Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-184/2024 29.04.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi, Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X10 qızının iştirakları ilə, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə mülki işə 29 aprel 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək (maraqlı şəxs - Qazax rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası) xx.xx.1968-ci ildə Şamxor rayonunun Zəyəm kəndində anadan olmuş, Qazax şəhəri Sabir küçəsi ev 55-də qeydiyyatda olan, hazırda onun himayəsində yaşayan X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1968-ci ildə Şamxor rayonunun Zəyəm qəsəbəsində anadan olmuş, Qazax şəhəri Sabir küçəsi ev 55-də qeydiyyatda olan ilə 27 noyabr 2003-cü il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişdir. X7 halhazırda onunla evlidir və onun himayəsində yaşayır. X7 uzun sürən komatuz vəziyyətlə müşayət olunan kəllədaxili travma, müştərək travma, açıq kəllə beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, sol beyin yarım kürəsində sutural, hematoma, mədəcikdaxili hematoma, pnevmoesafilyar, üst sümüklərin sağ və sol almacıq, əng nahiyyəsinin qəlpəli yerdəyişən sınıqları, burun sümüklərinin yerdəyişən sınıqları, döş qəfəsinin küt travması, ağ ciyərin əzilməsi, pnevmohematoraksa, pnevmomediastenit sol alın, gicgah təpə nahiyə diaqnozu ilə xəstəlikdən əziyyət çəkir, ona birinci dərəcəli əlillik təyin edilmişdir. O, öz hərəkətlərinin mənasını başa düşmür, dərk etmir, yataq şəraitində onunla birlikdə yaşayır, ona qulluq edir. X2 onun himayəsində olması və ona qulluq etməsi ilə əlaqədar olaraq dövlət tərəfindən təyin olunan müavinətlərlə təmin olunmağı məqsədi ilə DSMF-nun Qazax şöbəsinə müraciət edərkən, ona həmin müavinətin verilməsi üçün X4 himayəçi təyin olunmağının vacib olduğunu bildirmişlər. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş, ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-ci il tarixdə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki X7 atası X8, anası isə X5 olmaqla, xx.xx.1968-ci ildə anadan olmuşdur. AZE seriyalı 17749929 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1968-ci il tarixdə doğulmuşdur. Nikah haqqında arayışdan görünür ki, X7 ilə Ərizəçi 27 noyabr 2003-cü ildə rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Hacıyeva soyadı verilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, X7 - “506.7 uzun sürən komatuz vəziyyətlə müşayət olunan kəllədaxili travma, müştərək travma, açıq kəllə beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, sol beyin yarım kürəsində sutural, hematoma, mədəcikdaxili hematoma, pnevmoesafilyar, üst sümüklərin sağ və sol almacıq, əng nahiyyəsinin qəlpəli yerdəyişən sınıqları, burun sümüklərinin yerdəyişən sınıqları, döş qəfəsinin küt travması, ağ ciyərin əzilməsi, pnevmohematoraksa, pnevmomediastenit sol alın, gicgah təpə nahiyə” diaqnozu ilə müddətsiz birinci dərəcəli əlildir. İş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının 82 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, xx.xx.1968-ci ildə anadan olmuş X1 başlayan damar demensiyası (ağıl zəifliyi), keçirilmiş ağır kəllə-beyin travmasının davamlı qalıq əlamətləri ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F01.0 xəstəliyindən əziyyət çəkir. xx.xx.1968-ci ildə anadan olmuş X1 başlayan damar demensiyası (ağıl zəifliyi), keçirilmiş ağır kəllə-beyin travmasının davamlı qalıq əlamətləri ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F01.0 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərinin mənasını başa düşmək, özünü idarə etmək və ya öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, X7 əqli cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X7 əqli xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X7 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X2 arvadı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1968-ci ildə təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-184/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-184/2024
29.04.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver