Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1860/2023 14.12.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə 14 dekabr 2023-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 15 avqust 2012-ci ildə anadan olmuş X2 və 07 yanvar 2016-cı ildə anadan olmuş X1 üçün onlar yetkinlik yaşına çatana qədər hər ay hər uşaq üçün 225 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsi barədə X7 Heyətinin xx.xx.2023-cü il tarixli qərarı ilə bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Maraqlı şəxs ilə 14 noyabr 2003-cü ildə nikahlarını rəsmiləşdirməklə evlənmişdir. Birgə nikahdan 15 avqust 2012-ci ildə Pakizə və 07 yanvar 2016-cı ildə Yağmur adlı uşaqları doğulmuşdur. Evləndikləri ilk vaxtlarda ailə münasibətləri normal olsa da, sonradan cavabdeh tərəfindən baş vermiş ziddiyyətlər ailənin dağılmasına səbəb olmuşdur. Hazırda cavabdehlə ayrılmışlar, uşaqlar onun himayəsindədir. Uşaqlar məktəblidir, onların bütün ehtiyaclarını o ödəyir. Uşaqlar böyüdükcə onların tələbatları artsa da, cavabdeh uşaqlara heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi və maddi tələbatlarını təkbaşına ödəməkdə çətinlik çəkir. Qeyd olunanlarla əlaqədar aliment tələbi ilə bağlı Mediasiya Şurasına müraciət etmiş və 1 saylı X4 xx.xx.2023-cü il tarixli qərarı ilə barışıq sazişi bağlamışlar. Lakin cavabdeh Sazişdən irəli gələn öhdəlikləri pozaraq Sazişin könüllü icrasından boyun qaçırır. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan doğum haqqında arayışlardan görünür ki, tərəflərin birgə nikahından 15 avqust 2012-ci il tarixdə X2 və 07 yanvar 2016-cı ildə X6 adlı uşaqlar doğulmuşdur. Mediasiya Şurasının xx.xx.2023-cü il tarixli Barışıq sazişindən görünür ki, Maraqlı şəxs və Ərizəçi mediasiya sesiyasında barışıq sazişi bağlayaraq nikahın məhkəmə qaydasında pozulmasına razıdırlar, nikah pozulduqdan sonra 15 avqust 2012-ci il təvəllüdlü X2 və 07 yanvar 2016-cı il təvəllüdlü X6 anası Ərizəçi yanında saxlanılması, Maraqlı şəxs hər həftənin şənbə günü saat 10:00-dan saat 18:00-dək və bazar günü saat 10:00-dan saat 18:00-dək uşaqları ilə görüşüb ünsiyyətdə olması, Maraqlı şəxs 22 avqust 2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 225 manat olmaqla, 450 manat Ərizəçi ödənilməsi ilə bağlı barışıq sazişi bağlamışlar. Məhkəmə barışıq sazişinin təsdiq edilməsi barədə ərizəçinin tələbinin əsaslı olduğunu qəbul edir və hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, Maraqlı şəxs ilə Ərizəçi 14 noyabr 2003-cü ildə nikahlarını rəsmiləşdirməklə evlənmişdir. Birgə nikahdan 15 avqust 2012-ci ildə Pakizə və 07 yanvar 2016-cı ildə Yağmur adlı uşaqları anadan olmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar və uşaqlar ərizəçinin himayəsindədir. Ərizəçi aliment tələbi ilə bağlı Mediasiya Şurasına müraciət etmiş və tərəflərin arasında xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Maraqlı şəxs “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq barışıq sazişinin könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində barışıq sazişini könüllü qaydada icra etmədiyindən ərizəçi məhkəməyə müraciət etməli olmuşdur. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinin tələblərinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinin tələblərinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2.1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs Ərizəçi ilə xx.xx.2023-cü il tarixdə bağlanmış, 15 avqust 2012-ci ildə anadan olmuş X2 və 07 yanvar 2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 225 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsinə dair barışıq sazişi məcburi icra ediməsi üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Maraqlı şəxs Ərizəçi ilə mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə bağlanmış, 15 avqust 2012-ci ildə anadan olmuş X2 və 07 yanvar 2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 225 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsinə dair barışıq sazişi təsdiq edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-1860/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1860/2023
14.12.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver