsində) (f72) aşkar olunmuşdur. X3 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X2 “fəaliyyət qabiliyyəti olmayan” hesab edilməsinə əsaslar vardır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, xx.xx.2004-cü il təvəllüdlü X3 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, xx.xx.2004-cü il tarixdə anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.2004-cü il tarixdə anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs xx.xx.2004-cü il tarixdə anadan olmuş X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar