Məhkəmə qərarları › İş №2(023)-2181/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-2181/2025

12.03.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-2181/2025 12.03.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Qəhrəmanova Mehin Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı «miras əmlaka dair vərəsəliyin müəyyən olunması» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0.0781 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 77.4 kv.m olan fərdi yaşayış evinin xx.xx.2000-ci ildə vəfat etmiş mərhum X5 payına düşən 10/18 hissəsi, 2015-ci ildə vəfat etmiş mərhum X15 payına düşən 1/18 hissəsi və xx.xx.2006-cı ildə vəfat etmiş mərhum X11 payına düşən 1/18 hissəsi üzrində onun tam olaraq vərəsəlik payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X44 ilə X16 xx.xx.1930-cu ildə nikaha daxil olmuş, onların birgə nikahından 7 övlad anadan olmuşdur. Həmin övladlar xx.xx.1932-ci il təvəllüdlü X34, xx.xx.1939-cu il təvəllüdlü Cavabdeh1, xx.xx.1942-ci il təvəllüdlü Orucova (Abışova) Roza Mustafa qızı, xx.xx.1946-cı il təvəllüdlü Muradova (Abışova) Ziba Mustafa qızı, xx.xx.1949-cu il təvəllüdlü X17, xx.xx.1952-ci il təvəllüdlü Cavabdeh5, xx.xx.1955-ci il təvəllüdlü iddiaçı və xx.xx.1958-ci il təvəllüdlü X18r. X44 xx.xx.1968-ci ildə, X16 xx.xx.2000-ci ildə, X29 xx.xx.2006-cı ildə, X34 isə xx.xx.2015-ci ildə vəfat etmişdir. Müəyyən edilir ki, X44 ilə X16 birgə nikahları dövründə ünvan 2 ünvanda yerləşən 0.0781 ha həyətyanı torpaq sahəsində ümumi sahəsi 77.4 kv.m olan fərdi yaşayış evi inşa edilmişdir. X35 vəfatından sonra vərəsəlik qaydasında qeyd olunan torpaq sahəsinin və yaşayış evinin 10/18 hissəsi X7, qalan hər biri 1/18 hissə olmaqla X23, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X8, Cavabdeh5, X19 və iddiaçıya məxsus olmuşdur. X4 xx.xx.1967-ci ildə Cavabdeh6 ilə nikaha daxil olmuş, lakin onların birgə nikahından övladları olmamış, sonradan ayrılmışlar və həmin vaxtdan sonra əlaqələri kəsilmişdir. Daha sonra Cavabdeh6 xx.xx.1975-ci ildə X27 ilə nikaha daxil olmuşdur. Hazırda onun yaşayış yeri məlum deyildir. X11 anadangəlmə əqli geriliyə malik olduğu, ailə qurmadığı və subay vəziyyətdə vəfat etdiyi müəyyən edilir. Həmçinin müəyyən olunur ki, X5, X15 və X11 vəfatından sonra onlara məxsus miras əmlakı (10/18 + 1/18 + 1/18 hissələr üzrə) yalnız iddiaçı tərəfindən faktiki qəbul edilmiş, idarə olunmuş və ona sahiblik həyata keçirilmişdir. Digər vərəsələr tərəfindən miras nə qanunla müəyyən edilmiş müddətdə notariat qaydasında, nə də faktiki olaraq qəbul edilməmişdir. Bundan əlavə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X17 və Cavabdeh5 miras açılmazdan əvvəl ailə quraraq başqa ünvanlarda yaşamışlar. Göstərilən hallara əsasən belə nəticəyə gəlinir ki, ünvan 1 ünvanda yerləşən 0.0781 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 77.4 kv.m olan fərdi yaşayış evinin mərhum X7 məxsus 10/18 hissəsi, eləcə də mərhum X23 və X19 məxsus hər biri 1/18 hissə üzrə vərəsəlik payının iddiaçı tərəfindən tam həcmdə qəbul edildiyi nəzərə alınaraq, onun vərəsəlik payının müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə qızı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayənədisini və şahid ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, iddiaçı X6 qonşusudur. X20 uzun müddətdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır və iddiaçıdan başqa həmin evdə heç kim yaşamamışdır. Həmçinin bildirmişdir ki, X3, X12 və X9 qalmış miras yalnız X20 tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, iddiaçı X6 qonşusudur. X20 uzun müddətdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. X16 2000-ci ildə vəfat etmiş və onun vəfatından sonra ondan qalan evdə yalnız X20 yaşamış, iddiaçıdan başqa həmin evdə heç kim yaşamamışdır. X1 və X29 vəfat etmiş, onlardan qalan evdə də yalnız X20 yaşamışdır. Həmçinin bildirmişdir ki, X5, X15 və X11 başqa miras əmlakları olmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X21 xx.xx.1949-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X24 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X25 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, Qazax rayon Dövlət Arxivində 159-cu fondda mühafizə olunan qeydiyyat şöbəsinin 1939-1940cı illərə aid doğum haqqında qeydiyyat kitabının 153 saylı doğuma akt qeydində (xx.xx.1939 il təvəllüdlü) X30 atası X45,anası X2r. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, Qazax rayon Dövlət Arxivində 159-cu fondda mühafizə olunan qeydiyyat şöbəsinin 1941-1942ci illərə aid doğum haqqında qeydiyyat kitabının 25 saylı doğuma akt qeydində (xx.xx.1942 il təvəllüdlü) Cavabdeh2 atası X45,anası X2r. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, Qazax rayon Dövlət Arxivində 159-cu fondda mühafizə olunan qeydiyyat şöbəsinin 1943-1946cı illərə aid doğum haqqında qeydiyyat kitabının 23 saylı doğuma akt qeydində (xx.xx.1946 il təvəllüdlü) X31 atası X45, anası X2r. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X34 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X45 xx.xx.1968-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2006-cı ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Qazax rayon Məhkəməsinin 2(023)-1176/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, 1932-ci il təvəllüdlü X15 X5 qızı (övladı) olması faktı müəyyən edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X45 ilə X24 xx.xx.1975-ci il tarixdə evlənmişlər. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, vətəndaşlıq vəziyyəti aktları”avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində şəxsə aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə araşdırma aparılmış və qeyd olunan ailə üzvlərinə dair məlumatlar aşkar edilmişdir: X34 xx.xx.1932-ci il tarixdə anadan olmuş, əri Cavabdeh6dur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, vətəndaşlıq vəziyyəti aktları”avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində şəxsə aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə araşdırma aparılmış və qeyd olunan ailə üzvlərinə dair məlumatlar aşkar edilmişdir: X29 xx.xx.1958-ci il tarixdə anadan olmuş, (xx.xx.2006-ci ildə vəfat etmişdir.) atası X36r qızı X13r. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, vətəndaşlıq vəziyyəti aktları”avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində şəxsə aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə araşdırma aparılmış və qeyd olunan ailə üzvlərinə dair məlumatlar aşkar edilmişdir: X24 XX.XX.1912-ci il tarixdə anadan olmuş, (xx.xx.2000-cı ildə vəfat etmişdir.) oğlu Cavabdeh4, Cavabdeh5, X26 və X22r. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli arayışın surətindən görünür ki, Qazax şəhəri Azadlıq küçəsi ev 9-da olan fərdi yaşayış evinin 10/18 hissəsi X14, 1/18 hissəsi X15, 1/18 hisəssi Cavabdeh1, 1/18 hissəsi X10, 1/18 hissəsi X32, 1/18 hissəsi X11, 1/18 hissəsi X33, 1/18 hissəsi Cavabdeh4 və 1/18 hissəsi Cavabdeh5 paylı mülkiyyətindədir. İşdə olan Cavabdeh1 xx.xx.2026-cı il tarixli ərizəsinin məzmunundan görünür ki, həqiqətən də ünvan 1 ünvanda yerləşən 0.045 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 77.4 kvm olan fərdi yaşayış evinin mərhum anası X5 payına düşən 10/18 hissəsindən, mərhum X4nın payına düşən 1/18 hissəsindən və mərhum qardaşı X11 payına düşən 1/18 hissəsindən ibarət mirası vərəsəlinrdən yalnız qardaşı, iş üzrə İddiaçı faktiki qəbul etməklə, həmin mirasa sahiblənmiş və idarə etmişdir. Qardaşı İddiaçı başqa heç bir vərəsə həmin mirası nə notariat orqanına müraciət etməklə, nə də faktiki qəbul etməmişdir. İşdə olan Cavabdeh5 xx.xx.2026-cı il tarixli ərizəsinin məzmunundan görünür ki, həqiqətən də ünvan 1 ünvanda yerləşən 0.045 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 77.4 kvm olan fərdi yaşayış evinin mərhum anası X5 payına düşən 10/18 hissəsindən, mərhum X4nın payına düşən 1/18 hissəsindən və mərhum qardaşı X11 payına düşən 1/18 hissəsindən ibarət mirası vərəsəlinrdən yalnız qardaşı, iş üzrə İddiaçı faktiki qəbul etməklə, həmin mirasa sahiblənmiş və idarə etmişdir. Qardaşı İddiaçı başqa heç bir vərəsə həmin mirası nə notariat orqanına müraciət etməklə, nə də faktiki qəbul etməmişdir. İşdə olan Cavabdeh4 xx.xx.2026-cı il tarixli ərizəsinin məzmunundan görünür ki, həqiqətən də ünvan 1 ünvanda yerləşən 0.045 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 77.4 kvm olan fərdi yaşayış evinin mərhum anası X5 payına düşən 10/18 hissəsindən, mərhum X4nın payına düşən 1/18 hissəsindən və mərhum qardaşı X11 payına düşən 1/18 hissəsindən ibarət mirası vərəsəlinrdən yalnız qardaşı, iş üzrə İddiaçı faktiki qəbul etməklə, həmin mirasa sahiblənmiş və idarə etmişdir. Qardaşı İddiaçı başqa heç bir vərəsə həmin mirası nə notariat orqanına müraciət etməklə, nə də faktiki qəbul etməmişdir. İşdə olan Orucova (Abışova) Roza Mustafa qızının ərizəsinin məzmunundan görünür ki, həqiqətən də ünvan 1 ünvanda yerləşən 0.045 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 77.4 kvm olan fərdi yaşayış evinin mərhum anası X5 payına düşən 10/18 hissəsindən, mərhum X4nın payına düşən 1/18 hissəsindən və mərhum qardaşı X11 payına düşən 1/18 hissəsindən ibarət mirası vərəsəlinrdən yalnız qardaşı, iş üzrə İddiaçı faktiki qəbul etməklə, həmin mirasa sahiblənmiş və idarə etmişdir. Qardaşı İddiaçı başqa heç bir vərəsə həmin mirası nə notariat orqanına müraciət etməklə, nə də faktiki qəbul etməmişdir. İşdə olan Muradova (Abışova) Ziba Mustafa qızının ərizəsinnin məzmunundan görünür ki, həqiqətən də ünvan 1 ünvanda yerləşən 0.045 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 77.4 kvm olan fərdi yaşayış evinin mərhum anası X5 payına düşən 10/18 hissəsindən, mərhum X4nın payına düşən 1/18 hissəsindən və mərhum qardaşı X11 payına düşən 1/18 hissəsindən ibarət mirası vərəsəlinrdən yalnız qardaşı, iş üzrə İddiaçı faktiki qəbul etməklə, həmin mirasa sahiblənmiş və idarə etmişdir. Qardaşı İddiaçı başqa heç bir vərəsə həmin mirası nə notariat orqanına müraciət etməklə, nə də faktiki qəbul etməmişdir. Məhkəmə hesab edir ki, iş üzrə toplanmış sübutların məcmusu ilə müəyyən olunur ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi mərhum X5 xüsusi mülkiyyətində olmuş, sonradan isə həmin əmlak üzərində paylı mülkiyyət hüquqları formalaşmışdır. Belə ki, göstərilən əmlakın 10/18 hissəsi X7, hər biri 1/18 hissə olmaqla X23 və X19 məxsus olmuşdur. İş materiallarından, o cümlədən şahid ifadələrindən və digər yazılı sübutlardan aydın olur ki, X5 xx.xx.2000-ci ildə, X11 xx.xx.2006-cı ildə və X15 xx.xx.2015-ci ildə vəfatından sonra onlara məxsus miras əmlakı faktiki olaraq yalnız X20 tərəfindən qəbul edilmişdir. O, mübahisəli yaşayış evində fasiləsiz yaşamaqla həmin əmlaka sahiblik etmiş, ondan istifadə etmiş və idarəçiliyini həyata keçirmişdir. Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən, mirasın qəbul edilməsi təkcə notariat qaydasında deyil, həm də faktiki hərəkətlərlə – yəni miras əmlakına sahiblik etmə, ondan istifadə və onu idarə etmə yolu ilə də mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, digər vərəsələr – Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X17, Cavabdeh5 və Cavabdeh6 mirası nə qanunla müəyyən olunmuş müddətdə notariat qaydasında qəbul etmiş, nə də faktiki olaraq həmin əmlaka sahiblik etmişlər. Əksinə, iş materiallarında olan ərizələrdən görünür ki, qeyd olunan şəxslər də mirasın faktiki olaraq X20 tərəfindən qəbul edildiyini təsdiq etmişlər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, mərhumların mirası qanunvericiliyin tələblərinə uyğun olaraq faktiki qaydada X20 tərəfindən qəbul edilmişdir və bu səbəbdən onun həmin əmlak üzərində vərəsəlik hüququnun tanınması və payının müəyyən edilməsi üçün hüquqi əsaslar mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3.-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd edilən normaların tələbinə görə şəxs öldükdən sonra onun əmlakı birmənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal olmaqla iki üsulunu müəyyənləşdirmişdir. Formal üsul vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, qeyri formal üsul isə vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və mirasa yiyələnməsi, eləcə də miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. «G.Qəhrəmanovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmişdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin (xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli arayışla) mərhum X3 miras qalmış 10/18 payı hissəsinə, X12 miras qalmış 1/18 payı hissəsinə və X9 miras qalmış 1/18 payı hissəsinə İddiaçı tam hissədə payı müəyyən müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin (daşınmaz əmlakın reyestr nömrəsi: **********1310301, xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli arayışla) mərhum X3 miras qalmış 10/18 payı hissəsinə, X12 miras qalmış 1/18 payı hissəsinə və X9 miras qalmış 1/18 payı hissəsinə İddiaçı tam hissədə payı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar