Məhkəmə qərarları › İş №2(023)-263/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-263/2024

23.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-263/2024 23.02.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 22 fevral 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi1 və Ərizəçi2oğlu hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 saylı qərarı ilə JN-1674 KOD 50112018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının “X4”na aid hissədə “Ərizəçi2”na və “X5”na aid hissədə “Ərizəçi1”na məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəsini onunla əsaslandırmışlar ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 10 saylı qərarına əsasən JN- 1674 KOD 50112018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən ona və ailə üzvlərinə Qazax rayonu Çaylı kəndində 0,48 ha kənd təsəttüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X7rın adı “Ərizəçi1 və Ərizəçi2” əvəzinə yanlış olaraq “X4 və X5” kimi səhv qeyd edilmişdir. Halbuki onlara məxsus bütün sənədlərində onların adı Ərizəçi1 və Ərizəçi2 kimi göstərilmişdir. Bu sənəddə texniki səhvə yol verilməsi torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılması ilə bağlı onlara çətinlik yaradır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə göndərdiyi ərizədə, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmişlər, işə onların iştirakları olmadan baxılaraq, ərizənin təmin olunmasını xahiş etmişlər. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılmaqla qanunauyğun qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Doğum haqqında arayışdan görünür ki, xx.xx.1960-cı il tarixdə doğulmuş Ərizəçi2 atası X6, anası X8r. AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1960-cı il tarixdə doğulmuşdur. Nikahdan çıxarışdan görünür ki, X10 və Ərizəçi2 xx.xx.1982-ci ildə 22 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. Doğum haqqında arayışdan görünür ki, xx.xx.1979-cu il tarixdə doğulmuş Ərizəçi1 atası X10, anası X2r. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1979-cu il tarixdə doğulmuşdur. JN-1674 KOD 50112018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktınin surətindən görünür ki, Qazax rayonu, Çaylı kəndində yerləşən 0,48 hektar torpaq sahəsi Ərizəçi1, Ərizəçi2 və X3 mülkiyyətinə verilmişdir. Qazax RİHB-nın Çaylı kənd İƏD üzrə nümayəndəliyin verdiyi xx.xx.2023-cü il tarixli 5-58-10-12-21/2-1816/2023 saylı arayışından görünür ki, JN-1674 KOD 50112018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair X14 kənd sakini Ərizəçi1 və Ərizəçi2 adı səhvən X4 və X1 yazılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qazax rayonu Çaylı kəndində yerləşən 0,48 ha torpaq sahəsinə dair tərtib edilmiş JN–1674 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında buraxılmış texniki səhvlərin aradan qaldırılması 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərə məxsus bütün sənədlərdə “Ərizəçi1 və Ərizəçi2” kimi göstərilsə də, JN-1674 KOD 50112018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında “X4 və X5” kimi göstərilmişdir. Dövlət Aktında göstərilən “X4 və və X5” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi1 və Ərizəçi2”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-1674 KOD 50112018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının, doğum və nikah haqqında haqqında arayışlar, şəxsiyyət vəsiqələrinin surəti ərizəçilər tərəfindən, onların özlərinə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmirlər və həmin sənəd ərizəçilərə torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılması ilə bağlı tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-1674 KOD 50112018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının “X4”na aid hissədə “Ərizəçi2”na və “X5”na aid hissədə “Ərizəçi1”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 10 saylı qərarı ilə verilmiş JN-1674 KOD 50112018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının “X4”na aid hissədə “Ərizəçi2”na və “X5”na aid hissədə “Ərizəçi1”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar