Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-2039/2025 19.02.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Qəhrəmanova Mehin Asəf qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras payının müəyyən edilməsi tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, reyestr kitabının 03/132 v, səh. 57-də İnventar işi 209 nömrə ilə xx.xx.1999-cu ildə qeydə alınmış (yeni qeydiyyat nömrəsi **********3- 10301) qeydiyyat Vəsiqəsinə əsasən ünvan 1 ünvanında 0.06 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 140,4 kv.m, o cümlədən yaşayış sahəsi 62.9 kv.m iki otaqdan ibarət fərdi yaşayış evinin X9 məxsus hissədə onun miras payının tam olaraq müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, miras qoyan xx.xx.2008-ci ildə vəfat etmiş X12 onun anası olmuşdur. Onların miras qoyan və digər cavabdehlərlə birlikdə ümumi paylı mülkiyyətdə ünvan 1 ünvanında 0,06 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 140,4 kv.m, o cümlədən yaşayış sahəsi 62.9 kv.m iki otaqdan ibarət fərdi yaşayış evləri vardır. Həmin əmlaka dair Qeydiyyat Vəsiqəsi mövcuddur. Qeydiyyat Vəsiqəsinə əsasən Reyestr kitabı 03/132 v, səh. 57-də inventar işi 209 nömrə ilə xx.xx.1999-cu ildə qeydə alınıb. ƏMDX Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli Arayışından görünür ki, hazırda həmin yaşayış evinin qeydiyyat nömrəsi **********3- 10301-dir. X1 miras qalmış əmlak payı üzərində vərəsəlik hüququnun tanınması üçün Qazax Rayon Notariat Ofisinə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət etmişdir. Qazax Rayon Notariat Ofisində müraciətinə baxılmış və miras şərikləri ilə mirasın bölüşdürülməsi zamanı mübahisə olması səbəbindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Cavabdehlər də miras qoyanın övladları olmaqla onun vərəsələridirlər. Lakin onlar miras payının qəbulu üçün müraciət etməmiş və bu istiqamətdə hər hansı bir iradə ifadə etməmişlər. Ona görə də hesab edir ki, məhkəmə onun miras əmlak üzərində vərəsəlik payını müəyyənləşdirməlidir. Qeyd edir ki, ümumi mülkiyyətdə olan və miras qoyanın da birgə mülkiyyətçi olduğu bu fərdi yaşayış evində o faktiki olaraq mirası qəbul etmişdir. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 18/2-N-22505 saylı məktubunda da onun ünvan 2 ünvanında xx.xx.1991-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qeydiyyatda olduğu qeyd edilib. Bu da onun 2008-ci ildə mərhum anasının vəfat edən zaman həmin evdə qeydiyyatda olduğunu təsdiq edir. Eyni zamanda o həm də əmlakın payçısıdır. Cavabdehlər mirasın bölğüsündə iştirak etmədikləri üçün vərəsəlik şəhadətnaməsi ala bilmir. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 bildirmişdir ki, anası X6 vəfatından sonra qardaşı Cavabdeh2 ailəsi ilə birlikdə anasından miras qalmış evdə yaşamış və mirası faktiki olaraq qəbul etmişdir. Anasının sağlığında qardaşı İddiaçı Qazax şəhərindən başqa bir ünvanda ev almışlar və o həmin evdə yaşamışdır. Mirası faktiki olaraq yalnız Cavabdeh2 qəbul etmişdir. Mirasın qəbulu ilə bağlı 6(altı) aylıq müddət ərzində heç bir vərəsə tərəfindən notariusa müraciət edilməmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh2 ilə ailə üzvlərindən başqa heç kim yaşamamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o anasının vəfatına kimi həmin evdə yaşamışdır. Belə ki, Cavabdeh2 təxminən 2003-cü il tarixə qədər Rusiya Federasiyasında yaşamış, ölkəyə qayıtdıqdan sonra evlənib ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşamışdır. Əvvəllər Cavabdeh2 ilə bir evdə yaşasalarda, sonradan ona başqa yerdən ev alınmış və həmin evdən çıxıb getmişdir. Belə ki, o 2001-ci ildə ünvan 2 ünvanının yaxınlığında obyekt almış və Yusiflə yola gedə bilmədiyi üçün ailəsi ilə birlikdə həmin obyektə yaşamışdır. Qardaşı Cavabdeh2 onu evə qoymurdu və yaşamasına maneçilik törədirdi. X20 vəfatından sonra mirası faktiki olaraq Cavabdeh2 qəbul etmişdir. Cavabdeh2 ona həmin evdə yaşamasına mane olmuşdur. X3 vəfat etdikdən sonra mübahisələ evdə qardaşı Cavabdeh2 ailəsi ilə birlikdə yaşamışdır. O, X3ndan qalmış evdən payının müəyyən edilməsini istəyir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, o 1990-cı il tarixdə ailə həyatı qurub ər evinə köçmüşdür. X2 vəfatından sonra ondan miras qalan evdə yalnız qardaşı Cavabdeh2 və onun ailəsi yaşamışdır. Hələ anasının sağlığında Rövşən həmin evdən köçmüş, başqa ünvanda ona alınmış evdə yaşamışdır. Anası vəfat edən vaxt bütün övladları kimi Rövşən də yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, o 2003-cü il tarixdən anası X12 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış və hazırda da həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Belə ki, o 2003-cü ildə Rusiya Federasiyasından qayıtmış, sonra evlənmiş və daimi olaraq ailə üzvləri ilə birlikdə həmin evdə yaşamışdır. O ailə qurduqdan sonra qardaşı Rövşənlə bir yerdə yaşamaqları mümükün olmadığınbdan, anası böyük qardaşı Sarı Nəsibov ilə birlikdə Rövşənə ev almışlar və o həmin vaxtdan ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. İddiaçı anasının vəfatından sonra mübahisəli evdə yaşamamışdır. O anasının vəfatından sonra evə dair bütün kommunal xərcləri o ödəmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizələrini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1999-cu il tarixli, 209 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanında 0.06 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 140,4 kv.m, o cümlədən yaşayış sahəsi 62.9 kv.m iki otaqdan ibarət fərdi yaşayış evinin X7, Cavabdeh1, Cavabdeh2 və İddiaçı adıına qeyd alınmışdır. İş materiallarında olan Qazax rayon Notariat ofisinin xx.xx.2025-ci il tarixli, 885 saylı məktubundan görünür ki, xx.xx.2008-cı il tarixdə vəfat etmiş X5 qalmış miras əmlakın bölüşdürülməsinə dair İddiaçı ilə digər vərəsə Cavabdeh2 arasında mübahisə olduğunu aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan Baş Dövlət Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ünvan 5 ünvanında, xx.xx.2023-cü il tarixdən hazıradək ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsin Daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2023cü il tarixli arayışndan görünür ki, ünvan 5 İddiaçı paylı mülkiyyətindədir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə anadan olmuş, ata qrafasında X14, ana qrafasında isə X4 qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X14 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X13 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Qazax RİHB-nın Qazax şəhəri İnzibati Ərazi Dairə üzrə nümayəndəliyinin xx.xx.2026-cı il tarixli arayışından görünür ki, xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh2 ünvan 5 ünvanında qeydiyyatda olmaqla qonşuların tərtib etdiyi akta əsasən 2003-cü il tarixdən həmin ünvanda yaşayır. İş materiallarında olan Qazax rayonu Qazax Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 747 saylı arayışdan görünür ki, Cavabdeh2 ünvan 5 ünvanında yerləşən torpaq sahəsinə hər il 1,80 manatı torpaq vergisi ödəyir. İş materiallarında olan faktiki yayaşış yerini təsdiq edən arayışdan görünür ki, X18, X28, X11, X21 və X10 arayış tərtib etmişlər ki, Cavabdeh2 X3 ilə birlikdə 2003c il tarixdən etibarən anasının sağ olduğu müddət ünvan 8 ünvanında ailə üzvləri ilə birlikdə faktiki və daimi yaşamışdır. Həmçinin bildirirlər ki, X3 vəfat etdikdən sonra da yəni xx.xx.2008-ci il tarixdən etibarən qeyd olunan şəxs ailə üzvləri ilə birlikdə X19, X22, X15, X16 eyni ünvanda faktiki və daimi olaraq yaşayır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, X13 ilə X8 birgə nikahlarından İddiaçı, Cavabdeh1, Cavabdeh2 və X24 adlı uşaqları doğulmuşdur. X14 xx.xx.1993-cü ildə, X12 isə xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. X7 vəfatından sonra ünvan 1 ünvanında 0,06 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 140,4 kv.m, o cümlədən yaşayış sahəsi 62.9 kv.m iki otaqdan ibarət fərdi yaşayış evi miras qalmışdır. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1 və 1151.2-ci maddələrinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir Həmin Məcəllənin 1159.1-1159.1.1-ci maddələrinə görə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə görə bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.1 və 1243.2-ci maddələrinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələbindən göründüyü kimi şəxs öldükdən sonra onun əmlakı birmənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyriformal olmaqla iki üsulunu müəyyənləşdirmişdir. Formal üsul vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, qeyri formal üsul isə vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və mirasa yiyələnməsi, eləcə də miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi üsuludur. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, X13 xx.xx.2008-ci ildə vəfat etmiş və onun ölümündən sonra miras əmlak yalnız Cavabdeh2 tərəfindən faktiki qəbul edilmişdir. Həmin hal İddiaçı və cavabehlər Cavabdeh2, Cavabdeh1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 izahatlarında da öz təsdiqini tapmışdır. Belə ki, cavabdehlərlə bərabər iddiaçı özüdə qeyd etmişdir ki, 2001-ci ildən ünvan 2 ünvanının yaxınlığında obyektdə ailəsi ilə birlikdə yaşamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən protokola etiraf edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, ərizə işə tikilir. Digər tərəfdən İddiaçı izahatında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə getməsinə Cavabdeh2 tərəfindən icazə verilmədiyini qeyd etsədə, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi İddiaçı mirasın qəbulu üçün nəzərdə tutulan müddət ərzində notariat ofisinə müraciət etməmiş, bundan başqa miras əmlakın qəbulu üçün hər hansı iradə ifadə etməmiş, miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətləri bariz şəkildə nümayiş etdirməmiş, X7 əmlakını faktiki cəhətdən ələ keçirməmiş və ona sahib durmamışdır. Bununla yanaşı, o X6 miras əmlakının Cavabdeh2 tərəfindən idarə olunmasından və həmin şəxsin mirasa təkbaşına faktiki sahiblik etməsindən xəbərdar olmuşdur. «A.Nadirova və qeyrilərinin şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. «G.Qəhrəmanovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, qeyd olunanları, habelə mirasın qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürüldüyü zaman dövrünü və müddətin üzrlü səbəblərdən ötürülməsini təsdiq edən sübutların məhkəməyə təqdim olunmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras payının müəyyən edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras payının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-2039/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-2039/2025
19.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver