Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-250/2023 27.02.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi Ərizəçilər Ərizəçi, X3 və Ofiylə Xəqani qızı (Lələyeva) Salmanovanın iştirakı ilə Ərizəçilər Ərizəçi, X7 və Salmanova (Lələyeva) Ofiylə Xəqani qızının sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə 27 fevral 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi, X7 və Salmanova (Lələyeva) Ofiylə Xəqani qızı ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1997-ci il tarixli 10 nömrəli qərarı ilə JN-212, KOD 50100028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının Ərizəçi, X7 və Salmanova (Lələyeva) Ofiylə Xəqani qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə etmiş və izahat verərək bildirmişdir ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1997-ci il tarixli 10 nömrəli qərarı ilə ona və ailə üzvlərinə 2.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair dövlət aktı verilmişdir. Həmin dövlət aktında onun adı səhvən Xəqan kimi qeyd edilmişdir. Həmin dövlət aktında onun adının səhv qeyd edilməsi onun müəyyən sənədləşmənin aparılmasında çətinliklər yaradır. Odur ki, ərizənin təmin edilməsini xahiş edir. Ərizəçi X7 və Salmanova (Lələyeva) Ofiylə Xəqani qızı ərizəni müdafiə etmiş və Ərizəçi izahatına uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nın 15 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İşdə olan sənədlərdən görünür ki, JN-212, KOD 50100028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı ilə Qazax rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1997-ci il tarixli 10 nömrəli qərarına əsasən Qazax rayonun Aşağı Salahlı kənd sakini X11 və ailə üzvlərinin mülkiyyətinə 2.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Ərizəçi 21 noyabr 1964-cü ildə Qazax rayonunun Aşağı Salahlı kəndində anadan olmuşdur. X7 26 iyul 1974-cü ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. X8 03 avqust 1993-cü ildə Qazax rayonunun Aşağı Salahlı kəndində anadan olmuşdur. X1 Kənan Söhrab oğlu ilə 12 fevral 2013-cü ildə 2 nömrə ilə rəsmi nikah qeydiyyatından keçmişlər. Qadına Salmanova soyadı verilmişdir. Qazax rayon İcra Hakimiyyəti başçısının Qazax rayon Aşağı Salahlı kənd icra nümayəndəliyinin verdiyi 15 fevral 2023-cü il tarixli arayışdan görünür ki, JN-212, KOD 50100028 nömrəli nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında Ərizəçi, X7 və Salmanova (Lələyeva) Ofiylə Xəqani qızı səhvən X11, X12 və X2 yazılmışdır. Məhkəmə ərizəçilərinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1997-ci il tarixli 10 nömrəli qərarına əsasən Qazax rayonun Aşağı Salahlı kənd sakinləri Ərizəçi, X7 və Salmanova (Lələyeva) Ofiylə Xəqani qızının mülkiyyətinə 2.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 21 noyabr 1964-cü ildə Qazax rayonunun Aşağı Salahlı kəndində, X7 26 iyul 1974-cü ildə Qazax rayonunun Çaylı kəndində və X8 03 avqust 1993-cü ildə Qazax rayonunun Aşağı Salahlı kəndində anadan olmuşdur. X1 Kənan Söhrab oğlu ilə 12 fevral 2013-cü ildə 2 nömrə rəsmi nikah qeydiyyatıdan keçmişlər. Qadına Salmanova soyadı verilmişdir. Lakin Qazax rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1997-ci il tarixli 10 nömrəli qərarı ilə JN-212, KOD 50100028 nömrəli nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktıda Ərizəçi, X7 və Salmanova (Lələyeva) Ofiylə Xəqani qızı səhvən X11, X12 və X2 qeyd edilmişdir. Odur ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1997-ci il tarixli 10 nömrəli qərarı ilə JN-212, KOD 50100028 nömrəli nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının X11, X12 və X5 aid hissədə sənədin Ərizəçi, X7 və X4 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-307, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1997-ci il tarixli 10 nömrəli qərarı ilə JN-212, KOD 50100028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının X11, X12 və X5 aid hissədə sənədin Ərizəçi, X7 və X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev Əsli ilə düzdür: /imza var/ Hakim: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-250/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-250/2023
27.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver