Məhkəmə qərarları › İş №2(023)-27/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-27/2024

19.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-27/2024 19.04.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı nümayəndəsi, Vəkil, Cavabdeh2 və nümayəndəsi Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 və X9 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Qazax rayon Notariat Ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X5, X10 və X12 qarşı vərəsəliyin müəyyən edilməsi tələbinə dair mülki işə 19 aprel 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Qazax rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə verilmiş JN-429F Kod 50112018 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə Qazax rayonu Çaylı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********95 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu Çaylı kəndində yerləşən 0.7955 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində olan atası X13 və X2 payı hissəsinə onun tam olaraq miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 28 oktyabr 2012-ci il tarixdə vəfat etmiş mərhum atası X13 və 20 fevral 2017-ci il tarixdə vəfat etmiş mərhum anası X6 Qazax rayonu Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997- ci il tarixli 10 nömrəli qərarı ilə verilmiş JN-429F Kod 50112018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Qazax rayonu Çaylı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********95 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu Çaylı kəndində yerləşən 0.7955 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində olan payları miras qalmışdır. Bu əmlaklar onların ümumi birgə mülkiyyətlərindədir. Valideyinlərinin sağlığında və eləcədə vəfatından sonra bu əmlakları o idarə etmişdir və bu əmlaklar onun istifadəsində olmuşdur. Əmlakı varis olaraq o idarə və istifadə edərək sahiblənmişdir və bununla da miras əmlakı qəbul etmişdir. X2 isə yeganə varisi odur. Cavabdeh isə atasından qalan mirası nə notarial qaydada və nə də ki, faktiki olaraq qəbul etmədiyi halda mirasdan pay istəyir. O Qazax rayon Notariat Ofisinə müraciət etməklə ərizə vermişdir. Qazax rayon Notariat Ofisinin 03 avqust 2023cü il tarixli məktubunda cavabdehlə arasında mübahisə olduğu üçün məhkəməyə müraciət edilməli olduğu bildirilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, Vəkil iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, Vəkil iddianı müdafiə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən payların bölünməsinə razı olduğunu bildirərək, 1/6 hissədə torpağın bölünməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahatında miras qalmış Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə verilmiş JN-429F Kod 50112018 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə Qazax rayonu Çaylı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********95 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu Çaylı kəndində yerləşən 0.7955 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə Cavabdeh2 ilə eyniməzmunlu izahat verərək, miras əmlaklardan qanunamüvafiq qaydada payların müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 izahatında miras əmlaklardan qanunamüvafiq qaydada payların müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 miras əmlaklardan qanunamüvafiq qaydada payların müəyyən edilməsini xahiş etmişdir. Cavabdeh Qazax rayon Notariat Ofisi ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehin müraciətini nəzərə alaraq, məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 və X10 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan Qazax rayon Notariat Ofisinin İddiaçı ünvanladığı 03 avqust 2023-cü il tarixli, 358 saylı məktubdan görünür ki, xx.xx.2012-cı il tarixdə vəfat etmiş X13 və 20 fevral 2017-ci il tarixdə vəfat etmiş X6 qalmış miras əmlakın bölüşdürülməsinə dair vərəsələr arasında mübahisə olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Doğum haqqında arayışdan görünür ki, xx.xx.1967-ci ildə Qazax rayonu Çaylı kəndində anadan olmuş İddiaçı atası X13, anası X14r. Ölüm haqqında arayışdan görünür ki, X13 02 oktyabr 2012-ci ildə ölmüşdür. Ölüm haqqında arayışdan görünür ki, X18 20 fevral 2017-ci ildə ölmüşdür. İş materiallarında olan sənədlərdən görünür ki, X3 vərəsələri Cavabdeh2, X8, X5, X10, X17 və İddiaçıdur. JN–429F 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə Qazax rayonu Çaylı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi X13, X15, İddiaçı, X7, X19 və X4 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qazax rayonu Çaylı kəndində 0,7955 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə İddiaçı, X13, X18, X7 və X4 adına qeydə alınmışdır. İşin tərəflər arasında mübahisələndirilməyən halları ondan ibarətdir ki, miras qoyan 28 oktyabr 2012-ci il tarixdə vəfat etmiş X13 və 20 fevral 2017-ci il tarixdə vəfat etmiş X6 Qazax rayonu Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997- ci il tarixli 10 nömrəli qərarı ilə verilmiş JN-429F Kod 50112018 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə Qazax rayonu Çaylı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********95 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu Çaylı kəndində yerləşən 0.7955 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras qalmışdır. X13 və X11 ölümündən sonra mirasın qəbulu ilə bağlı miras qoyanın birinci növbə vərəsələrindən heç biri həmin vaxt notariat orqanına müraciət etməmişlər. X13 və X1 oğlu İddiaçı onlarla birlikdə yaşamışdır, öldükdən sonra isə miras əmlaklara faktiki sahiblik etməklə, idarə və istifadə etmişdir, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Miras qoyanın digər uşaqları isə miras qoyanın ölümündən sonra miras əmlakda yaşamamışlar, həmin əmlaklara sahiblik etməmişlər. Məhkəmə iclasında tərəflərin izahatı, eləcə də iş materialları ilə müəyyən olundu ki, mirasqoyanın digər vərəsələri (oğlu və qızları) miras əmlakı faktiki qəbul etməmişlər. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, miras əmlakı faktiki olaraq qəbul etmiş vərəsə kimi tanınması, payın müəyyən edilməsini xahiş etmişdir. Digər vərəsə Cavabdeh2 məhkəmə iclasında və məhkəməyə təqdim etdiyi ərizədə iddianı qəbul etmədiyini, miras əmlakdan bütün vərəsələrin miras payının müəyyən edilməsinə etirazı olmamasını bildirmişdir. Azərbayсan Respublikası Mülki Məсəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. 1243-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda ifadə etdiyi hüquqi mövqeyinə görə, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, hazırkı iş üzrə tərəflər və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mərhumların qanun üzrə birinci növbə vərəsələridir. Miras əmlak barədə vəsiyyətnamə qoyulmamış və qanunla müəyyən edilmiş müddətdə mirasdan imtina barədə notariat orqanına ərizə verilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, iddia qismən təmin edilməli, X13 və X6 miras qalmış Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin verdiyi xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Qazax rayonu Çaylı kəndində yerləşən 0.7955 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X3 payına düşən hissəsinə İddiaçı, Cavabdeh2, X8, X5, X10 və X9 1/6 payları müəyyən edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin verdiyi xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Qazax rayonu Çaylı kəndində yerləşən 0.7955 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X11 payına düşən hissəsinə İddiaçı tam olaraq payı müəyyən edilməli, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 saylı qərarına əsasən Qazax rayonu Çaylı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin X3 payına düşən hissəsinə İddiaçı, Cavabdeh2, X8, X5, X10 və X9 1/6 payları müəyyən edilməli, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 saylı qərarına əsasən Qazax rayonu Çaylı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin X11 payına düşən hissəsinə İddiaçı tam olaraq payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin verdiyi xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Qazax rayonu Çaylı kəndində yerləşən 0.7955 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X3 payına düşən hissəsinə İddiaçı, Cavabdeh2, X8, X5, X10 və X9 1/6 payları müəyyən edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin verdiyi xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Qazax rayonu Çaylı kəndində yerləşən 0.7955 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X11 payına düşən hissəsinə İddiaçı tam olaraq payı müəyyən edilsin. Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 saylı qərarına əsasən Qazax rayonu Çaylı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin X3 payına düşən hissəsinə İddiaçı, Cavabdeh2, X8, X5, X10 və X9 1/6 payları müəyyən edilsin. Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 saylı qərarına əsasən Qazax rayonu Çaylı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin X11 payına düşən hissəsinə İddiaçı tam olaraq payı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar