Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-20/2024 08.02.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi İddiaçı nümayəndəsi Vəkil1, Cavabdeh vəkili Vəkil2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iştirakı ilə İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X27, X16, X34 və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə 08 fevral 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, mərhum X5 11 dekabr 2018-ci il tarixli vəsiyyətnaməsinin etibarsız hesab edilməsi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmış **********85- 10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayənəsi Vəkil1 məhkəmə iclasında iddianı müdafiə etmiş və bildirmişdir ki, X1 Gülnaz Məhəmməd qızı ilə 01 yanvar 1969-cu ildə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Onların birgə nikahından 5 uşaq dünyaya gəlmişdir. X8, X14, X20, İddiaçı və X27. X9 3 aprel 1977-ci il tarixdə Quşçu Ayrım kəndində ölmüşdür. İddiaçı, qardaşı və bacıları anası ilə birlikdə Quşçu Ayrım kəndində atasına məxsus evdə yaşamışdır. 1992-ci il tarixdə müharibə zamanı evlərinə top mərmisi düşmüşdür və yaşayış evi dağılmışdır. Sözügedən evin otağın birini təmir edib orada yaşamışlar. 2002-ci il tarixdə yaşayış evi dövlət tərəfindən qismən təmir edilmişdir. Evin bir yataq otağı tam təmir edilmiş digərinin isə dam örtüyü və suvağı vurulmuş, qalan təmiri işləri tərəfindən həyata kecrilmişdir. X8 1995-ci ildən, ailə quran vaxtdan Bakı şəhərinə köçmüşdür hazırda da ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Atlaz Pirvəliyeva ailə qurub hazırda Qazax şəhərində yaşayır. X17 da ailə qurub Qazax şəhərində yaşayır. Cavabdeh qeyd olunan ünvanda anası ilə birlikdə evin bir otağında, iddiaçı evin digər otağında ailəsilə birlikdə yaşayır. İddiaçı hazırda da orada yaşayır. Həmin vaxtdan sonra iddiaçı öz vəsaiti hesabına evin həyətində olan tövləni böyüdüb tam təmir etmiş, mətbəx inşa etmiş və və hamam inşa edib həyəti tam abadlaşdırmışdır. X12 07 oktyabr 2022-ci il tarixdə Quşçu Ayrım kəndində ölmüşdür. X12 ölməmişdən əvvəl 2018-ci ildə özünə məxsus miras əmlakı X10 vəsiyyət etmişdir. X4 adına heç bir qeydiyyat vəsiqəsi və çıxarış olmamışdır. Eyni zamanda həmin kənddə torpaq islahatı aparılmamışdır, sözügedən yaşayış evin çıxarışı olmamışdır. Buna baxmayaraq Cavabdeh saxta sənədlər düzəldərək, fərdi yaşayış evini və 0,15 ha torpaq sahəsinə X12, Cavabdeh,X8 və X21 adına ümumi birgə paylı mülkiyyət hüququ ilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 15 saylı Tovuz Ərazi idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəsi xx.xx.2023-cü il tarixdə çıxarış almışdır. Hacıkərim Pirvəliyev Bakı şəhəri Yasamal rayonu İnşaatçılar Prospekti ev 5 mənzil 125 də qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Onun arvadı X34 və qızı X3 Ayrım kəndində qeydiyyatda olsalar da Bakı şəhərində yaşayırlar. Cavabdehin fərdi yaşayış evi və həyətyanı torpaq sahəsini üçün çıxarışın verilməsi üçün müvafiq sənədləri mövcud olmamışdır. X12 öləndə ona məxsus heç bir miras kütləsi mövcud olmamışdır. Qeyd edilən torpaq sahəsi atası və anası birgə nikah dövründə alınmş və orada həmin yaşayış evi inşa edilmişdir. Fərdi yaşayış evinin və torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququ əsasında yalnz anası,bacısı,qardaşı və onun arvadı adına verilməsi qeyri qanunidir və ləğv edilməlidir. Çıxarış üzrə birgə mülkiyyətdə pay sahibi olan X34 qardaşı H.Pirvəliyevin arvadıdır və o 1995-ci ildə ailə qurub həmin evə gəlin köçmüşdür. O birgə mülkiyyətdə pay sahibi ola bilməz. Anası birinci olaraq 2012-ci il tarixdə özünə məxsus əmlakı iddiaçıya vəsiyyət etmişdir. Həmin vəsiyyətnamənin rərtib edilməsində H.Pirvəliyevin qayınatası X42 şahid qismində iştirak etmişdir. 11 dekabr 2018-ci il tarixdə isə anası özünə məxsus əmlakı harada olmasından aslı olmayaraq Ərkinaz Pirvəliyevə vəsiyyət etmişdir. İkinci vəsiyyətnamənin tərtibi zamanıda X43 şahid qismində iştirak etmişdir. M.Hüseynov qardaşı H.Pirvəliyevin qayınatasıdır və onun yaxın qohumudur. Hazırki çıxarışda da onun qızı ümumi birgə mülkiyyətdə payçı kimi qeydə alınmışdır. Odur ki, iddianın təmin edilməsini barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahat verərək bildirmişdir ki, sözügedən ev mərhum anasından ona miras qalmışdır. Vəsiyyətnamə əsasında sözügedən evə çıxarış almışdır. Ata-anasından miras qalmış evə digər vərəsələrin payının müəyyən edilməsinə etiraz etmir. Odur ki, iddianın qanuni həll olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil2 iddianı qəbul etməmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 məhkə mə iclasında iddianı qəbul etməmiş və iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X27, X34 və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 15 saylı Tovuz Ərazi İdarəsinümayəndəsi məhkəmə iclasına gəlməmiş məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X2 Gülnaz Məhəmməd qızı ilə 01 yanvar 1969-cu il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər, qadına Pirvəliyeva soyadı verilmişdir. X13 03 aprel 1977-ci ildə Qazax rayonu Quşçu Ayrım kəndində vəfat etmişdir. X1207 oktyabr 2022-ci ildə Qazax rayonu Quşçu Ayrım kəndində vəfat etmişdir. X18 xx xxxx 1971-ci il tarixdə Qazax rayonu Quşçu Ayrım kəndində anadan olmuşdur. İş materiallarında olan, Qazax rayon İcra Hakimiyyəti Başçısının Quşçu Ayrım kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Qazax rayon Quşçu Ayrım kəndində pasport qeydiyyatında olmaqla yaşayır və ona torpaq islahatı aparılmadığna görə pay torpağı yoxdur və Quşçu Ayrım kəndinin ərazisinə aid təsərrüfatbaşına kitabda adına yaşayış evi və torpaq sahəsi qeyd edilməmişdir. İş materiallarında olan, Qazax rayon İcra Hakimiyyəti Dövlət arxivinin verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Qazax rayon İcra Hakimiyyəti Başçısının Quşçu Ayrım kənd İnzibati ərazi dairəsi üzrə 1991-1995-ci illərə aid 01 saylı təsərrüfat başı kitabının 30-cu səhifəsində X5 təsərrüfatı X12 (1936-cı ildə anadan olmuş), Cavabdeh (xx.xx.1968-ci ildə anadan olub), X8 (xx.xx.1969-cu ildə anadan olub), X18 (xx.xx.1971-ci ildə anadan olub üzərindən xətt çəklib ayrı təsərrüfat olub), X27 (xx.xx.1973-cü ildə anadan olub), X34 (xx.xx.1972-ci ildə anadan olub), təsərrüfatda cəmi 0.15 ha torpaq sahəsi, ümumi sahəsi 54 kvm, o cümlədən yaşayış sahəsi 42 kvm ev mövcud olmuşdur. Qazax rayon İcra Hakimiyyəti Başçısının Quşçu Ayrım kənd İnzibati ərazi dairəsi üzrə 2011-2015-ci illərə aid 01 saylı təsərrüfat başı kitabının 50-ci səhifəsində X5 təsərrüfatı, X12 (1936-cı ildə anadan olmuş), Cavabdeh (xx.xx.1968-ci ildə anadan olub), X34 (xx.xx.1972-ci ildə anadan olub) və X11 (xx.xx.2006-cı ildə anadan olub) təsərrüfatda cəmi 0.15 ha torpaq sahəsi, ümumi sahəsi 104 kvm, o cümlədən yaşayış sahəsi 48 kvm ev mövcud olmuşdur. İş materiallarında olan, Qazax rayon İcra Hakimiyyəti Başçısının Quşçu Ayrım kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, X5 ölən günə kimi Quşçu Ayrım kəndində yaşamış, ölənə kimi onunla birlikdə Cavabdeh və İddiaçı yaşamışdır. X8, X19 və X27 həmin ünvanda qeydiyyatda olmamıış, başqa ünvanda yaşamışlar. İş materiallarında olan, xx.xx.2018-ci il tarixli vəsiyyətnamədən görünür ki, X12 ölən günədək ona məxsus olan bütün əmlakını o cümlədən harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını qızı Cavabdeh vəsiyyət etmiş və digər vərəsələrini vərəsəlikdən məhrum etmişdir. İş materiallarında olan, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin verdiyi xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Qazax rayonu Quşçu Ayrım kəndində yerləşən fərdi yaşayış evi, X12, Cavabdeh, X8 və X23 ümumi birgə mülkiyyətindədir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, X2 Gülnaz Məhəmməd qızı ilə 01 yanvar 1969-cu il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Birgə nikahlarından Cavabdeh, İddiaçı, X8, X19 və X27 doğulmuşdur. X13 03 aprel 1977-ci ildə və X12 07 oktyabr 2022-ci ildə Qazax rayonu Quşçu Ayrım kəndində vəfat etmişdir. Qazax rayon İcra Hakimiyyəti Başçısının Quşçu Ayrım kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, X5 ölən günə kimi Quşçu Ayrım kəndində yaşamış, ölənə kimi onunla birlikdə Cavabdeh və İddiaçı yaşamışdır. X8, X19 və X27 həmin ünvanda qeydiyyatda olmamıış, başqa ünvanda yaşamışlar. X12 07 oktyabr 2022-ci ildə Qazax rayonu Quşçu Ayrım kəndində vəfat etdikdən sonra, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu Quşçu Ayrım kəndində yerləşən fərdi yaşayış evi, X12, Cavabdeh, X8 və X23 ümumi birgə mülkiyyətilərinə verilmiş lakin İddiaçı mülkiyyətçi kimi tanınmamışdır. Sözügedən fərdi yaşayış evinin sənədləşdirilməsi qanunun tələblərinə riayət edilməməklə aparılmadığından Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin verdiyi xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunmalıdır. Məhkəmə iddia tələbinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, X12 xx.xx.2018-ci il tarixli vəsiyyətnamə ilə ölən günədək ona məxsus olan bütün əmlakını o cümlədən harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını qızı Cavabdeh vəsiyyət etmiş və digər vərəsələrini vərəsəlikdən məhrum etmişdir. Sözügedən vəsiyyətnamənin etibarsız hesab edilməsinə heç bir əsas yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməsi, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər), ikinci növbədə ölənin bacıları və qardaşları bərabər pay hüquqlu vərəsələr sayılırlar. Göstərilən Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasin qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci maddəsinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürüldüyü ölçüdə verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X31 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin verdiyi xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Qazax rayonu Quşçu Ayrım kəndində yerləşən fərdi yaşayış evinə dair çıxarış ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-20/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-20/2024
08.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver