Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-233/2023 28.02.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi Ərizəçi nümayəndəsi X7 iştirakı ilə Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə 28 fevral 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə JN-606F, KOD 50100078 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X5 aid hissədə sənədin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə etmiş və izahat verərək bildirmişdir ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə ona və ailə üzvlərinə 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə qızı Zərnişanın adı və soyadı səhvən Gümüşova Zərxanım kimi qeyd edilmişdir. Həmin şəhadətnamədə qızının adının və soyadının səhv qeyd edilməsi onun müəyyən sənədləşmənin aparılmasında çətinliklər yaradır. Odur ki, ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nın 15 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İşdə olan sənədlərdən görünür ki, JN-606F, KOD 50100078 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı ilə Qazax rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarına əsasən Qazax rayonun Xanlıqlar kənd sakini X12, X9, X15, X13, X4, X16, X17 və X10 mülkiyyətinə 0.20 ha həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəmkə iclasında şahid X4 qismində dindirilmiş izahat verərək bildirmişdir ki, həqiqətən də qızı Ərizəçi adı və soyadı səhvən Gümüşova Zərxanım kimi yazılmışdır. Əslində onun ad soyadı Ərizəçidır. Məhkəmkə iclasında şahid X13 və X18 şahid X1 izahatına uyğun izahat vermişdir. Ərizəçi 12 fevral 1997-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. Qazax rayon İcra Hakimiyyəti başçısının Qazax rayon Aşağı Salahlı kənd icra nümayəndəliyinin verdiyi 10 sentyabr 2018-ci il tarixli arayışdan görünür ki, JN-606F, KOD 50100078 nömrəli nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi adı səhvən X3 yazılmışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarına əsasən Qazax rayonun Xanlıqlar kənd sakinləri Abdullayev Novruz /Musa oğlu, X6, Abdullayeva Ülviyyə X2, X9, X15, X13, X4, X16, X17 və X10 mülkiyyətinə 0.20 ha həyətyanı torpaq sahəsi verilmişdir. Doğum haqqında arayışdan görünür ki, Ərizəçi 12 fevral 1997-ci il tarixdə Qazax rayonun Xanlıqlar kəndində anadan olmuşdur. Lakin Qazax rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə JN-606F, KOD 50100078 nömrəli nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi X3 qeyd edilmişdir. Odur ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə JN-606F, KOD 50100078 nömrəli nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X5 aid hissədə sənədin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-307, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə JN-606F, KOD 50100078 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X5 aid hissədə sənədin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev Əsli ilə düzdür: /imza var/ Hakim: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-233/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-233/2023
28.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver