Məhkəmə qərarları › İş №2(023)-178/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-178/2025

28.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-178/2025 28.07.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ərizəsinə əsasən X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə mülki işə 28 iyul 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək (maraqlı şəxs- Qazax rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası) xx.xx.1974-cü il tarixdə Qazax rayonu İkinci Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş, ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, xx.xx.1974-cü il təvəllüdlü X9 onun qardaşıdır. Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatında qardaşı X5 "Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağır dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən davranış pozğunluğu. İQ-30. Spastik hemiplegiya, sol ətrafın spastik hemiparezi. Eşitmə sinirinin xəstəlikləri, ikitərəfli koxlear nevrit. Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, ikitərəfli neyrosensor ağır eşitmə İV dərəcə. Hemiplegik spastik serebral iflic, uşaq serebral iflici, hemiplegik forma. Hərəkətin və yerişin pozulmaları, hərəkət və yeriş pozğunluğu" diaqnozu qoyulmuşdur. Bu xəstəliklə əlaqədar ona müddətsiz olmaqla, birinci dərəcəli əlillik verilmişdir. Oğlu bu xəstəlik səbəbindən tamamilə fəaliyyət qabiliyyətini itirmişdir, özünü idarə edə bilmir, başqalarının yardımına möhtacdır. Orqanizmin funksiyalarının pozulması 85%-dir. X1 xx.xx.2024-cü il tarixli, 1264 saylı həkim rəyindən görünür ki, "Qazax rayonu, İkinci Şıxlı kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1974-cü il təvəllüdlü X5 xx.xx.2024cü il tarixdə X1 həkim psixiatrları tərəfindən müayinə olunduğu, ambulator qeydiyyata alındığı və F72.1 - Ağır dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən davranış pozuntusu. İQ 30%" diaqnozu qoyulmuşdur. Həkim rəyindən də göründüyü kimi, qardaşının ciddi davranış pozuntusu, daim nəzarətə və qulluğa ehtiyacı vardır. Qeyd olunanlara əsasən xx.xx.1974-cü il tarixdə Qazax rayonu İkinci Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Qazax rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 atası X10, anası isə X2 olmaqla, xx.xx.1975-ci ildə doğulmuşdur. AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 atası X10, anası isə X2 olmaqla, xx.xx.1974-cü ildə doğulmuşdur. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1974-cü il tarixdə doğulmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, X9 - "Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağır dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən davranış pozğunluğu. İQ-30. Spastik hemiplegiya, sol ətrafın spastik hemiparezi. Eşitmə sinirinin xəstəlikləri, ikitərəfli koxlear nevrit. Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, ikitərəfli neyrosensor ağır eşitmə İV dərəcə. Hemiplegik spastik serebral iflic, uşaq serebral iflici, hemiplegik forma. Hərəkətin və yerişin pozulmaları, hərəkət və yeriş pozğunluğu" diaqnozu ilə müddətsiz birinci dərəcəli əlildir. X1 xx.xx.2024-cü il tarixli, 1264 saylı Həkim rəyindən görünür ki, "Qazax rayonu, İkinci Şıxlı kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1974-cü il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixdə X1 həkim psixiatrları tərəfindən müayinə olunduğu, ambulator qeydiyyata alındığı və F72.1 - Ağır dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən davranış pozuntusu. İQ 30%" diaqnozu qoyulmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının 253 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü X9 öz hərəkətlərinin mənasını anlaya bilmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir. X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Beləliklə, X9 əqli cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X9 əqli xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X9 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X4 bacısı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1974-cü il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar