Məhkəmə qərarları › İş №2(023)-2180/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-2180/2025

11.03.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-2180/2025 11.03.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız borcun silinməsi tələbinə dair mülki işə 11 mart 2026-cı il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh tərəfindən əsaaız olaraq hesablanmış 345,60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, ona təqdim edilmiş qaz borcu barədə çekdə 345.60 manat əsassız borc yazıldığını görmüşdür. Bununla bağlı Qazax Xidmət Sahəsinə müraciət etmiş, tərtib edilmiş aktların və abonent saldosunun surətini əldə etmişdir. Abonent saldosundan da görünür ki, qalıq və aktlar bölməsində 345.60 manat borc hesablanmışdır. Bu borc əsassız yazılmışdır və silinməlidir. Cavabdehlə "Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə 35/3286 nömrəli müqaviləyə əsasən qaz abonenti mərhum həyat yoldaşı X5r. X7 12 iyun 2024cü ildə vəfat etmişdir. Həmin sayğac onun sahibliyində olan fərdi yaşayış evinə aid olduğu üçün məhkəməyə o müraciət etmişdir. Tərtib edilmiş aktlardan görünür ki, Qazax Xidmət sahəsinin əməkdaşları xx.xx.2022-ci il tarixdə kütləvi əvəzləmə zamanı onların evinə quraşdırılmış köhnə sayğacı çıxarıb, yeni sayğac quraşdırmışlar. Sayğacın Çıxarılma səbəbi Aktda qeyd edildiyi kimi "kütləvi əvəzləmə olmuşdur. Çünki, hər 5 ildən bir sayğac dövlət yoxlamasından keçirilməli və dəyişdirilməlidir. Sayğac sonuncu dəfə 23 iyun 2014-cü il tarixdə dəyişdirilmişdir və 8 il ərzində cavabdeh həmin sayğacla bağlı hər hansı texniki xidmət göstərməmiş, sayğacı dövlət yoxlamasından keçirməmişdir. Ona təqdim edilən Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı Aktda “sayğac yenisi ilə əvəzlənib. Sayğac əvəzlənən zaman plomb üzərində olub”. Azəriqaz İB-nin qaz sayğacının yoxlanılması barədə 31 mart 2023-ci il tarixli, MSK 29/1710-03845-1 nömrəli aktında qeyd edilmişdir ki, "Sayğaca ümumi baxış keçirildi. Hesablama mexanizmi keçən qazın sərfini qeydə almır. Sayğac açılaraq daxilinə baxış keçirildi və Sayğacın hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın oxunun yuvasından çıxdığı aşkar edildi. Sayğac istismara yararsızdır". Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı AKT-da "Azəriqaz İB-nin qaz sayğacının yoxlanılması barədə 31 mart 2023-cü il tarixli, MSK 29/1710-03845-1 nömrəli aktında yazılanlar köçürülmüşdür. Göründüyü kimi qaydalara əsasən müdaxilə vizual olaraq müşahidə edilə bilməlidir. Ancaq tərtib edilmiş aktlardan da görünür ki, sayğac üzərində hər hansı bir müdaxilə izi olmamış, kütləvi əvəzləmə zamanı dəyişdirilmişdir. Həmçinin sayğaca laborator baxış keçirilən zaman istehlakçı kimi onun iştirakı təmin edilməmişdir ki, bu da qanunsuzdur və gəldiyi nəticəni öncədən şübhə altına alır. Laboratoriya aktı standart cümlələrlə yazılmışdır. Laboratoriya aktında qeyd edilmişdir ki, "Sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir." Lakin təqdim etdiyi abonent saldosundan da görünür ki, sayğac hər zaman qazın həcmini qeyd etmişdir və istifadə olunan qazın həcmində sayğacın dəyişilməsindən əvvəl və sonra demək olar ki, heç bir fərq yoxdur. Cavabdehin bu nəticəyə gəlməsi qazdan istifadə qaydalarına və onun əsasında hazırlanmış abonent müqaviləsinə də ziddir. Qazdan istifadə qaydalarına əsasən sayğacın işlək vəziyyətdə saxlanmasına Cavabdeh İB cavabdehdir. Qazdan istifadə qaydalarına zidd olaraq nə əvvəlki siyğac, nə də daha sonra quraşdırılmış sayğac örtüklə örtülməmişdir. Cavabdeh ünün qorumalı olduğu sayğacı qorumamış, zamanında texniki xidmət göstərməmiş və dövlət yoxlamasından keçirməmişdir. Ona görə də hər hansı bir müdaxilə varsa, bu cavabdehin öz təqsiri üzündəndir. Sayğac mənzildən kənarda quraşdırılmışdır və ona görə də istehlakçı kimi sayğaca o nəzarət edə bilməzdi. Sayğac hər hansı bir səbəbdən də zədələnə bilər. Ona görə sayğacın yaxşı vəziyyətdə saxlanmasına cavabdeh özü məsuliyyət daşıyır. Odur ki, Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 345,60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məlumat verməmişdir. Məhkəmə Cavabdeh nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, xx.xx.2011-ci il tarixdə Şəmkir RQİİ ilə Qazax rayon Daş Salahlı kənd sakini X7 arasında qazdan istifadəyə dair müqavilə bağlanmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 23 iyun 2014-cü il tarixli ******* nömrəli Aktdan görünür ki, yeni sayğacla əvəzləndi, sayğacın çıxarılma səbəbi: qaz sızma olmuşdur. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı Aktda “sayğac yenisi ilə əvəzlənib. Sayğac əvəzlənən zaman plomb üzərində olub”. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 mart 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, X6 məxsus ünvanda quraşdırılmış “Sayğaca ümumi baxış keçirildi. Hesablama mexanizmi keçən qazın sərfini qeydə almır. Sayğac açılaraq daxilinə baxış keçirildi və Sayğacın hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın oxunun yuvasından çıxdığı aşkar edildi. Sayğac istismara yararsızdır". Azəriqaz İB-nin qaz sayğacının yoxlanılması barədə 31 mart 2023-ci il tarixli, MSK 29/1710-03845-1 nömrəli aktında qeyd edilmişdir ki, "Sayğaca ümumi baxış keçirildi. Hesablama mexanizmi keçən qazın sərfini qeydə almır. Sayğac açılaraq daxilinə baxış keçirildi və Sayğacın hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın oxunun yuvasından çıxdığı aşkar edildi. Sayğac istismara yararsızdır". Abonent saldosundan görünür ki, X3 abonent hesabına 2023-cü ilin mart ayına 345,60 manat borc hesablanmışdır. Nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 ilə X1 nikahı 17 dekabr 1986-cı il tarixdə ünvan 1 sovetində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 83 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Cəfərova soyadı verilmişdir. Ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Qazax rayon X4 verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, mərhum həyat yoldaşı X7 ilə ölən günə kimi birgə yaşanmış, onun dəfnini təşkil etmiş və dəfn xərcini özü çəkmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qazax rayon Notariat Ofisinin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahələrinə dair qanun üzrə vərəsəlik hüququ haqqında İddiaçı müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənədlər, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında vərəsələrin dairəsi müəyyən edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında təbii qazdan istifadəyə dair müqavilə münasibətlərindən yaranmış mübahisə mövcuddur. Belə ki, cavabdeh təşkilat təbii qazdan istifadə ilə bağlı vəzifələri yerinə yetirir, iddiaçı isə təbii qazdan istifadə ilə bağlı xidmətlərin haqqını ödəyir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-1-ci maddəsinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə görə, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 4.7-ci bəndində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı təbii qazdan istifadəyə görə yaşadığı ünvan 1ində yerləşən evdə quraşdırılmış qaz sayğacına ehtimal edilən müdaxiləyə görə cavabdeh qarşısında məsuliyyət daşımadığı, həmin müdaxiləyə görə üzərinə öhdəlik götürmədiyi, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması üçün cavabdehliyi qaz paylayıcısının daşıdığı, sayğaca müdaxilənin aşkar olunmadığı və həmin müdaxilənin aktda öz əksini tapmadığı, sayğaca müdaxilənin İddiaçı və ya onun ailə üzvləri tərəfindən törədilməsi müəyyən edilmədiyi, bununla da iddiaçının mərhum əri X3 adına olan sayğaca borcun əsassız hesablanması sübuta yetirildiyindən iddia əsaslıdır. Bu səbəbdən iddia təmin edilməli, Cavabdeh İB-nin əməkdaşları tərəfindən X6 hesablanmış 345,60 manat borc silinməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən X6 hesablanmış 345,60 (üç yüz qırx beş manat altmış qəpik) manat məbləğində borc silinsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar