Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-181/2023 26.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi Ərizəçi və Qəyyumluq və himayə komissiyasının nümayəndəsi X1 iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair işə 26 aprel 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 01 noyabr 1973-cü ildə Qazax rayonunda anadan olmuş, X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə etmiş və izahat verərək göstərmişdir ki, X3 onun bacısıdır. Bacısı 01 noyabr 1973-cü ildə Qazax rayonu Çaylı kəndində anadan olmuşdur. İlhamə Civişova anadan xəstə doğulmuşdur. Fiziki qüsurlu olmaqla, xəstəlikdən əziyyət çəkir. Neçə müddətdir ki ambulator müalicə olunsa da müsbət nəticəsi olmamışdır. Daimi müalicə alır. Kənar şəxsin köməyinə ehtiyacı vardır. İlhamə Civişova üzərində qəyyum təyin edilməsi üçün həmin faktın müəyyən olunması lazımdır. Ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında maraqlı şəxs Qazax rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. X3 01 noyabr 1973-cü ildə Qazax rayonu Çaylı anadan olmuşdur. Ərizəçi xx xxxxxx 1976-ci ildə Qazax rayonu Çaylı kəndində anadan olmuşdur. Gəncə şəhər Səhiyyə İdarəsi rayonlararası X5 verdiyi 09 fevral 2023-cü il tarixli 89 saylı rəyindən görünür ki, X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Məhkəmə ərizəçinin və qəyyumluq və himayə komissiyasının nümayəndəsinin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Bu Məcəllənin 320.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə məhkəmə, səhhəti buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Göstərilən Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İş materiallarından müəyyən olunduğu kimi, X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi iş üzrə keçirilmiş rəylə, habelə məhkəmə iclasında araşdırılmış digər sənədlərlə təsdiq edildiyindən məhkəmə belə hesab edir ki, ərizə təmin edilməli, X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 317-318, 320-321 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01 noyabr 1973-cü ildə Qazax rayonu Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Qazax rayonunun Çaylı kəndində qeydiyyatda olan və yaşayan X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-181/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-181/2023
26.04.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver