Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-1940/2025 21.11.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlu sədrliyi Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi və Ərizəçilər QİZİ, Ərizəçi2 QİZİ, Ərizəçi3 OĞLUNUN iştirakları ilə Ərizəçi QİZİ, Ərizəçi2 QİZİ, Ərizəçi3 OĞLUNUN Maraqlı şəxs qismində cəlb etdiyi hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı tələbinə dair iddiası üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi QİZİ, Ərizəçi2 QİZİ, Ərizəçi3 OĞLUNUN, Maraqlı şəxs qismində cəlb etdiyi hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi QİZİ, Ərizəçi2 QİZİ, Ərizəçi3 OĞLUNUN məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmadan geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs məlumatlandırılmasına baxmayaraq gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ərizəçilər tərəfindən məhkəməyə ərizə təqdim olunduğundan ərizə və ona əlavə edilmiş sənədlər ərizəçilərə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi QİZİ, Ərizəçi2 QİZİ, Ərizəçi3 OĞLUNUN, Maraqlı şəxs qismində cəlb etdiyi hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı tələbinə dair ərizəsi baxılmamış saxlanılsın, ərizəsi, ona əlavə edilmiş sənədlər ərizəçilərə qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-1940/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-1940/2025
21.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver