Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-2075/2025 28.01.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Qəhrəmanova Mehin Asəf qızının katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi «sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə müraciət edərək, Qazax rayonu Aqrar İslahatı Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 saylı qərarına əsasən Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində yerləşən 2.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə verilmiş JN:577 KOD 50100088 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və Qazax rayonu Aqrar İslahatı Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 saylı qərarına əsasən Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində yerləşən 0.37 ha həyətyanı torpaq sahəsinə verilmiş JN:1019F KOD 50100088 nömrəli torpağın mülkiyyətə verilməsinə dair X1 aid hissədə ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırılmışdır ki, Qazax rayon Aqrar İslahatı Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə Qazax rayonunun ikinci Şıxlı kəndi ərazisində yerləşən 2.37 ha kənd təyinatlı torpaq sahəsi onunla birlikdə ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Sözügedən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN:577 KOD 50100088 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmişdir. Lakin həmin Dövlət Aktında onun soyadı səhvən “Abdullayevə” kimi, adı “Raya” kimi, atasının adı isə “Mədət” kimi göstərilmişdir. Eyni zamanda Qazax rayon Aqrar İslahatı Komissiyasının 08 sentybar 1997-ci il tarixli rəli qərarı ilə Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində yerləşən 0.37 ha həyətyanı sahəsi də onunla birlikdə ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin həyətyanı torpaq sahəsinə dair JN:1019F KOD 50100088 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. Lakin həmin Şəhadətnamədə də soyadı səhvən “Abdullayevə” kimi, adı “Raya” kimi, atasının adı isə “Mədət” kimi göstərilmişdir. Halbuki, soyadı Nəsibova, adı Rayə, atasının adı isə Mədəddir. X7 xx.xx.2005-ci ildə vəfat etmişdir. Hazırda həmin torpaq sahələrini ərinin payına münasibətdə vərəsəlik qaydasında öz adına rəsmiləşdirmək istəyir. Lakin, bu texniki səhvin ucbatından ala bilmir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Abdullayeva (Nəsibova) Rayə Mədəd qızı xx.xx.1937-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, X11 və X8 xx.xx.1958-ci il tarixdə 02 saylı qeydi ilə Qazax rayon İkinci Şıxlı kənd İƏD-si rəsmi qaydada evlənmişlər. X6 Nəsibova soyadı verilmişdir. iş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan JN-577 KOD 50100088 №-li torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, xx.xx.1997-ci il tarixli, 10 nömrəli Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu İkinci Şıxlı kəndində yerləşən 2.37 ha torpaq sahəsi X11, X9, X10 və X4 mülkiyyət hüququna verilmişdir. İş materiallarında olan JN-101F KOD ********* №-li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, xx.xx.1997-ci il tarixli, 08 nömrəli Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu İkinci Şıxlı kəndində yerləşən 2.37 ha torpaq sahəsi X11, X9, X10 və X4 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 2.37 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə dair verilmiş JN-577 nömrəli dövlət aktında buraxılmış texniki səhvlərin aradan qaldırılmasına dair müraciətə baxılmışdır. “Torpağa mülkiyyət hüququna dair” JN-577 nömrəli dövlət aktında göstərilən mülkiyyətçilərin adları, atalarının adları, və soyadları arxiv məlumatları ilə eynidir. Lakin “Torpağa mülkiyyət hüququna dair” JN-577 nömrəli dövlət aktında göstərilən mplkiyyətçilərin adları, atalarının adları və soyadları şəxsiyyəti təsdiq sənədlərdə fərqlidir. “Torpağa mülkiyyət hüququna dair” JN-577 nömrəli dövlət aktında göstərilən torpaq mülkiyyətçilərinin həqiqətən şəxsiyyəti təsdiq edən sənədlərdə və ölüm haqqında şdhadətnamədə göstərilən şəxslərlə eyni olmasını təsdiq edən akt və ya məhkəmə qətnaməsi ərizənizə əlavə edilməmişdir. Bu səbəbdən göstərilən uyğunsuzluqların aradan qaldırılması mümkün oynamışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata mış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0.37 ha həyətyanı torpaq sahəsinə r verilmiş JN-1019F nömrəli torpaq şəhadətnaməsində buraxılmış texniki səhvlərin ardıdan qaldırılmasına dair müraciətə baxılmışdır. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1019F nömrəli ladətnamədə göstərilən mülkiyyətçilərin adları, atalarının adları,və soyadları arxiv mqlumatları ilə eynidir. Lakin “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1019F nömrəli şəhadətnamədə stərilən mülkiyyətçilərin adları, atalarının adları,və soyadları şəxsiyyəti təsdiq nədlərdə və ölüm haqqında şəhadətnamədə fərqlidir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1019F nömrəli şəhadətnamədə dərilən torpaq mülkiyyətçilərinin həqiqətən şəxsiyyəti təsdiq sənədlərdə və ölüm haqqında şəhadətnamədə göstərilən şəxslərlə eyni olmasını təsdiq edən akt və ya məhkəmə qətnaməsi ərizənizə əlavə edilməmişdir. Bu səbəbdən göstərilən uyğunsuzluqların aradan qaldırılması mümkün olnhamışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndiTKə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Qazax RİHB-nın İkinci Şıxlı kənd İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, JN-1019F KOD 50100088 torpağa mülkiyyət hüququna dair Dövlət aktında Ərizəçi soyadı adı səhvən X2 yazılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Qazax RİHB-nın İkinci ŞıxlıİƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, JN-577 KOD 50100088 torpağa mülkiyyət hüququna dair Dövlət aktında Ərizəçi soyadı adı səhvən X2 yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin bütün sənədlərində “Ərizəçi” kimi göstərilsə də, JN-577 KOD 50100088 nömrəli Torpağa mülkiyyət hüququ verilməsinə dair dövlət aktında səhvən “X9” kimi, JN-1019F KOD 50100088 №-li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvən “Ərizəçi” sözü “X9” kimi göstərilmişdir. Dövlət aktında X9” və şahadətnamədə səhvən göstərilən “X9” ilə təqdim olunan sənədlərdə göstərilən “Ərizəçi” ilə eyni şəxslər olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-577 KOD 50100088 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət aktının, J JN-1019F KOD 50100088 №-li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin şəxsiyyət vəsiqələrinin surəti və doğum şəhadətnaməsində ərizəçi tərəfindən ona aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, Qazax rayon Aqrar İslahatı Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə verilmiş JN-577 KOD 50100088 №-li Torpağa mülkiyyət hüququna dair dövlət aktının “X9”na aid hissədə “Ərizəçi”na və Qazax rayon Aqrar İslahatı Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə verilmiş JN-1019F KOD 50100088 №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “X9”na aid hissədə “Ərizəçi”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahatı Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə verilmiş JN-577 KOD 50100088 №-li Torpağa mülkiyyət hüququna dair dövlət aktının “X9”na aid hissədə “Ərizəçi”na və Qazax rayon Aqrar İslahatı Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə verilmiş JN-1019F KOD 50100088 №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “X9”na aid hissədə “Ərizəçi”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-2075/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-2075/2025
28.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver