Məhkəmə qərarları › İş №2(023)-244/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-244/2025

04.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-244/2025 04.02.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə 04 fevral 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon X12 13 sentyabr 1996-cı il tarixli 12 saylı qərarına əsasən JN-487 KOD 50100048 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktının X3 aid hissədə sənədin X6 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 13 sentyabr 1996-cı il tarixli 12 saylı qərarına əsasən Qazax rayonunun Qaymaqlı kəndi ərazisində ona və ailə üzvlərinə 3.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair tərtib olunmuş Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında əri “Yasnalı”nın adı yanlış olaraq “Yasinəli” kimi səhv qeyd edilmişdir. Halbuki bütün sənədlərində onun adı X2 göstərilmişdir. Bu sənəddə texniki səhvə yol verilməsi torpaq sahəsinə dair müəyyən sənədləşmə işlərinin aparılmasılnda ona çətinlik yaradır. Məhkəmə iclasında Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılmaqla qanunauyğun qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1951-ci il tarixdə doğulmuşdur. Olüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 19 oktyabr 2000-ci ildə ölmüşdür. JN-487 KOD 50100048 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qazax rayonu, Qaymaqlı kəndində yerləşən 3.57 hektar torpaq sahəsi X7, Ərizəçi, X10, X14, X9 və X4 mülkiyyətinə verilmişdir. Qazax RİHB-nın Qaymaqlı kənd İƏD üzrə nümayəndəliyin verdiyi xx.xx.2024-cü il tarixli 5-58-19-12-21/2-659/2024 saylı arayışından görünür ki, JN-487 KOD 50100048 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət X1, X11, X15 və X5 adları səhvən X7, X10, X14 və X4 yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Qazax rayonu Qaymaqlı kəndində yerləşən 3.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərtib edilmiş JN-487 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında buraxılmış texniki səhvlərin aradan qaldırılması 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin mərhum ərinə məxsus bütün sənədlərdə “X8” kimi göstərilsə də, JN-487 KOD 50100048 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında “X7” kimi göstərilmişdir. Dövlət Aktında göstərilən “X7” ilə ölüm şəhadətnaməsində və digər sənədlərdə göstərilən “X8”nun eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-487 KOD 50100048 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, ölüm haqqında şəhadətnamənin surəti, ərizəçi tərəfindən mərhum ərinə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılması üçün tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, Qazax rayon Aqrar İslahat Komissiyasının 13 sentyabr 1996-cı il tarixli 12 saylı qərarına əsasən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən 3.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsinə dair JN-487 KOD 50100048 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının “X7”na aid hissədə “X8”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahat Komissiyasının 13 sentyabr 1996-cı il tarixli 12 saylı qərarına əsasən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən 3.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsinə dair JN-487 KOD 50100048 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının “X7”na aid hissədə “X8”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar