Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-263/2025 04.02.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə 04 fevral 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 10 nömrəli qərarı ilə X9, X4, X12, X5 Qazax rayonu Kəmərli kəndi ərazisində mülkiyyətinə verilmiş 1.40 hektar torpaq sahəsi haqqında Torpağa Mülkiyyət hüququna dair JN-278 Kod 50100058 nömrəli Dövlət Aktında "X9"na aid hissədə X6, "X4"na aid hissədə isə Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Qazax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 10 nömrəli qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə 1.40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair tərtib olunmuş JN-278 Kod 50100058 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında onun soyadı “Yusubova” əvəzinə yanlış olaraq “Yusifova” kimi, mərhum qaynanasının ata adı “Nəsib” əvəzinə yanlış olaraq “Yusif” kimi səhv qeyd edilmişdir. X10 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Halbuki onların bütün sənədlərində adları Ərizəçi və X2 göstərilmişdir. Bu sənəddə texniki səhvə yol verilməsi torpaq sahəsinə dair çıxarış alınması ilə bağlı ona çətinlik yaradır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılmaqla qanunauyğun qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası X13, X7 olmaqla xx.xx.1959-cu ildə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 atası X8, X11 olmaqla xx.xx.1955-ci ildə doğulmuşdur. Nigahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X15 və Ərizəçi xx.xx.1984-cü ildə 70 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Yusubova soyadı verilmişdir. AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə doğulmuşdur. Olüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 10.12. 2008-ci ildə ölmüşdür. Olüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2015-ci ildə ölmüşdür. JN-278 Kod 50100058 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qazax rayonu, Kəmərli kəndində yerləşən 1.40 hektar torpaq sahəsi X9, X4, X12 və X5 mülkiyyətinə verilmişdir. Qazax RİHB-nın Kəmərli kənd İƏD üzrə nümayəndəliyin verdiyi xx.xx.2024-cü il tarixli 5-58-8-12-21/2-602/2024 saylı arayışından görünür ki, JN-278 Kod 50100058 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında Ərizəçi və X3 adı səhvən X9 və X1 yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Qazax rayonu Kəmərli kəndində yerləşən 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərtib edilmiş JN-278 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında buraxılmış texniki səhvlərin aradan qaldırılması 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçiyə və mərhuma məxsus bütün sənədlərdə “Ərizəçi və X10” kimi göstərilsə də, JN-278 Kod 50100058 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında “X9 və X4” kimi göstərilmişdir. Dövlət Aktında göstərilən “X9 və X4” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi və X10”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-278 Kod 50100058 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, doğum, nikah və ölüm haqqında şəhadətnamələrin surəti, şəxsiyyət vəsiqəsi ərizəçi tərəfindən özünə və mərhuma aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq sahəsinə dair çıxarış almaq üçün tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, Qazax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 10 nömrəli qərarına əsasən JN-278 Kod 50100058 nömrəli Torpağa mülkiyyət hüququ verilməsinə dair Dövlət Aktının "X9"na aid hissədə X6 və "X4"na aid hissədə isə Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Qazax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 10 nömrəli qərarına əsasən JN-278 Kod 50100058 nömrəli Torpağa mülkiyyət hüququ verilməsinə dair Dövlət Aktının "X9"na aid hissədə X6 və "X4"na aid hissədə isə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-263/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-263/2025
04.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver