Məhkəmə qərarları › İş №2(023)-257/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-257/2025

11.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-257/2025 11.02.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 11 fevral 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1997-ci il tarixli 08 saylı qərarı ilə Ərizəçi1 adına verilmiş JN-281 Kod 50104018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında atası X5 aid olan hissədə X6 məxsus olması və X3 aid olan hissədə Ərizəçi2 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1997-ci il tarixli 08 saylı qərarına əsasən JN-281 Kod 50104018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən ona və ailə üzvlərinə Qazax rayonu Abbasbəyli kəndində 2,03 ha kənd təsəttüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X14 atasının adı “X10” əvəzinə yanlış olaraq “X11” kimi, “Ərizəçi2”nun adı yanlışlıqla “X7” kimi səhv qeyd edilmişdir. Halbuki onlara məxsus bütün sənədlərində onların adı Ərizəçi1 və Ərizəçi2 kimi göstərilmişdir. Bu sənəddə texniki səhvə yol verilməsi torpaq sahəsinə dair çıxarış alınması ilə bağlı onlara çətinlik yaradır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında Ərizəçi1 tələbin dəqiqləşdirilməsinə dair ərizə verərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1997-ci il tarixli 08 saylı qərarı ilə Qazax rayonu Abbasbəyli kəndində yerləşən 2,03 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının “Ərizəçi1 Fərhad oğlu”na aid hissədə “Ərizəçi1”na, “X7”na aid olan hissədə “Ərizəçi2”na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Ərizəçi2 ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılmaqla qanunauyğun qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1960-cı il tarixdə doğulmuşdur. Doğum haqqında arayışdan görünür ki, xx.xx.1988-ci il tarixdə doğulmuş Ərizəçi2 atası Ərizəçi1, anası X4r. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1988-ci il tarixdə doğulmuşdur. JN-281 KOD 50104018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktınin surətindən görünür ki, Qazax rayonu, Alpoud kəndində yerləşən 2,03 hektar torpaq sahəsi Ərizəçi1 Fərhad oğlu, Naibə Səyyab qızı, X7 və X1 mülkiyyətinə verilmişdir. Qazax RİHB-nın Alpout kənd İƏD üzrə nümayəndəliyin verdiyi xx.xx.2024-cü il tarixli 5-58-3-12-21/2-419/2024 saylı arayışından görünür ki, JN-281 KOD 50104018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair X8 kənd sakini Ərizəçi1 və Ərizəçi2 adı səhvən Ərizəçi1 Fərhad oğlu və X2 yazılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 2,03 ha torpaq sahəsinə dair tərtib edilmiş JN–281 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında buraxılmış texniki səhvlərin aradan qaldırılması 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərə məxsus bütün sənədlərdə “Ərizəçi1 və Ərizəçi2” kimi göstərilsə də, JN-281 KOD 50104018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında “Ərizəçi1 Fərhad oğlu və X7” kimi göstərilmişdir. Dövlət Aktında göstərilən “Ərizəçi1 Fərhad oğlu və X7” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi1 və Ərizəçi2”nun eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-281 KOD 50104018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, doğum haqqında haqqında şəhadətnamə, şəxsiyyət vəsiqələrinin surəti ərizəçilər tərəfindən, onların özlərinə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmirlər və həmin sənəd ərizəçilərə torpaq sahəsinə çıxarış alınması ilə bağlı tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, Qazax rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1997-ci il tarixli 08 saylı qərarı ilə verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının “Ərizəçi1 Fərhad oğlu”na aid hissədə “Ərizəçi1”na, “X7”na aid olan hissədə “Ərizəçi2”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1997-ci il tarixli 08 saylı qərarı ilə verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının “Ərizəçi1 Fərhad oğlu”na aid hissədə “Ərizəçi1”na, “X7”na aid olan hissədə “Ərizəçi2”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar