Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-185/2023 04.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, Ərizəçi – şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək (maraqlı şəxs- Qazax rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası) xx.xx.1986-cı il təvəllüdlü, Azərbaycan Respublikası Qazax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1986-cı ildə anadan olmuş qızı X3 uşaqlıqdan F72.1 ağır dərəcəli əqli gerilik psixopatabənzər davranış, enurezilə İQ ilə, qulluq və müalicə tələb edən psixi xəstəlikdən əziyyət çəkir, əqli qüsur xəstəliyindən əziyyət çəkir və bu diaqnozla xəstəxanada qeydiyyatdadır. Bu xəstəliyi ilə əlaqədar daima kənar şəxsin köməyinə ehtiyacı vardır. Xəstəliyi ilə əlaqədar hazırda İ qrup əlil olmaqla fəaliyyət qabiliyyəti yoxdur. Qızı kənar şəxsin köməyi olmadan özünü idarə edə bilmir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Qazax rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X3 atası X4, anası isə Ərizəçi olmaqla xx.xx.1986-cı ildə anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1950-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Qazax rayon psixiatriya xəstəxanasının xx.xx.2022-ci il tarixli, 2130 saylı arayışından görünür ki, xx.xx.1986-cı il təvəllüdlü X3 xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixə, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixə, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixə, xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixə və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi Qazax psixiatriya xəstəxanasında F72.1 ağır dərəcəli əqli gerilik psixopatabənzər davranış, enurezilə İQ diaqnozu ilə stasionar müalicələrdə olmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının 67 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, xx.xx.1986-cı il tarixdə anadan olmuş X3 öz hərəkətlərinin mənasını başa düşmür və ya özünü idarə etmək və öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. Bununla əlaqədar olaraq X3 oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, X3 əqli cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X3 əqli xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X1 anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1986-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Məmmədov
Məhkəmə qərarları › İş №2(023)-185/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-185/2023
04.04.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver