Məhkəmə qərarları › İş №2(023)-259/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-259/2025

22.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-259/2025 22.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi oğlunun, Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X18 qızının iştirakları ilə, Ərizəçi oğlunun ərizəsinə əsasən X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə mülki işə 22 aprel 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi oğlu ərizə ilə məhkəməyə müraciət edərək (maraqlı şəxs- Qazax rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası) X4 Alsheymer xəstəliyi zamanı erkən başlamış demensiya (G30.0) Alsemer xəstəliyi. İnformasiyanın mənimsənilməsinin tamamıilə mümkünsüz olması, yaxın qohumları tanıya bilməməsi, məntiqli təfəkkürün olmaması MMSE (4 bal) diaqnozlu, birinci dərəcəli əlil olduğu səbəbindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi oğlu ərizəni müdafiə etmiş, ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, X7 ilə 16 aprel 1985-ci il tarixdə ailə quraraq, rəsmi nikaha daxil olmuşdur. Onların rəsmi nikahından dörd uşaqları doğulmuşdur. X3 2021-cü ilin əvvəllərində yüksək təzyiq nəticəsində komaya düşmüş və uzun müddət müalicə almasına baxmayaraq səhhətində yaxşılaşmağa doğru irəliləyiş olmamışdır. O heç bir yaxın şəxsi, onu, uşaqlarını belə tanımır. Tibbi-Sosial Eksprt Komissiyasının sonuncu müayinəyə dair xx.xx.2023-cü il qərarı ilə X4 Alsheymer xəstəliyi zamanı erkən başlamış demensiya (G30.0) Alsemer xəstəliyi, İnformasiyanın mənimsənilməsinin tamamıilə mümkünsüz olması, yaxın qohumları tanıya bilməməsi, məntiqli təfəkkürün olmaması, MMSE (4 bal) diaqnozlu birinci dərəcəli əlildir, orqanizmin pozuntusu 100%-dir. X2 orqanizminin pozulması üzündən onun qulluğa ehtiyacı vardır. Qeyd olunanlara əsasən X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X11 ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi oğlu xx.xx.1960-cı il tarixdə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 atası X10, anası isə X14 olmaqla, xx.xx.1961-ci ildə doğulmuşdur. Nigahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi oğlu və X9 xx.xx.1985-ci ildə 7 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Yolçuyeva soyadı verilmişdir. AZE seriyalı 08098966 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1961-ci il tarixdə doğulmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, X8 - "Alsheymer xəstəliyi zamanı erkən başlamış demensiya (G30.0) Alsemer xəstəliyi, İnformasiyanın mənimsənilməsinin tamamilə mümkünsüz olması, yaxın qohumları tanıya bilməməsi, məntiqli təfəkkürün olmaması, MMSE (4 bal)” diaqnozu ilə müddətsiz birinci dərəcəli əlildir. İş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının 88 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X1 xəstəliyində erkən başlayan demensiya (ağıl zəifliyi), davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F00.1 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərinin mənasını başa düşmək və ya öz hərəkətlərini idarə edə bilmək iqtidarında deyildir. X8 halhazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Beləliklə, X8 əqli cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X8 əqli xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X8 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi oğlu X4 əri olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1961-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar