Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1822/2025 09.12.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız borcun silinməsi tələbinə dair mülki işə 09 dekabr 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh tərəfindən qanunsuz hesablanmış 820,30 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, qaz sayğacı mərhum həyat yoldaşı X1 adınadır və onun adına **********00000 saylı abonent saldosu vardır. Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli aktla 820,80 manat qanunsuz cərimə hesablanmışdır. Həmin cərimənin yazılmasını oktyabr ayında bildiriş təqdim olunanda bilmişdir. Hesab edir ki, əsassız yazılmış cərimə ləğv olunmalıdır. Belə ki, cərimənin əsası kimi sayğacın hesablama mexanizminin qapağının şüşəsinin sınması və hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi qeyd edilmişdir. Sayğaca nəzarət edən paylayıcı təşkilatdır. O istifadə etdiyi qazın pulunu ödəmişdir. O sayğaca müdaxilə etməmiş və ya plombunu sındırmamışdır. Sadəcə istifadə müddəti bitmiş sayğacların vaxtında dəyişdirilməməsi ucbatından, yağış və günün təsirindən sayğaclar eroziyya uğramış, ümumilikdə çürüməyə məruz qalmışdır. Bunun isə başlıca günahkarı cavabdeh Azəriqaz İB-dir Hətta onların təqdim etdiyi texniki baxış sənədlərində bütün yoxlamadan keçən sayğacların istismara yararsız olduğu öz əksini tapır. Hazırda cərimənin yazılması onun istehlakçı kimi hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Belə ki, qaz sayğaclarına Cavabdeh əməkdaşları tərəfindən ayda iki dəfədən artıq baxış keçirilir, əgər sayğaca müdaxilə halı baş vermişdirsə onda nə üçün bu vaxta kimi heç bir tədbir görülməmişdir. Qazdan istifadə qaydalarına zidd olaraq nə əvvəlki sayğac, nə də daha sonra quraşdırılmış sayğac örtüklə örtülməmişdir. Həmçinin sayğac mənzildən kənarda quraşdırılmışdır və ona görə də istehlakçı kimi sayğaca o nəzarət edə bilməzdi və sayğac hər hansı bir səbəbdən də zədələnə bilər. Ona görə də sayğacın yaxşı vəziyyətdə saxlanmasına cavabdeh özü məsuliyyət daşıyır. Cavabdeh tərəfindən qazdan istifadə qaydalarının tələbləri və müqavilənin müddəaları pozulmuşdur. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məlumat verməmişdir. Məhkəmə Cavabdeh nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2025-ci il tarixli ******* nömrəli Aktdan görünür ki, yeni sayğacla əvəzləndi, sayğacın çıxarılma səbəbi: sayğacın hesablama mexanizminin qapağının şüşəsinin sınması olmuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 22 iyun 2018-ci il tarixli ******* saylı aktdan görünür ki, X2 məxsus ünvanda quraşdırılmış “sayğacın hesablama mexanizminin qapağının şüşəsi sınıqdır. Hesablama mexanizminin oxu yuvasından çıxıb. Sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir.“ Abonent saldosundan görünür ki, X1 abonent hesabına 2018-ciu ilin iyun ayına 820,80 manat borc hesablanmışdır. Nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X1 nikahı 26 oktyabr 2011-ci il tarixdə Qazax rayon Qeydiyyat şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 519 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Kosayeva soyadı verilmişdir. Ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2014-cü il tarixdə ölmüşdür. Qazax RİHB-nın Çaylı kənd İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı mərhum əri X7 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Hal-hazırda ona məxsus evdə faktiki olaraq yaşayan arvadı İddiaçı və nəvəsi X3r. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qazax rayon Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X1 vərəsələri arvadı İddiaçı, qızı X6 və oğlu X4r və onlar miras əmlakdan bərabər hissədə pay almalıdırlar. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında təbii qazdan istifadəyə dair müqavilə münasibətlərindən yaranmış mübahisə mövcuddur. Belə ki, cavabdeh təşkilat təbii qazdan istifadə ilə bağlı vəzifələri yerinə yetirir, iddiaçı isə təbii qazdan istifadə ilə bağlı xidmətlərin haqqını ödəyir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-1-ci maddəsinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə görə, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 4.7-ci bəndində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı X5 təbii qazdan istifadəyə görə yaşadığı Qazax rayonu Çaylı kəndində yerləşən evdə quraşdırılmış qaz sayğacına ehtimal edilən müdaxiləyə görə cavabdeh qarşısında məsuliyyət daşımadığı, həmin müdaxiləyə görə üzərinə öhdəlik götürmədiyi, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması üçün cavabdehliyi qaz paylayıcısının daşıdığı, sayğaca müdaxilənin aşkar olunmadığı və həmin müdaxilənin aktda öz əksini tapmadığı, sayğaca müdaxilənin iddiaçı X5 və ya onun ailə üzvləri tərəfindən törədilməsi müəyyən edilmədiyi, bununla da iddiaçının mərhum əri X1 adına olan sayğaca borcun əsassız hesablanması sübuta yetirildiyindən iddia əsaslıdır. Bu səbəbdən iddia təmin edilməli, Cavabdeh İB-nin əməkdaşları tərəfindən mərhum X1 adına olan sayğaca 0hesablanmış 820,80 manat borc silinməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən mərhum X1 adına olan sayğaca hesablanmış 820,80 (səkkiz yüz iyirmi manat 80 qəpik) manat məbləğində borc silinsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-1822/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1822/2025
09.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver